şənbə günü, 24 oktyabr 2026
     

Büdcədəki kəsir nə qədər qorxuludur?

Image


Maliyyə Nazirliyi bu günlərdə Dövlət büdcəsinin 2016-cı ilin birinci yarısında icrası barədə hesabat açıqlayıb. Hesabata əsasən, yarım il ərzində Dövlət büdcəsinə proqnozla nəzərdə tutulduğundan 21.1% və ya 687,7 milyon manat az vəsait daxil olub. Nazirliyin açıqladığı hesabatdan sonra büdcənin gəlirlərində yaranmış bu vəziyyəti cəmiyyətə az qala ölkədə maliyyə kollapsı kimi təqdim etmək istəyənlər tapıldı.
Gəlin görək, büdcənin icrasındakı mövcud durumu bu qədər dramatikləşdirməyə ehtiyac varmı? Bunun üçün rəqəmlərin dili ilə danışıb, məsələyə tam aydınlıq gətirməyə çalışaq. Qoy oxucularımız da əsl reallığın nədən ibarət olduğunu arqumentlərlə və faktlarla görə bilsinlər.
Nədənsə, Dövlət büdcəsinin gəlirlərində cari ilin birinci yarısında yaranmış kəsiri görənlər ölkənin büdcə sistemindəki başqa bir pozitiv vəziyyəti - Dövlət büdcəsini, Naxçıvan Muxtar Respublikasının büdcəsini, Dövlət Neft Fondunun və Dövlət Sosial Müdafiə Fondunun büdcələrini özündə birləşdirən İcmal Büdcənin gəlirlərinin, onun xərclərindən 1 milyard 37 milyon manat çox olduğunu "görə bilməyiblər" və ya görmək istəməyiblər. Əslində hesabat dövründə dünya bazarlarında neftin qiymətlərinin orta hesabla 40 dollardan artıq olduğu və büdcədə neftin qiymətləri bir barrel üçün 25 dollar nəzərdə tutulduğu bir vəziyyətdə Dövlət Neft Fondu büdcəyə daha çox vəsait köçürməli idi. Bəs necə olub ki, Fond hesabat dövründə nəzərdə tutulan vəsaitin yalnız yarısına qədərini Dövlət büdcəsinə köçürə bilib? Bunun səbəblərini ayrınlaşdırmağa çalışaq. Neft Fondu neftin satışından vəsaitləri xarici valyutada - əsasən ABŞ dolları ilə əldə edir, onun büdcə qarşısındakı öhdəlikləri isə manatla həyata keçirilir. Deməli, bu öhdəlikləri yerinə yetirmək üçün Fond neftin satışından əldə etdiyi xarici valyutanı ilk öncə valyuta bazarına çıxarmalıdır. Xarici valyutanı bazara çıxarmaqla Fond təkcə büdcə qarşısında öhdəliklərini yerinə yetirmir, o bununla eyni zamanda valyuta bazarında əsas iştirakçılardan biri kimi bazara təsir etmək imkanlarına sahib olur. Valyuta bazarında vəziyyətin tənzimlənməsi manatın idarə olunan üzən məzənnəyə keçdiyi bir şəraitdə mühüm məsələdir. Buna görə də Neft Fondunun valyuta bazarına çıxışında təkcə büdcəyə ödəniş deyil, eyni zamanda manatın məzənnəsi ilə bağlı bəlli bir siyasətin reallaşdırılması zərurəti də yaranır. Digər tərəfdən, Maliyyə Nazirliyi yaranmış böhranlı vəziyyətdə xərclərə maksimum qənaət rejimi tətbiq etdiyindən, Fonddan ayrılmalı olan vəsaitin bir qismi də ona maliyyələşdirdiyi müdafiə olunan xərcləri bağlamaq üçün kifayət edir. Ona görə də bu addımları bütövlükdə ölkədəki maliyyə sabitliyinin təmin olunmasına hesablanmış addımlar kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən, Neft Fondundan vəsaitlərin Dövlət büdcəsinə tam köçürülməməsi hesabına yaranmış kəsirdən faciə düzəltməyə ehtiyac yoxdur. Bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində Hökumət və Mərkəzi Bank vəsaitlərdən, xüsusilə valyuta vəsaitlərindən maksimum qənaətlə və tam səmərəli istifadə etməyə və bu zaman milli valyutanın sabitliyi üçün bütün mümkün olan addımları atmağa borcludur. Barəsində danışdığımız bu addım da həmin sıradan olan addımlardan biridir.
Bəs yarımilin Dövlət büdcəsi Dövlət Neft Fondundan köçürmələr nəzərə alınmadan necə icra olunub? Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri onu təmin edən iki orqan - Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən artıqlaması ilə yerinə yetirilib. Vergilər Nazirliyi proqnozlara 102% əməl etməklə Dövlət büdcəsinə 3190,1 milyon manat vəsaitin daxil olmasını təmin edib. Bu vəsaitin 77,8 faizi və ya 2481,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 242,7 milyon manat və ya 10,8 faiz çoxdur. Dövlət Gömrük Komitəsi isə proqnoza 118,2 faiz əməl edərək, dövlət büdcəsinə 995,4 milyon manat vəsaitin daxil olmasını təmin edə bilmişdi ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 30,1 faiz və yaxud 230,4 milyon manat çoxdur. Beləliklə, büdcəyə əsas vergi yığan iki qurum üzrə proqnozların keçən ilin müvafiq dövrü ilə müqayisədə belə kifayət qədər üstün icra olunduğu göz qabağındadır. Vergilər Nazirliyinin xəttilə qeyri-neft sektorundan daxilolmaların keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artımı isə son bir ilə qədər vaxt ərzində bu sektorun inkişafı istiqamətində hökumətin apardığı sürətli islahatlar nəticəsində mümkün ola bilmişdi.
Beləliklə, Dövlət büdcəsinin gəlirlərinin kəsirlə icrasının səbəbi Dövlət Neft Fondundan yarım il üçün proqnozlaşdırılan vəsaitlərin nəzərdə tutulduğundan az daxil olmasıdır. Bu amil nəzərə alınmasa, büdcə uğurla icra olunub. Fonddan nəzərdə tutulan vəsaitlərin tam alınmaması isə vəsait çatışmazlığı səbəbindən deyil, büdcə xərclərinə ciddi qənaət olunduğu bir şəraitdə ölkənin maliyyə sistemi üçün daha bir önəmli vəzifənin - manatın sabitliyinin qorunub saxlanması vəzifəsinin həllinə qismən dəstək vermək məqsədilə edilib.
Fikrət Yusifov,
"Ekonomiks" Beynəlxalq
İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad
elmləri doktoru, professor




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ