Azərbaycann Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun rəhbəri Valter Verner Azərbaycan və ÜTT-ni danışıqlar prosesini sürətləndirməyə çağırıb.
Trend-in ÜTT-yə istinadən verdiyi məlumata görə, V.Verner Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqların növbəti raundunda ölkənin ticarət rejiminin təşkilatın norma və tələblərinə uyğunlaşdırılması üzrə addımlarını qeyd edib.