2017-ci ildə Azərbaycan ÜDM-in real artımı təqribən sıfır faiz təşkil edəcək. Bu barədə Trend "Moody's" reytinq agentliyinin hesabatına istinadən məlumat verir.
Bununla belə, agentlik ölkənin ÜDM-in artımı üzrə dəqiq proqnozları göstərmir.
Hesabatda bildirilir ki, artım Azərbaycanda inflyasiya templərinin ləngiməsi fonunda daxili tələbatın artmasından asılı olacaq.