Bazar günü günü, 25 oktyabr 2026
     

Vergi təbliğatı: dövlət tərəfindən müəyyən edilmiş vergiləri ödəmək hər kəsin konstitusiya borcudur

Image


Sivil cəmiyyətlərdə dövlətin bel sütununu təşkil edən vergi sisteminin tarixinin elə dövlətçilik tarixi qədər qədim olduğu faktdır. Hələ eramızdan əvvəl IV - III əsrlərdə Roma dövləti inkişaf etdikcə yeni koloniyalar yaranırdı ki, bunun da əsasını kommunal təsərrüfat təşkil edirdi. Həmin dövrdə imperator Auqusto Oktavian (e.ə. 63-cü il - eramızın 14-cü ili) dövlətin saxlanması üçün bütün əyalətlərdə vergitutmanın həyata keçirilməsinə nəzarət məqsədilə maliyyə təşkilatlarını yaradır.
Eyni zamanda onun həyata keçirdiyi islahatlar nəticəsində tribut adlı pul şəklində ödənilən ilk ümumi vergi yaranır.

Vergi tarixi...

Maraqlıdır ki, Roma imperiyasında, birbaşa vergilərlə yanaşı, dolayı vergilər də mövcud olub. Bu vergilər arasında ən önəmliləri 1%-li dövriyyə vergisi, 4%-li qul satışından alınan xüsusi dövriyyə vergisi, bazar qiyməti ilə qulların azad olunmasından alınan 5%-li vergi, 5%-li vərəsəlik vergisi və s. idi. Avropa ölkələrində isə həmin dövrdə ən geniş yayılmış vergi növləri torpaq vergisi, tikililərə görə vergi, can vergisi və ya adambaşına vergi, aksizlər, gömrük rüsumları, kommunal və ya yerli vergilər idi. Ən qədim və geniş yayılmış vergilərdən biri isə "tüstü vergisi" idi. Tikililərdən tutulan bu vergi növü XX əsrə qədər mövcud olub. Orta əsrlərdə İngiltərədə tikililərdən onlardan çıxan tüstünün sayına görə 2 şillinq vergi tutulardı. O dövrün vergi sisteminin torpaq və ya mülk sahibi olmayanlar üçün nəzərdə tutduğu vergi növləri isə can vergisi və ya adambaşına düşən vergi idi, lakin maraqlıdır ki, bu sistem humanizm prinsiplərindən də xali deyildi. Belə ki, Roma istilası dövründə Avropada dullar və yetimlər bu vergini ödəməkdən azad olunmuşdu. Həddi-büluğa çatmayanlar üçün vergini valideynləri, təhkimli kəndlilər üçün isə feodallar ödəyirdi.
Azərbaycanda da vergi sisteminin tarixi çox qədimlərə dayanır. Bu da təbiidir. Çünki vergi sisteminin tətbiqi dövlətçiliyin əsas atributlarından sayıldığından, qədim dövlətçilik ənənələrinə malik Azərbaycan bu sistemə müraciət etmədən özünün əsaslı dövlətçilik konsepsiyasını hazırlayıb işlək hala gətirə bilməzdi. Lakin maraqlıdır ki, ilkin dövrlərdə vergilər bütün əhali kateqoriyasını əhatə etmirdi. Tarixi mənbələr göstərir ki, III-IV əsrin I yarısında, bütün Sasani dövlətində olduğu kimi, Adurbadaqanda da (Azərbaycanda) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döywşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə zəhmətkeş kütləni - əkinxiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Vergi verən zümrənin başında isə vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər sırasında ən önəmliləri "qazidağ", "maraq" və "xaraq" idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini "can vergisi" mənasında işlənməyə başladı. "Xaraq" isə torpaq vergisini nəzərdə tutsa da, sonradan ümumiyyətlə vergi anlamında işlədilib (III-IV əsrlər). Vergi sisteminə nəzarət edən şəxsə isə xarqbed deyilirdi və o, Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu.
Torpaqların vergi məqsədilə siyahıya alınması I Xosrovun adı ilə bağlıdır. Həmin dövrdə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Vergi vahidi olaraq isə 1/10 hektara bərabər "qarib" termini leksikona daxil oldu. Maraqlıdır ki, torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir "qarib" buğda və ya arpa sahəsində bir drahma, bir "qarib" üzümlükdən 8 drahma, bir "qarib" qarayonca sahəsindən 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu. Azərbaycan ərazisində yaşayan qeyri din mənsubları üçün də ayrıca vergi nəzərdə tutulurdu. Belə ki, bu sahibkarlar yerli müsəlman icmasının himayəsində qalır, torpaq vergisi - xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi - cizyəni də ödəyirdilər. Lakin Xəlifə Hişam dövründə (724-743) ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar.
Həmin dövrdə, torpaq və can vergisindən əlavə bir sıra vergilər də tətbiq olunurdu. Bu sıraya xüms - mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat - yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr - orucluğun başa çatması münasibətilə verilən pay - fitrə; sədəqə - yoxsullara verilən ianə; uşr - məhsulun 1/10 bərabər vergi daxil idi. Şirvanda (Bakıda) isə, bunlardan başqa, neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu.

Azərbaycanın vergi sistemi...

Müasir dövrümüzdə vergi siyasəti vətəndaşın və eləcə də şirkətlərin əldə etdiyi vəsaitlərin müəyyən hissəsinin ictimai maraqlar naminə dövlət fondlarına ödənilməsi kimi başa düşülür. Lakin eyni zamanda, dövlət vergilər tətbiq etməklə büdcə vəsaitlərini formalaşdırır və bu vəsaitlər vətəndaşların daha təhlükəsiz mühitdə yaşayıb fəaliyyət göstərməsi, ölkənin müdafiəsi, sosial problemlərin həlli, xalqın hətta ölkə hüdudlarından kənarda da maraqlarının təmin edilməsi kimi bir çox əhəmiyyətli məsələlərin həlli üçün istifadə edilir. O da faktdır ki, inkişaf etmiş ölkələr digərləri ilə müqayisədə vergilərin tətbiqi və vəsaitlərin yığılmasında daha az problemlərlə üzləşir. Buna səbəb isə həmin ölkələrdə dövlət maliyyəsinin uzunmüddətli inkişafı, iş adamlarının vergilərin ödənilməsi ilə bağlı köklü ənənələrinin olmasıdır.
Azərbaycanda vergi sisteminin formalaşması əsasən ölkəmizin müstəqillik dövrünə təsadüf etsə də, ötən zaman kəsiyində bu sahədə adətən uzun bir dövr tələb edən ciddi uğurlara imza atılması bu sistemin möhkəm təməl üzərində qurulmasından xəbər verir. Üstəlik danılmaz faktdır ki, vergi sisteminin inkişafı respublikanın prioritet elan etdiyi qeyri-neft sektorunun irəliləməsini stimullaşdıran əsas vasitələrdən biri olmaqla, həm də liberal iqtisadiyyatın fundamental əsaslarını qoruyur. Görünür bunun nəticəsidir ki, Azərbaycan özünün vergi sistemində apardığı istər struktur, istərsə də institutsional islahatlar nəticəsində postsovet məkanında lider ölkəyə çevrilə bilib. Bu deyilənlərin təsdiqini isə beynəlxalq təşkilatların qiymətləndirmələrində də görmək olar. Son belə qiymətləndirməyə görə, Azərbaycan vergi sistemində tətbiq edilən elektronlaşma səviyyəsinə görə MDB ölkələri arasında liderliyini artıq illərdir qoruyub saxlayır. Prezident İlham Əliyev bununla bağlı bildirir: "Ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "bir pəncərə" təşəbbüsü - bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. Vergilər Nazirliyində tətbiq edilmiş "bir pəncərə" prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip əslində həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi "elektron hökumət" qaydalarını tətbiq etməyə çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, bu nazirlik müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək".
Lakin təbii ki, vergi sistemini bugünkü yüksək səviyyəyə qaldırmaqdan ötrü Azərbaycan çox uzun bir yol qət etməli olub. Hələ müstəqilliyin ilk ilində - 1991-ci ilin oktyabr ayında vergi qanunvericiliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, onun müstəqil fəaliyyətinin və obyektivliyinin təmin edilməsi məqsədilə Respublika Baş Dövlət Vergi Müfəttişliyi yaradıldı. 2000-ci ildə isə Prezidentin 11fevral tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyətinə tabe olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı. Bundan iki il sonra isə Vergi Məcəlləsi qəbul edildi. Ümumiyyətlə isə, vergi sistemi daim yenilənməyə ehtiyac duyan orqan olduğundan, ötən illər ərzində bu sahədə bir çox addımlar atılıb. Yeni qanunların qəbul edilməsi və vergi sisteminin texniki aktivliyinin artırılmasında əsas məqsəd isə sabit iqtisadi artıma nail olmaq, əmtəə və xidmətlərin qiymət sabitliyinin qorunması, əhalinin yüksək məşğulluğunun təmini və gəlirlərin yenidən bölgüsündə sosial ədalətin maksimum səviyyəyə çatdırılması, o cümlədən, vətəndaşların sosial müdafiə sisteminin təkmilləşdirilməsidir. Bütün bu məqsədlərə eyni zamanda nail olunması müasir vergi sisteminin əsas prioriteti sayılır.

Vergi ödəmək hər kəsin konstitusiya borcudur...

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 72-ci maddəsinə əsasən isə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Eyni zamanda heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilən həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Bütün bu deyilənlər nəzərə alınarsa, Azərbaycanın vergi sisteminin də humanizm prinsiplərinə əsaslandığını əlavə şərh etməyə ehtiyac qalmır. Eyni zamanda bu humanist mövqe vətəndaşların üzərinə çox ciddi vicdan məsuliyyəti də qoyur. Yəni vətəndaş dərk etməlidir ki, onun hüquq və mənafelərini qoruyan dövlətin büdcəsi, qismən də olsa, ödədiyi vergilərdən formalaşır.
Bu sıraya əməkhaqqı və pensiyalardan tutmuş ən müxtəlif təyinatlı müavinətlər daxildir ki, onların zamanında təyinatı üzrə ödənməsi vətəndaşların vergi ödənişində vicdanlı davranmasından çox asılıdır. Odur ki, vətəndaş vergi öhdəliyinə münasibətdə bunun həm də mənəvi tərəfini nəzərə alarsa, ümumi prosesdən həm dövlət, həm də özü qazanclı çıxar.
Samirə SƏFƏROVA
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ