Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Kağız pulları itirməyə hazırıqmı?
Tarix: 05.07.2016 / 01:23
Bölmə: İqtisadiyyat
"Uşaqlarınız kağız pul görməyəcək, bu pulun necə olduğunu bilməyəcəklər. Çünki yaxın gələcəkdə nağd pul insanların gündəlik həyatından tamamilə silinəcək". Bu maraqlı proqnozu "Apple"in baş direktoru Tim Kuk gənclərlə görüşündə səsləndirib. Gənclərə xitab edən Kuk əminliklə deyib ki, elektron pul sürətlə populyarlaşdığına görə nağd pul gözlənildiyindən daha tez dövriyyədən çıxarılacaq.
Hazırda "Apple" şirkəti mobil qurğuların köməyilə pul ötürməyə imkan verəcək ödəmə xidməti üzərində işləyir. Bu sistem vasitəsilə mobil abunəçilər telefonları ilə bir-birinə pul ötürəcək, daha nağd pula ehtiyac qalmayacaq.
Elektron pullar artıq kifayət qədər populyardır və getdikcə istifadəsi daha da çoxalır. Ümumiyyətlə, indi dəyərlər də dəyişib. İnsanların əksəriyyəti pulu yığıb saxlamaq əvəzində konkret məhsul və ya xidmət əldə etməyə üstünlük verir. Nağd pul sanki ikinci plana keçib. Hər şey ona doğru gedir ki, elektron pul və nağdsız ödəmələr metal-kağız pulları ortadan çıxaracaq.
Kağız pulun üzünə həsrət qalacağıq
Əslində, bu məsələ bütün dünyada ən çox müzakirə olunan mövzulardandır - kağız pul nə vaxt dövriyyədən çıxacaq? Yaxın tarixi deyənlər də olur, bu işin hələ 50 il uzanacağını söyləyənlər də.
Bəzi ekspertlər pulun tamamilə ortalıqdan yığışacağına inanmır. Onların fikrincə, kağız pul nadir hallarda işlədilsə belə, yenə də dövriyyədə qalmaqda davam edəcək.
Estoniyanın SEB biznes-innovasiyalar şirkətinin rəhbəri Mart Maazik öz bloqunda yazır ki, kağız pulun yaxın 10 ildə dövriyyədən çıxacağını deyənlər çox tələsir: "Düzdür, elə inkişaf etmiş ölkələr var ki, orada nağd pul çox az işlədilir. Ola bilər 10 il sonra orada kağız pul olmasın. Amma bütün dünyada bunun belə olacağını demək tezdir".
Belə inkişaf etmiş ölkələrdən biri İsveçdir. Hazırda İsveçdə nağd pula hansısa xidmət əldə etmək mümkün deyil. Bu ölkədə nağd pul ümumi maliyyə dövriyyəsinin cəmi 3 faizini təşkil edir. Avropa Birliyində bu göstərici 9 faizdir.
Oğrular bankdan aparmağa pul tapmır...
Kağız pulların sayının azalması ilə İsveçdə "canlı" cinayətkarlığın sayı da azalıb. 2008-ci ildə burada 110 dəfə bank yarmağa cəhd olunubsa, 2012-ci ildə isə bu rəqəm 16-ya düşüb.
"A.T Kearney" araşdırma mərkəzinin proqnozlarına görə, Avropa İttifaqının 27 ölkəsində də nağdsız ödəmə əməliyyatlarının miqdarı 2020-ci ilə qədər təxminən ikiqat artacaq. Elektron ticarətin əməliyyatı üzrə nağd ödənişlərin payı 2020-ci ilə qədər 60 faizədək azalacaq və müvafiq olaraq nağdsız ödənişlərin xüsusi çəkisi artacaq. "A.T Kearney"in məlumatına görə, sözügedən bazar iştirakçılarının bu seqmentdə gəlirləri 2010-cu ildəki 37 milyard avrodan 2020-ci ildə 65 milyard avroyadək artacaq.
Amma Azərbaycanda vəziyyət Avropa ilə müqayisə olunmayacaq dərəcədədir.
"Əgər hansısa ölkələrdə 5-10 ildən sonra nağd pul olmayacaqsa, bunu Azərbaycana şamil etmək olmaz". "Golden Pay" şirkətinin yaradıcısı Fərid İsmayılzadə CBC-yə açıqlamasında belə deyib. Onun sözlərinə görə, ölkəmizdə əhali nağd pula daha çox üstünlük verir: "Düzdür, dövlət təşkilatları, özəl qurumlarda maaşlar, pensiyalar kartla verilir. Amma əksəriyyət pulu kartda saxlamır, dərhal gedib bankomatdan çıxarır və xərcləyir. Halbuki, pulu harada xərcləyirlərsə, nəyə pul verirlərsə, həmin ödəmələri elektron yolla da aparmaq olar".
Fərid İsmayılzadə: "Əhalinin 95 faizi hələ də köşkdən kontur kartı alır"
F.İsmayılzadə deyir ki, məhz bu səbəbdən Azərbaycanda "Golden Pay" kimi şirkətlərin inkişafı zəifdir: "Qərbdə bu tip innovativ layihələr dərhal böyüyür. Azərbaycanda isə ödəmələrin cəmi 5 faizi elektron formada aparılır. 95 faiz hələ də köşklərdə, dükanlarda kontur kartı alıb telefona yükləyir. Banklara gedib növbəyə dayanıb kommunal xərcləri ödəməyə daha çox üstünlük verirlər, nəinki kompyuter qarşısından rahatlıqla bu işi görməyə".
Bəzən Azərbaycanda nağdsız ödəmələrin qeyri-populyarlığını infrastrukturun zəifliyi ilə əlaqələndirirlər. Konkret olaraq deyilir ki, ölkədə kifayət qədər pos-terminal yoxdur, hələ bir çox təşkilatlar elektron xidmət göstərmir və s.
Lakin Fərid İsmayılzadə bunları bəhanə sayır. Onun fikrincə, bəlkə də hansısa sahibkarlar vergidən yayınmaq üçün pos-terminallardan istifadə etmir, bu cihazları gizlədir. Amma buna əsasən pos-terminalların, elektron xidmətlərin sayının az olduğunu demək düzgün deyil.
Kartında pul saxlamaq istəyən yoxdur
Ekspertin sözlərini statistika da təsdiqləyir. Belə ki, Mərkəzi Bankın saytında bu ilin aprelinə yer alan məlumata görə, Azərbaycanda 5 milyon 403 min plastik kart var. Yaxşı statistikadır, belə çıxır ki, respublikada ən azı hər iki nəfərdən birində kart var. Ancaq kartlarla aparılan əməliyyatların növünə baxanda çox şey aydınlaşır. Belə ki, kartların təxminən 45 faizi sosial ödənişlər, 27 faizi əməkhaqqı üçündür. Ölkədə mövcud kartların yalnız 748 mini - 13 faizi kredit kartıdır.
Digər tərəfdən, ölkədə bütün plastik kartlar üzrə aparılan əməliyyatların həcmi 971 milyon manatdır. Və onların 80 faizi (775 milyonu) nağd pul çıxarılmasına sərf olunub. Yəni vətəndaşlar kartla ödəmə aparmır, sadəcə, onlara ayrılan əməkhaqları və müavinətləri alırlar. Deməli, hələlik vətəndaşlar pulu kartın içində yox, əllərində tutmaq, evdə balış altında saxlamağa daha çox üstünlük verir.
E-pul niyə üstündür?
Elektron pul - elektron daşıyıcılarda saxladığımız məbləğdir. Yəni bu növ pulu əlimizdə tuta bilmirik, cibimizdə gəzdirmirik, cağ əskinasların xışıltısını duya bilmirik. Elə adamlar var ki, məhz buna görə nağd puldan imtina edə bilmir. "Kişinin pulu cibində, malı gözünün qabağında olar" məntiqi ilə yaşayanlar e-xidmətlərə inanmır.
Əslində, elektron pulun üstünlüklərini sadalamağa xüsusi ehtiyac yoxdur. Sirr deyil ki, nağdsız ödəmə vətəndaşları bir çox problemlərdən azad edir. Məsələn, üstündə külli miqdarda nağd pul gəzdirmək məcburiyyətində deyilsən. Pulu evdə unutmaq, yaxud hardasa itirmək mümkün deyil. Bu yolla vəsaitin oğurlanmasının da qarşısı alınır. Kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin. Digər tərəfdən, kartı evdə unutsan belə, online ödəmələrdə onun nömrəsini və kodunu bilmək kifayətdir.
İndi kartın oldusa, evində oturub öz səyahətini asanlıqla planlaşdırır, digər ölkədə hotel, aviabilet sifarişi edə bilirsən. Elə səyahət zamanı da kartların faydasını görənlər çoxdur. Xaricdə olarkən gözlənilməyən xərclər yarananda, kartdan kreditlə nağd pul çıxarmaq olur.
Bütün bunlar bir kənara, nağdsız hesablaşmalar kart vasitəsilə həyata keçirilərkən bütün əməliyyatların dəqiq uçotunun aparılması mümkün olur. Bu zaman vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyənləşdirilməsi, şəffaflığın artırılması və s. məsələlər öz həllini tapır.
E-ticarətin dövriyyəsi artır
Azərbaycanda elektron ticarət, nağdsız ödəmələrin miqyası, az da olsa, artmaqdadır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
Mərkəzi Bankdan CBC-yə bildiriblər ki, qarşıda duran hədəflər arasında elektron ödəniş sistemlərinin inkişafı, maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi də dayanır. Mərkəzi Bank xüsusilə regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılmasının təşviqi, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirlərinin davam etdirilməsini planlaşdırır.
Bundan əlavə, Mərkəzi Bank hər il "Nağdsız ödənişlər üzrə lider bank", "Elektron bankçılıq xidmətlərində lider bank", "Elektron ticarətin inkişafında lider bank", "Təmassız ödəniş kartları üzrə lider bank" nominasiyaları üzrə müsabiqə keçirir, bankları mükafatlandırır.
Azərbaycanın yeni brendi gəlir - "AzerPay"
Elektron pula keçid istiqamətində atılan addımlardan biri də Azərbaycanda unikal bir sistemin - "AzerPay" ödəniş sisteminin yaradılmasıdır. Bu proqramın köməyilə təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, kredit alınması üçün müraciət, pos-terminallardan əməliyyatlar aparılması, kommunal xidmət haqlarının ödənilməsi, hesabın doldurulması və s. işlər görmək mümkün olacaq.
Sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq. Sahibkarlar da yeni sistemdən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN ala biləcək.
"AzerPay" hər kəs üçün şəxsi mühasib funksiyasını yerinə yetirəcək - kommersiya fəaliyyəti ilə bağlı hesaba vəsaitləri qəbul edəcək və avtomatik vergiləri ödəyəcək. Bu sistem mobil telefondan istifadə etməklə bələdiyyə xidmətləri üçün rüsumları vaxtında ödəməyə də imkan verir.
Maraqlısı odur ki, "AzerPay" tərəfindən hazırlanmış texnologiya internet bağlantısı və ya xüsusi proqram tələb etmədiyindən, bu sistemdən rouminqdə olarkən də yararlanmaq mümkün olacaq. Dünyanın istənilən nöqtəsindən hər hansı bir zərər olmadan kredit və transfer vəsaiti ödəmək imkanını verəcək.
Əhalini elektron ticarətə doğru "itələmək" lazımdır
Bir sıra ekspertlər hesab edir ki, bu sistemlərin tam gücü ilə işləməsi, elektron pul dövriyyəsini artırmaq məqsədilə hökumət tərəfindən də müvafiq stimullaşdırıcı addımlar atılmalıdır. Məsələn, elektron ticarətlə məşğul olanlara vergi güzəştləri tətbiq olunmalıdır. Xarici ölkələrdə bu praktika var, məsələn, nağd ödənişlərdə 15 faiz ƏDV ödəyirsə, nağdsız ödənişlərdə isə 10 faiz ödəyir. Belə olanda sahibkar öz marağına görə müştəriyə nağdsız ödəməni təklif edir. Yaxud vətəndaşlara nağdsız ödəmələr zamanı bonus sistemləri tətbiq edilə bilər. Yəni plastik kartlardan istifadə edərək alqı-satqı edənlərin ödədiyi vəsaitin bir qismi, bir neçə faizi sonradan həmin şəxsin hesabına qaytarıla bilər.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ölkədə nağdsız hesablaşmaların inkişafı banklar və kart sahibləri tərəfindən paralel şəkildə həyata keçirilməlidir: "Əlbəttə, vətəndaşlar özləri nağdsız hesablaşmalarda maraqlı olmalıdır. Lakin düşünürəm ki, nağdsız hesablaşmalar zaman ötdükdə nağd hesablaşmaları aradan qaldıracaq. Çünki bu tendensiya dövrün tələbidir".
Pul itəcək, amma gec
Beləliklə, görünən budur ki, texnologiyanın inkişafı ilə nağd pul tədricən dövriyyədən çıxacaq. Amma Azərbaycanda bunun nə dərəcədə sürətlə baş verəcəyini demək çətindir.
Hələliksə ekspertlər KİV-lərdə nağdsız hesablaşmaların üstünlüyünü izah edən sosial reklamların artırılmasını təklif edir. Onların fikrincə, insanların maliyyə savadlılığı artdıqca, elektron xidmətlərdən istifadə edənlərin də sayı çoxalacaq.
Fərəh Sabirqızı
QEYD: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq
- Tramp hədələdi...
22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...
22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...
22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...
22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı
22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...
22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...
22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid
- Cahid və Fazilə...
22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...
22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ