Bazar günü günü, 25 oktyabr 2026
     

Nağdsız ödənişlər vergi daxilolmalarını artıracaq

Image


Son illər vergi sahəsinin inkişafı üçün yeni konseptual proqramın işlənməsi, vergi sistemində köklü struktur dəyişikliklərinin və islahatların aparılması, vergi xidmətinin işində yeni metodların tətbiqi, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması və yenidən qurulması, ölkəmizin vergi siyasətinin konsepsiyasının və strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi, vergi xidmətinin yeni inkişaf mərhələsinə qədəm qoyması hər kəsə məlumdur.
Vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlar, dövlət nəzarətinin qaydaya salınması, əsassız yoxlamaların qadağan edilməsi, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində dövlət başçısının imzaladığı fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin səmərəli qurulmasında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektlərindən vergilərin toplanması, vergidən-uçotdan yayınmanın qarşısının alınması istiqamətində də ciddi addımlar atılıb.
Xatırladaq ki, "Ölkənin kommersiya strukturunda qeyri-nağd ödəmələrin inkişafı barədə" fərman imzalayan dövlət başçısının müvafiq dövlət strukturlarının, xüsusən də Vergilər Nazirliyinin və Azərbaycan Mərkəzi Bankının qarşısında qoyduğu əsas vəzifələrdən biri də maliyyə bazarını şəffaflaşdırmaq və korrupsiya ilə mübarizəni gücləndirmək, eləcə də nağd hesablaşmaların məhdudlaşdırılması üçün antiinflyasiya tədbirlərindən biri kimi nağdsız ödəniş formasına keçidi sürətləndirmək olub. Bildirək ki, Nazirlər Kabinetinin 3 fevral 2006-cı il tarixli, 33 nömrəli və 18 fevral 2006-cı il tarixli, 54 nömrəli qərarları ilə təsdiq edilmiş "POS-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarları", "Ərazilər üzrə POS-terminal aparatlarının mərhələlərlə tətbiq edilmə cədvəli" və "POS-terminalların istismar və istifadə edilməsi Qaydaları"nın müddəalarına uyğun olaraq ölkəmizdə nağd hesablaşmaların məhdudlaşdırılması üçün POS-terminalların tətbiqinə, nəzarət-kassa aparatlarının quraşdırılması prosesinin sürətləndirilməsinə başlanıb.
Qeyd edək ki, nağd vəsaitlərin yüksək dövriyyəsi bankdankənar hesablaşmaların səviyyəsini göstərir. Bu baxımdan da POS-terminallardan istifadə bankdankənar hesablaşmaların qarşısını alır, nağd hesablaşmaları məhdudlaşdırır, alqı-satqı əməliyyatları nağdsız ödəmələr vasitəsilə aparılır, əməliyyatlar sadələşir, əməliyyatlar və tam dövriyyə qeydiyyata alınır, ticarət, iaşə və digər xidmət obyektlərinin vergidən yayınma halları sıfıra enir. Nağdsız əməliyyatların artırılması, həmçinin, ölkədə ikili mühasibatlılığa, "gizli iqtisadiyyat"a və korrupsiyaya qarşı mübarizəni gücləndirir, qaçaqmalçılığın qarşısını alır, şəffaflığı artırır, bank sektorunun inkişafına kömək edir. Sadaladığımız faktorlar da, öz növbəsində, ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verir.
Ancaq, bununla belə, Azərbaycanda nağd ödənişlər hələ də çoxluq təşkil edir. Hər il Bakı şəhərində və bölgələrimizdə kifayət qədər POS-terminalın quraşdırılmasına və istifadəyə verilməsinə baxmayaraq, ölkəmizdə elektron ticarət mədəniyyəti, yəni vətəndaşlar arasında nağdsız alış-veriş etmək mədəniyyəti və plastik kartlardan istifadə ənənəsi hələ tam formalaşmadığından, POS-terminallara maraq azdır. Əhalinin hamısı plastik kartlarla təmin edilməyib. Əhalidə plastik kartlardan istifadə ilə bağlı vərdiş yoxdur. POS-terminallardan istifadə ilə bağlı məlumatlılıq səviyyəsi çox aşağıdır. Yaşlı və orta nəsil yeni texnologiyalardan istifadə etməyi bacarmır. POS-terminalların alınması, quraşdırılması və ona xidmət müəyyən məbləğdə maliyyə vəsaiti tələb edir. Çünki POS-terminalı almaq üçün banklarda depozit saxlanmalıdır. Amma əksər obyektlər bu xərcləri qarşılaya bilmir. Bu səbəbdən də sahibkarlar kiçikhəcmli mağaza şəbəkələrində POS-terminalların quraşdırılmasına maraq göstərmir. Ona görə də POS-terminalı quraşdırmaq istəyən ticarət, iaşə və digər xidmət obyektlərinə sözügedən xərclə bağlı müəyyən güzəştlər tətbiq edilməlidir. Yəni obyektin bu xərci POS-terminal quraşdırılan zaman deyil, quraşdırılandan sonra müəyyən müddət ərzində hissə-hissə ödəməsi üçün şərait yaradılmalıdır.
Bir çox hallarda mağazalar müştəriyə satdığı malın qiymətini artırır və bildirilir ki, POS-terminaldan istifadə etdiyi üçün alıcıdan faiz tutulur və bu onun almaq istədiyi malın satış qiymətinə əlavə edilir. Təbii ki, belə halda müştəri bunun əlavə xərc olduğunu düşünərək POS-terminaldan istifadə etmək istəmir.
Bəzi marketlərdə POS-terminallardan istifadə etməyi bacaran işçilər azdır. İşçilərin biliyi aşağı səviyyədə olduğu üçün bəzən plastik kartdan çox pul çıxarılır. Ona görə də alış-veriş zamanı POS-terminallardan istifadə olunarkən kartlarından daha çox vəsaitin çıxarılmayacağına əmin olmayan müştərilər POS-terminallara inanmır. Bu səbəbdən də vətəndaşlar pullarını bankomatlarda deyil, nağd şəkildə ciblərində və ya evdə saxlamağa daha çox üstünlük verir. Bu problemin həlli üçün mağaza işçilərinə POS-terminallardan istifadə üçün təlimlər keçirilməlidir. Əhalinin maarifləndirilməsinə gəlincə, son zamanlar Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin üstünlüklərini, o cümlədən ödəniş kartları, post-terminallar və onlardan istifadə qaydalarını özündə əks etdirən kitabçaların hazırlanması və on minlərlə kitabçanın nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılması təqdirəlayiq haldır. Amma bunlar əhalinin tam məlumatlandırılması üçün kifayət etmir. Ona görə də kütləvi informasiya vasitələri, xüsusilə də telekanallar vasitəsilə post-terminalların və plastik kartların əhəmiyyəti ilə bağlı, həmçinin, onlara əhalinin inamının artırılması üçün mütəmadi təbliğat kampaniyası aparılmalı, əhali arasında lotereyalar və uduşlu kampaniyalar kimi stimullaşdırıcı tədbirlər həyata keçirilməli, uduşlu ödəniş çeklərinin tətbiqinə başlanmalıdır.
Qeyd edək ki, Azərbaycanda nağdsız ödəmələrin çox aşağı səviyyədə olmasını böyük problem adlandıran Prezident İlham Əliyev maliyyə sistemində şəffaflığın artırılması, xoşagəlməz halların aradan qaldırılması məqsədilə ölkədə nağdsız hesablaşmaların səviyyəsinin yüksəldilməsi məsələsinə daha ciddi fikir verilməsinin və qeyd olunan sahələrdə inkişaf etmiş ölkələrin təcrübələrini öyrənməyin vacibliyini vurğulayıb və ölkədə nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı konkret göstərişlər verib. Dövlət başçısının tapşırıqlarına müvafiq olaraq, Vergilər Nazirliyi ölkədə nağdsız və nağd hesablaşmalarla bağlı qanunvericilik və inzibatçılıq problemlərinin həlli, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı tədbirlər həyata keçirir.
Xatırladaq ki, respublikamızda nağdsız dövriyyənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, ödəniş xidmətlərinin institusional və hüquqi bazasının daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilmiş "Azərbaycan Respublikasında müasir elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi üzrə 2013-2017-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, müasir elektron ödəniş alətləri və bank texnologiyalarından istifadənin genişləndirilməsi, elektron ticarətin inkişafının sürətləndirilməsi, nağdsız dövriyyənin xüsusi çəkisinin artırılması, ödəniş sistemləri və hesablaşmalar sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və digər mühüm tədbirlər nəzərdə tutulub.
Milli Məclisin üzvü, iqtisadçı deputat Əli Məsimli bildirir ki, nağdsız hesablaşmalar korrupsiyanın qarşısının alınmasında, bir sıra sui-istifadələrin aradan qaldırılmasında, "kölgə iqtisadiyyatı"nın dairəsinin məhdudlaşdırılmasında çox əhəmiyyətli rol oynayır: "Ona görə də ölkədə bu ödəmələri stimullaşdırmaq üçün tədbirlər çoxaldılmalı, əhali arasında da maarifləndirmə aparılmalıdır. Hesab edirəm ki, nağdsız ödənişlərin daha çox aparıldığı ticarət mərkəzləri üçün güzəştlər tətbiq etmək mümkündür. Uduşlu kampaniyalar, mükafatlandırmalar və sair təşviqedici manevrlərdən yararlanmaq olar".
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, nağdsız ödənişlərin həcminin artırılması Azərbaycan dövləti üçün vacib istiqamətlərdən hesab edilir. Nağdsız ödənişlərin artması dövlətə maliyyə vəsaitlərinin hərəkətini izləməyə imkan verir: "Nağdsız ödənişlər vergidən yayınmanın qarşısının alınması üçün də olduqca vacibdir. Amma təəssüf ki, ölkəmizdə nağdsız ödənişlərin həcmi yüksək deyil. Bəzi sahibkarlar vergidən yayınmaqda maraqlı olduqları üçün də nağdsız hesablaşmaların inkişafında maraqlı görsənmirlər. Nağdsız ödənişlərlə bağlı təşviqedici tədbirlərlə yanaşı, inzibati metodların tətbiqinə də ehtiyac var. Məsələn, Fransa kimi inkişaf etmiş ölkədə nağd ödənişlərə limitlər müəyyənləşdirilib. Bizdə də oxşar praktikanın tətbiqi məqsədəuyğun olardı. Azərbaycanda bir alqı-satqının dəyəri 500 manatdan çoxdursa, o zaman bu, nağd deyil, ancaq nağdsız ödənişlə həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, mağazanın satdığı malın dəyəri bu məbləğdən çoxdursa, müştərinin həmin malı nağd ödəyərək almaq hüququ, mağazanın satmaq hüququ olmasın, yalnız nağdsız alqı-satqı olsun. Bu imkan verəcək ki, həm nağd satış məhdudlaşdırıldığı üçün şirkətlər POS-terminallardan istifadə etməyə məcbur olsun, həm də vətəndaşların plastik kartlara marağı artsın".
İqtisadçı-ekspert vurğulayır ki, inzibati metod kimi POS-terminallardan istifadəyə nəzarətin gücləndirilməsinə, qanunvericilikdəki boşluqların aradan qaldırılmasına ehtiyac var. Bir sıra hallarda vətəndaş plastik kartdan istifadə etmək istəsə də, mağaza, kafe, restoran plastik kartı qəbul etmir ki, POS-terminal işləmir. Bu həm də müştərinin istehlakçı hüquqlarının pozulması deməkdir. Belə hallar üçün cəza və cərimələrin artırılmasına ehtiyac var: "Amma qanunvericilikdə hətta POS-terminaldan istifadə etməyən sahibkarlar və xidmət obyektləri üçün də konkret cəzalar və cərimələr nəzərdə tutulmayıb.
İstinasız olaraq bütün biznes obyektlərində POS-terminalların quraşdırılması və istifadəyə nəzarətin gücləndirilməsi vacibdir. Stimullaşdırıcı tədbir kimi, Türkiyə daxil olmaqla, bir sıra ölkələrdə olduğu kimi, nağdsız ödənişlərdə təşviqedici metod qismində bonus sisteminin tətbiq olunması məqsədəuyğundur. Bu sistemin tətbiqi əhalidə nağdsız ödənişlərə marağı artıracaq. Bu zaman plastik kartla ödəniş edən vətəndaşın ödədiyi pulun 3 faizi bonus formasında onun hesabına ödənilə bilər. Bu isə onda nağdsız ödənişlərə marağı artıracaq".
İnanırıq ki, nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması tədbirləri nəticəsində maliyyə bazarı daha şəffaflaşdırılacaq, korrupsiya ilə mübarizə daim gücləndiriləcək, Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi beynəlxalq səviyyəyə çatdırılacaq və inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşacaq.
Günel CƏLİLOVA
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ