Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vergidən yayınma nə ilə nəticələnə bilər və bu hansı məsuliyyət yaradır?
Tarix: 30.06.2016 / 01:00
Bölmə: İqtisadiyyat
Vergi borclarını ödəməyən ödəyicilər 6000 manatadək cərimələnəcək, onların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq
Uzun illərdir Azərbaycanda sahibkarlığın inkişafı strategiyası həyata keçirilir. Xüsusilə də Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır.
Belə ki, ölkə Prezidentinin imzaladığı fərmanlarda, onun təsdiq etdiyi iqtisadi siyasət sənədlərində yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirildiyindən, ölkəmizdə formalaşan sahibkarlar təbəqəsinin sırası ilbəil genişlənir və özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artır. Dövlət başçısının göstərişlərinə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir, ölkədə sahibkarlığın inkişafına yönəldilmiş konkret addımlar atılır. Belə ki, sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 20 oktyabr 2015-ci il tarixli Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bir sıra ciddi tədbirlər həyata keçirir. Vergilər nazirinin 12.11.2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb. Belə ki, ötən ilin dörd ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamalarının sayı təxminən 2,5 dəfə, operativ vergi nəzarəti tədbirləri keçirilmiş vergi ödəyicilərinin sayı isə 13 dəfə azaldılıb.
Sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamaların və nəzarət tədbirlərinin, vergi yoxlamaları istisna olmaqla, 2 il müddətinə dayandırılması, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin "açıq hökumət" prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər isə sahibkarlığın inkişafına təkan verib. Digər tərəfdən, bu ilin əvvəlində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. Amma təəssüflər olsun ki, yaradılmış hərtərəfli şəraitdən, dövlətin xoş məramından sui-istifadə etməyə cəhd göstərən sahibkarlara, məsuliyyətsiz vergi ödəyicilərinə hələ də rast gəlinir. Belə ki, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmasına, saxta aksizli əmtəələrin satışının təşkili və sair kimi qanun pozuntularına yol verilməsi halları hələ də çoxdur. Bəzi vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifələrə və vergi qanunvericiliyinin tələblərinə əməl etmir, öz işinə məsuliyyətlə yanaşmır, saxtakarlıq, dələduzluq və digər qanunsuz yollarla qanunvericiliklə nəzərdə tutulmuş vergiləri ödəməkdən yayınmağa çalışır. Qeyd edək ki, Azərbaycanda vergidən yayınmanın ən çox yayılmış üsulu ikili mühasibatlıq olub. Məsələn, fiziki şəxslər olan vergi ödəyiciləri tərəfindən vergilərin yayındırılması əməlləri əsasən dövriyyənin həcmini azaltmaqla, xərcləri artıq göstərməklə, fəaliyyətinin bir hissəsi və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə, saxta sənədlər təqdim etməklə törədilir. Hüquqi şəxslər olan vergi ödəyiciləri yanlış məlumatlar daxil edilmiş saxta mühasibat və vergi sənədlərini tərtib edir. Həmin sənədlərdə əmlakın, vergitutma obyektlərinin sayı, gəlirlər, real əməkhaqlarının həcmi düzgün göstərilməyərək ödənməli olan haqların həcmləri azaldılır. Sahibkarlar tərəfindən göstərilən xidmətlərə və ya satılmış mallara görə əldə edilmiş pul vəsaitlərinin kassaya daxil edilməməsi son nəticədə dövriyyənin az göstərildiyi hesabatların tərtib edilməsinə səbəb olur. Hazırda da bəzi müəssisələrin rəhbərlikləri maaş cədvəllərini saxtalaşdırmağa cəhd göstərir. Həmin müəssisələrin Vergilər Nazirliyinə təqdim etdikləri sənədlərdəki rəqəmlər, statistik göstəricilər məxfi saxladıqları mühasibatlıq sənədlərindəkindən tamam fərqlidir. Məxfi sənədlərdə bütün gəlirlər və xərclər düzgün aparıldığı, qazanılan məbləğin həcmi dəqiq göstərildiyi halda, digər sənədlərdə onların heç biri əks olunmur. Məsələn, işçilərə verilən maaşın məbləği orada bir neçə dəfə az göstərilir. Hətta bəzi müəssisələr ay ərzində 10-20 min dollar məbləğində pulu vergidən yayındırdığı halda, guya cüzi miqdarda gəlirlərin qazanıldığı əks olunan sənədləri Vergilər Nazirliyinə təqdimləyir və vergi ödəməkdən boyun qaçırmağa cəhd göstərir. Üstəlik, işçilərin dəqiq sayı ilə bağlı statistik rəqəmlər də gizlədilir. Nəticədə verilən sifarişlər əsasında görüləcək işlərdən əldə olunan gəlirlərin böyük qismi vergidən yayındırılır.
Bəzi hallarda sahibkarın mühasibat və vergi sənədlərini qanunvericiliyə uyğun tərtib etməsinə baxmayaraq, yaranmış vergi və ya məcburi sosial sığorta haqları qəsdən ödənilmir. Bəzən dövlət qeydiyyatına alınmadan və ya vergi orqanlarında qeydiyyatda olduğu təqdirdə məşğul olduğu fəaliyyət üçün razılıq (lisenziya) almadan fəaliyyət göstərmək yolu ilə vergidən yayınma halları da baş verir.
Qeyd edək ki, məsuliyyətsiz vergi ödəyiciləri arasında şou-biznes nümayəndələri də var. Onlar deyir ki, son aylarda toy olmadığı üçün gəlirləri yoxdur. Amma, halbuki, ötən ilin sonlarında şadlıq saraylarına, restoranlara qeydiyyat kitabları təqdim olunub, hazırda toy və şənliklərin qeydiyyatı aparılır, bu sahəyə ciddi nəzarət edilir. Bakıda kameralar quraşdırılmış şadlıq saraylarında bu ilin 4 ayı ərzində 6324 toy məclisi qeydə alınıb. Şou-biznes nümayəndələrinin əksəriyyəti getdiyi toyların sayını və aldığı qonorarın məbləğini düzgün göstərmir. Bir toyda oxumağa 70-50, hətta 20 manata getdiyini göstərən tanınmış müğənnilər də var.
Təbii ki, yuxarıda sadaladıqlarımız vergi cinayətləri sayılır və belə əməllərə yol verən vergi ödəyicilərinə qarşı inzibati cərimə və maliyyə sanksiyalarının tətbiq olunması ilə nəticələnir. Onu da bildirək ki, bəzi ödəyicilər tərəfindən vergilərin müxtəlif üsullarla dövlət büdcəsindən yayındırılması kimi neqativ hallara qarşı mübarizə aparmaq üçün güclü qanunvericilik bazası mövcuddur. Cinayət Məcəlləsində vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Ümumiyyətlə, cərimə və sanksiyalar vergi ödəyicilərinə öhdəliklərini yerinə yetirmədiklərinə görə tətbiq olunan vasitədir. Dünya təcrübəsi göstərir ki, vergiləri könüllü ödəməyənlər cərimə və sanksiyalara daha çox məruz qalır. Sanksiya və cərimələr vergi ödəyicisinə qarşı inzibati, preventiv yolla tətbiq olunur, yəni məcburi xarakter daşıyır. Amma bir sıra hallarda sanksiyalar ödəyicini stimullaşdırmağa xidmət edir. Hazırda bu mexanizmlərin hər ikisi vergilərin ödənişinə öz təsirini göstərir. Təcrübə göstərir ki, ödəyicilər daha çox maarifləndikdə, onlarda vergi mədəniyyəti formalaşdıqda vergidən yayınma hallarına səbəb ola biləcək faktorlara rast gəlinmir.
Onu da vurğulayaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə maliyyə sanksiyalarının tətbiqi ilə bağlı düzəlişlər olunub. 2016-cı il yanvarın 1-dən qüvvədə olan həmin dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Bu dəyişikliklərdə sanksiyaların artırılması yalnız bir halda müşahidə olunur. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin dövriyyəsi 200 min manatdan yuxarı olduqda belə, onlar vergi orqanına müraciət edərək sadələşdirilmiş vergitutma rejimini tətbiqetmə hüququnu özlərində saxlaya bilər. Yəni 200 min manatdan yuxarı dövriyyəsi olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergitutma rejimini tətbiq etsələr, onlar əlavə dəyər vergisindən (ƏDV) və gəlir vergisindən azad olunacaq. Hüquqi şəxslər isə, hətta dövriyyəsi 200 min manatdan artıq olduğu halda belə, bu rejimi seçmiş olsalar, mənfəət, ƏDV və əmlak vergisindən azad ediləcək. Qanun bu qədər geniş azadolma imkanları verdiyi halda, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövriyyədən yayınmaq üçün nağd hesablaşma qaydalarının pozulması, yəni alqı-satqı və xidmət əməliyyatlarının nəzarət-kassa aparatına vurulmaması və ya malların ciddi uçot blankı olmadan nağd qaydada təqdim edilməsində sanksiyalar sərtləşdirilir. Bu yalnız dövriyyəsi 200 min manatdan artıq olan və sadələşdirilmiş vergitutma rejimini seçən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə şamil ediləcək ki, onlara nağd hesablaşma qaydalarının pozulmasına görə il ərzində birinci dəfə 2000, ikinci dəfə 4000, növbəti dəfələrdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq. Lakin həmin vergi ödəyicilərinin dövriyyəsi 200 min manatdan artıq olduqda və normal qaydada əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata durmaq rejimini seçdikdə, müvafiq olaraq 400, 800 və 1200 manat maliyyə sanksiyası tətbiq ediləcək. Ticarət və ictimai iaşədə, eləcə də digər sahələrdə fəaliyyət göstərən və illik dövriyyəsi 200 min manatdan az olan vergi ödəyicilərinə tətbiq olunan sanksiyaların məbləğləri də, yenə əvvəlki kimi, müvafiq olaraq 400, 800 və 1200 manat təşkil edəcək. Eyni zamanda vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Ümidvarıq ki, maliyyə sanksiyalarının artırılması vergi intizamını gücləndirəcək, vergi ödəyicilərinin məsuliyyətini artıracaq, vergidən yayınmanın qarşısı alınacaq, uçot sistemi daha da təkmilləşəcək və vergilərin dövlət büdcəsinə tam həcmdə ödənilməsi təmin ediləcək.
İradə SARIYEVA
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq
- Tramp hədələdi...
22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...
22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...
22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...
22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı
22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...
22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...
22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid
- Cahid və Fazilə...
22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...
22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ