Bazar günü günü, 25 oktyabr 2026
     

İyulun ikinci yarısından manat-dollar nisbətində yenilik başlayacaq

Image


İngiltərənin Avropa İttifaqından ayrılması hələ də dünya maliyyə bazarlarını silkələməkdə davam edir. Hadisələrin inkişaf axarı göstərir ki, baş verənlər ingilis funt-sterlinqi, avro və dollar üçün tamamilə yeni vəziyyət yaradıb. Söhbət bu pulların dəyər itirməsindən gedir. Hazırda Britaniya funt-sterlinqi iyunun 24-dəki "Brexit" referendumunun müsbət nəticələri ilə başladığı dünya valyuta birjalarındakı azalmanı davam etdirir.
Artıq digər valyutalara nisbətdə funt-sterlinq 10% zəifləyib. Bu, funt-sterlinq üçün rekord azalma sayıla bilər. Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının iqtisadi nəticələrini dəyərləndirən investorlar funt-sterlinqi satmağa davam edirlər. "Standard Bank Group"un Strateji Araşdırmalar Departamentinin müdiri Stiven Barrou hesab edir ki, insanlar "Brexit"in gələcək üçün nə cür fəsadlar yaradacağını dərk etmirlər: "Böyük ehtimalla, biz indiyədək funt-sterlinq və dollar məzənnəsində builki mümkün azalmanın yarısını artıq gördük. Yəni ucuzlaşma hələ davam edəcək".
Qlobal fond birjaları iyunun 23-də keçirilən "Brexit" referendumundan sonrakı iş günlərində artıq 4 trilyon dollar itirib. Belə ki, referendumdan sonra dünya üzrə qiymətli kağızların satışı başlanıb. Avropa Mərkəzi Bankının (AMB) hesablamalarına görə, Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək. "Brexit"dən sonra Avropa İttifaqının yeni strategiyasının müəyyən olunması üzrə Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində AMB-nin rəhbəri Mario Draqi yaxın üç ildə avrozonada iqtisadi artımın proqnoz verildiyindən 0,3-0,5 faiz aşağı olacağı barədə xəbərdarlıq edib. Draqi bu proqnozu Böyük Britaniya iqtisadiyyatında ehtimal olunan zəifləmə ilə də əlaqələndirib. Avropa İttifaqı ölkələri ilə sıx iqtisadi və ticari əlaqələrə malik olan Britaniyada gedən proseslər avrozonanın ümumi iqtisadi konyunkturuna mənfi təsir göstərəcək.
AMB rəhbəri sammitdə Aİ ölkələrini təcili şəkildə islahatlar aparmağa çağırıb. Onun fikrincə, bir çox ölkələrdə Aİ-nin idarəolunmaz hala gəlməsi barədə təsəvvür formalaşa bilər və birinci növbədə iqtisadi təsirlərin birbaşa nüfuz etdiyi bank sektoru diqqət mərkəzində olmalıdır. Üzv ölkələrin dövlət büdcəsində iqtisadi artıma yönəlmiş vəsaitlərin artırılmalı olduğunu bildirən M.Draqi AMB-nin qiymət sabitliyinə nail olmağa və bu məqsədlə bir sıra ölkələrin mərkəzi bankları ilə koordinasiyalı fəaliyyət göstərməyə hazır olduğunu da qeyd edib. Amma istisna edilməyib ki, bu durumda avronun məzənnəsi aşağı düşəcək. Bununla belə, yaranmış vəziyyətdə dolların da bahalaşacağını gözləmək olmaz. Məsələ burasındadır ki, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra hər iki tərəfin valyutası, dünya fond birjaları, istiqrazların gəlirliliyinin azalması ilə bərabər ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimallar da aşağı enib. FES-in uçot dərəcəsini artırması ehtimallarının gücləndiyi ilk iclasın 2017-ci ilin martında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, "Brexit"dən sonra bu il keçiriləcək 4 iclasda uçot dərəcəsinin artırılması gözlənilmir. Bu mənada ekspertlər qlobal valyuta bazarında yeni bir dönəmin başladığını qeyd edir. Belə ki, bu günə qədər FES-in uçot dərəcəsini artırması müzakirə olunur və bunun baş verməsi ehtimallarına görə ABŞ dollarının məzənnəsi dəyişirdisə, artıq durum fərqli xarakter alır. Əvvəla, proqnozlar 27 iyulda baş tutacaq FES iclasında uçot dərəcəsinin dəyişməyəcəyini göstərir. Sentyabrın 21-də baş tutacaq iclas yaxınlaşdıqca isə dolların məzənnəsinin azalacağı proqnozlaşdırılır. Həmin iclasdan uçot dərəcəsinin azaldılmasına dair qərar çıxması gözlənir və bununla da dolların yenidən qlobal valyuta bazarında ucuzlaşması gözlənir. Beləliklə, avro və dolların ucuzlaşması paralel gedəcək.
Bu vəziyyətdə qızılın bahalaşması istisna edilmir. Təbii ki, bütün bunlar manatı möhkəmləndirəcək. İqtisadçı ekspert Samir Əliyev də bildirir ki, iyulun ikinci yarısı və avqust aylarında manatın nisbətən bahalaşacağı gözlənir. Ekspertin sözlərinə görə, son bir həftə ərzində dolların bahalaşmasının əsas səbəbi bankların xarici borc öhdəlikləri ilə bağlıdır: "May ayından bəri keçirilən valyuta hərraclarında, kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank da iştirak edirdi. İyun ayından sonra isə Mərkəzi Bank hərracda iştirak etmir.
Hazırda isə hərracda iştirak edən bankların sayı 30-u ötür və hər dəfə 100% alıcılıq olur. İyulun ortalarında banklar vergi ödəyəcəyinə görə manata tələbat yaranacaq. Bu səbəbdən iyulun ortalarından sentyabra qədər olan dövrdə manat bir qədər bahalaşacaq".
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ