Bazar günü günü, 25 oktyabr 2026
     

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Gürcülər Bakı Azərbaycanın, Gəncə isə azərbaycanlıların paytaxtıdır deyirlər. Qədim mədəniyyət beşiyi, qürurverici tarixi olan dahi Nizaminin yurdu sürətli inkişaf dövrünü yaşayır. Son bir neçə ildə Gəncədə həyata keçirilən yeni infrastruktur layihələr bunu deməyə əsas verir. Gəncənin tarixi haqqında müxtəlif məlumatlar mövcuddur.
Şəhərin yaranmasını eramızdan əvvələ, orta əsrlərin başlanğıcına aid edənlər də var. 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı da burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar edilib.
1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılan Gəncənin 1918-ci ildə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılıb. 1989-cu ildə yenidən şəhərin Gəncə adı özünə qaytarılıb. Adıçəkilən şəhər karvan yollarının kəsişməsində yerləşdiyi üçün burada səyahətçilər dayanardı. Bu haqda uzaq ölkələrdən gələn alimlər fikirlərini bölüşürdü.
Dəniz səviyyəsindən 400-450 metr yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375 km qərbdə, Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir. Rəsmi məlumatlara görə, hazırda Gəncənin ərazisi 100 kv.km-dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir.
Hazırda Gəncə şəhəri 2 rayon və 6 inzibati yaşayış məntəqəsi - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natəvan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir.
Şəhər ərazisində 362 idarə və müəssisə, o cümlədən 79 iri, orta və kiçik sənaye müəssisəsi, 1 bank, 43 bank filialı və bank olmayan kredit təşkilatı, 4 bank şöbəsi, "Azərpoçt" MMC-nin Gəncə Regional Poçt filialı, onun 21 poçt şöbəsi və müştəri xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 12 ATS, 8 mehmanxana, 150-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə "Det.Al-Alüminium" MMC, Gil-torpaq istehsalat sahəsi, Gəncə Avtomobil Zavodu, "Şərab-2" ASC-dir.
Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 5 pir, 5 islam və 3 xristianyönümlü dini icma, 51 QHT fəaliyyət göstərir. Həmçinin, 2 qəzet nəşr edilir ("Gəncənin səsi" və "Novosti Qyandji"). Yerli "Kəpəz" və "Alternativ" TV kanalları yayımlanır.
Ümummilli lider Heydər Əliyevin Gəncənin inkişafı və dirçəlişi üçün təsdiq etdiyi tədbirlər planı onun siyasətinin layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı müddət ərzində rəsmi olaraq yüksək önəm verdiyi Gəncə şəhərinə 12 dəfə səfər edib və şəhərin sosial-iqtisadi, mədəni cəhətdən inkişafı naminə əməli tədbirlər həyata keçirməkdədir. Məhz bu tədbirlərin sayəsində əsaslı yüksəlişə səbəb olan bir sıra taleyüklü problemlərin həll olunması öz müsbət nəticəsini tapıb.

Gəncə şəhərinin sosial-iqtisadi həyatı...

Dövlətin yüksək qayğısı sayəsində Gəncənin sənaye şəhəri kimi inkişafı getdikcə sürətlənir. Yeni sənaye istehsalı müəssisələri fəaliyyətə başlayandan sonra Gəncə bu sahədə daha yüksək göstəricilərə nail olur və olacaq da.
Gəncənin sənaye potensialı və turizmin inkişafı imkanları dəfələrlə şəhər ictimaiyyətinin nümayəndələri və sahibkarlarla müzakirə edilib. Hətta maliyyə naziri Samir Şərifov gəncəlilərlə görüşən zaman Gəncədə kənd təsərrüfatı sahəsində istifadə edilən gübrələrin istehsalı və ixracı, Gil-Torpaq Zavodunun yenidən işə salınması üzrə tədbirlərin həyata keçirildiyinə də bildirib.
S.Şərifov qeyd edib ki, Gəncənin tekstil sənayesi inkişaf etdirilməli, aqrar maşınqayırma müəssisələri yaradılmalıdır: "Alüminium sənayesi Gəncədə daha da inkişaf etdirilməli və zənginləşdirilməlidir".
Gəncə şəhərinin sosial-iqtisadi həyatında müsbət dəyişikliklər qeydə alınır. Daxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsinin payına düşüb və 2014-cü illə müqayisədə 5,5 faiz artıb. Qeyd edək ki, məhsulun 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub.
Gəncə şəhərində işsizlik problem də öz həllini tapıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xüsusi diqqəti sayəsində neçə-neçə insan işlə təmin olunaraq öz ailələri üçün xoş güzəran qurub. Gəncə ərazisində yaradılan istehsal və xidmət sahələri həm də çoxsaylı iş yeri deməkdir. Məhz bunun nəticəsidir ki, son illər Gəncədə uğurlu məşğulluq strategiyası həyata keçirilir.
Gəncə şəhərində yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür.
Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 1500 ailəlik qəsəbə salınıb. Hər bir infrastrukturu olan yeni yaşayış qəsəbəsində məktəb, körpələr evi, mədəniyyət sarayı, eləcə də digər obyektlər tikilib.
Məlum olduğu kimi, müxtəlif vaxtlarda dağıntılara məruz qalan "İmamzadə" kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.
Gəncə həm də dini tolerantlığı ilə seçilir. Bu şəhərdə din və məzhəb ayrıseçkiliyi yoxdur. Şəhərin mərkəzində yerləşən Aleksandr Nevski kilsəsində adam həmişə az olur. Heç xristianların dini bayramlarında da buraya güclü insan axını olmur. Lakin bu kilsədə həmişə dua edib şam yandıranları görmək olar. Kilsənin xaricdən görünüşü isə olduqca maraqlıdır.
Kilsə ilə məşhur "butulkalı ev" bir-birinə çox yaxındır. "Butulkalı ev" şəhərə gələn qonaqların ən çox maraqlandığı binalardan biridir. Bu ev 1966-cı ildə tikilib. Binanın inşasında içki şüşələri ilə yanaşı, kiçik dərman şüşələrindən, müxtəlif ölçülü təbii çay daşlarından da istifadə olunub. Bu evi İbrahim Cəfərov öz qardaşına həsr edib. O düşünüb ki, müharibədə itkin düşmüş qardaşı bu evin sorağını eşidəcək və geri evə qayıdacaq. Evin tikintisində 50 min şampan şüşəsindən istifadə edilib.
Gəncəyə boşuna çinarlar şəhəri də demirlər. Şəhərin harasında olursansa ol, heç fərq etməz. Çünki orada mütləq nəhəng çinar ağacları ilə qarşılaşacaqsan. Çinarların yanından ötərək, bu ağaclara tamaşa edə-edə getmək istədiyin yerə çatacaqsan.
Gəncənin "Xan Bağı" istirahət guşəsi də əsasən çinarlardan ibarətdir. Bu bağ şəhərin əsas görməli yerlərindəndir.
Yay gələndə Gəncə sakinləri əsasən yaxınlıqdakı yaylaqlara köçür. Gəncəlilərin ən çox axışdığı yaylaq isə Xoşbulaqdır.
Gəncədə Heydər Əliyev Mərkəzi və park-kompleksi yenidən qurulub. 450 hektar ərazisi olan Heydər Əliyev Parkının girişində möhtəşəm "Zəfər tağı"ı ucaldılıb. Gözoxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilib və burada istirahət üçün hər cür şərait yaradılıb. Xiyabanda 500 metrlik bir məsafədə silsilə tağbəndlər tikilib. Hər birinin hündürlüyü 7 metrdən çox olan tağbəndlərin üzlüyü nəfis milli ornamentlərlə bəzədilib. Girişdə isə böyük fəvvarə inşa olunub. Diametri 18 metrə bərabər olan fəvvarə hovuzun ortasında ətrafa sərinlik və gözəllik bəxş edir. Kənarlarda əkilən həmişəyaşıl ağaclar isə bu gözəlliyi tamamlayır.

"Avropa Gənclər Paytaxtı" - Gəncə

Sevindirici haldır ki, Gəncə şəhəri 2016-cı ilin "Avropa Gənclər Paytaxtı" seçilib. "2016-cı il Avropa Gənclər Paytaxtı" seçilən Gəncə şəhərində "Avropa Gənclər Paytaxtı" adını daşıyan park öz gözəlliyi ilə gənclərin sevimli məkanına çevrilib. Ümumi sahəsi 1,8 hektar olan parkın tamamilə yaşıllığa bürünməsi də gənclərin ürəyincədir. Dekoratik oturacaqlar və gecə işıqlandırma lampaları isə parka xüsusilə yaraşıq verir. Gənclərlə yanaşı, digər yaş qrupundan olan şəhər əhalisi də bu məkana xüsusi maraq göstərir. Parkın mərkəzində hündürlüyü 5 metr olan "Gənclik qanadları" adlı abidə isə simvolik olaraq "Gəncə 2016 - Avropa Gəncələr Paytaxtı" layihəsinə dəstək məqsədi daşıyır.
Gəncəlilərin istirahətinin mənalı keçirilməsi üçün şəhərdə mədəniyyət mərkəzləri istifadəyə verilib.

Qədim Nizami yurdu gözəl bir şəhərə çevrilib

Bir neçə ay öncə Gəncə şəhərində ilk dəfə yeni və müasir standartlara cavab verən "Cinema Plyus" Premium kinoteatrının açılış mərasimi keçirilib. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri və tanınmış şəxslər iştirak edib. Artıq gəncəlilər rahat şəkildə "Cinema Plyus" kinoteatrında sevdikləri filmə baxa biləcək.
Günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən "Kitab evi" mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir. "Kitab evi"ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün kitab-kafe, müxtəlif multimedia vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub.
Gəncənin necə dəyişdiyinin, gözəl bir şəhərə çevrildiyinin sübuta ehtiyacı yoxdur. Qədim Nizami yurdu göz qabağındadır. Təbii ki, ulu Nizaminin uyuduğu şəhər ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində bu səviyyəyə çatıb.
Günel CƏLİLOVA
Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ