Bazar günü günü, 25 oktyabr 2026
     

Avro və dollarla bağlı yeni problem ortaya çıxır

Image


Böyük Britaniyanın Avropa İttifaqının sıralarını tərk edə biləcəyi ilə bağlı gözləntilər avronun məzənnəsinə də təsirsiz ötüşmür. Avropanın vahid pulu getdikcə daha çox dəyər itirməyə başlayır. Dollar və avronun qlobal valyuta ehtiyatlarında payı, bu səbəbdəndir ki, son 15 ilin ən minimal səviyyəsinə enib. Avropa Mərkəzi Bankının (ECB) yaydığı məlumatda avronun dünya valyuta ehtiyatlarında xüsusi çəkisinin azalaraq 19,9%-ə endiyi bildirilib.
Dolların xüsusi çəkisi isə 2016-cı il yanvarın 1-nə 64,1% təşkil edib. Qeyd edək ki, 2015-ci il yanvarın 1-də bu göstərici 65% olub. 2007-ci ilin qlobal maliyyə böhranı başlayandan dolların valyuta ehtiyatlarındakı xüsusi çəkisi 5 faiz bəndi azalıb.
Bankın rəhbəri Mario Draqi məruzəsində bildirib ki, avro və dolların dünya valyuta ehtiyatlarındakı xüsusi çəkisi getdikcə azalır. Böyük Britaniyanın Avropa İttifaqının sıralarını tərk etməsi isə prosesi bir qədər də sürətləndirəcək. Mario Draqi qeyd edir ki, rəhbərlik etdiyi qurum Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı istənilən ssenariyə hazırdır. Onun sözlərinə görə, hələ də ittifaqın iqtisadiyyatı üçün böyük risq qalır. Qeyd edək ki, bundan öncə amerikalı milyarder Corc Soros, Britaniya ittifaqdan çıxmaq qərarı verəcəyi təqdirdə, funt-sterlinqin və avronun kəskin ucuzlaşacağını bildirib. O bunun dövlətə 1992-ci ildəki "qara çərşənbə"dən daha çox ziyan vuracağını bildirib.
Corc Sorosun xəbərdarlığına görə, Britaniyanın qarşıdan gələn referendumda Avropa İttifaqından çıxmaq qərarına gəlməsi milli valyuta üçün tarixə "Qara cümə" kimi yazılmış 1992-ci il devalvasiyasından daha dağıdıcı ola bilər. Soros yazır ki, Aİ-dən çıxmaq qərarı nəticəsində funt-sterlinq 20 faiz dəyərdən düşə bilər. 1992-ci ildə funt sterlinqin devalvasiyası zamanı milli valyuta çəkisini 15 faiz itirmişdi. Maliyyəçi inanır ki, Britaniyanın ittifaqdan çıxması bəzi insanları hədsiz varlandırsa da, seçicilərin əksəriyyətinin yoxsullaşmasına səbəb olacaq. "İngiltərə Bankını dağıtmış şəxs" kimi tanınan Soros vurğulayıb ki, prosesdən ən çox qazanan maliyyə dəllalları olacaq. Soros bildirib ki, "Qara çərşənbə" "Qara cümə" kimi müəyyən mənfəətlərə yol açmayacaq, çünki ixracatçılar qeyri-müəyyənliyə görə funt sterlinqdən imtina edəcək. Veteran maliyyəçi yazır ki, 1992-ci ilin devalvasiyası əslində ölkəyə xeyir gətirmişdi, çünki hökuməti qiyməti şişirdilmiş funtun dəyərini saxlamaq yükündən azad etmişdi. O, həmçinin bildirir ki, hazırda Britaniya xarici kapitaldan 1992-ci ildə olduğundan daha artıq asılıdır: "Pul 1992-ci ildə olduğu kimi ölkəyə yox, ölkədən axacaq".
Corc Soros bunu da əlavə edir ki, bank faizlərini hazırkı həddən daha aşağı səviyyəyə salmaq mümkün olmadığından, mülkiyyət qiymətlərinin düşməsi və işsizliyin artması ilə yaranmış sabitsizliyi heç bir maliyyə mexanizmi ilə dayandırmaq mümkün olmayacaq. Sorosun özünə gəlincə isə, o, 30 milyard dollarlıq sərvətinin çox hissəsini qızıla qoyub. Bir vaxtlar Sorosla işbirliyi edən "Rogers Holdings" şirkətlər qrupunun İdarə Heyətinin sədri Cim Rocers bundan öncə "Bloomberg" agentliyinə bildirib ki, qarşıdan gələn ildə ABŞ iqtisadiyyatında böhran hökm sürəcək. Bütün bunlar isə avro və dollara inamı sarsıdacaq. Məsələ dünya dövlətləri, o cümlədən Azərbaycan üçün də maraqldır. Çünki ölkənin valyuta ehtiyatlarının böyük bir qismi məhz bu iki valyutada cəmləşib. Ekspertlər bu səbəbdən avro və dollarla bağlı ehtiyatlı siyasət həyata keçirilməsinin vacibliyini önə çəkir. Amma Böyük Britaniya Avropa İttifaqının sıralarını tərk edəcəyi təqdirdə avronun ucuzlaşması daha kəskin xarakter alacaq. Təbii ki, bütün bunlar manatı da avro qarşısında möhkəmləndirəcək. Amma məsələnin digər tərəfləri də mövcuddur. Artıq qeyd olunduğu kimi, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycanın saxlanan dövlət rezervlərinin həcminə, eləcə də dəyərinə mənfi təsir göstərir. Digər tərəfdən onu da xatırladaq ki, dünyada dollardan sonra ikinci güclü valyuta avrodur. Dünya ehtiyatlarının 25 faizi məhz avro ilə saxlanır. Azərbaycanın valyuta ehtiyatlarında da dollardan sonra avronun böyük payı var. Bu səbəbdən avronun kursu ölkəmiz üçün də həssas məsələdir. İlk növbədə ona görə ki, avronun ucuzlaşması avro ilə buraxılan istiqrazların faiz dərəcəsinə təsir göstərir. Baş verənlər həm də Azərbaycanın qeyri-neft sektorunun Avropa İttifaqına ixrac imkanlarını xeyli məhdudlaşdırır. Xatırladaq ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycan məhsullarının Avropa bazarında daha baha olmasına səbəb olur. Bu da Azərbaycan məhsullarının çıxış imkanlarını məhdudlaşdırır və ölkəmizin Avropada rəqabət imkanını azaldır.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ