Bazar günü günü, 25 oktyabr 2026
     

Banklar dollara süni tələbat yaratmağa çalışır

Image


Dünya maliyyə bazarlarında dollar və avronun, həmçinin bir çox digər valyutaların ucuzlaşdığı müşahidə olunur. Məsələn, qonşu Rusiyada dollar artıq bir neçə gündür ki, rubl qarşısında dəyər itirir. Ölkəmizdə isə dolların ucuzlaşması müşahidə edilmir. Belə bir vaxtda bu prosesin bəzi bankların fəaliyyətindən irəli gəldiyi məlum olub. Bu barədə danışmazdan öncə qeyd edək ki, bankların dollara tələbatının artdığı son hərraclardan da görünməkdədir.
Dövlət Neft Fondunun hərraca təklif etdiyi vəsait tamamilə banklar tərəfindən alınır. Ekspertlər bildirir ki, hərracda dollar təklifi artırılmalıdır. Dollara olan ehtiyacı ödəmək üçün bir sıra banklar tərəfindən alış məzənnəsinin qaldırıldığı iddia olunur. Artıq bir sıra banklar Mərkəzi Bankın 4%-lik marja tələbini pozaraq dolları daha yüksək məzənnə ilə alır. Bu barədə "Marja"ya məlumat verən mənbə bildirib: "Saytında dolların alış qiymətini 1.4900 göstərən bank, filialında dolları 1.53 manatdan alır". Elə bu da yeni süni ajiotaj yaradır və dolların ucuzlaşmasının qarşısını alır. Halbuki, reallıqda dollarlaşma üçün heç bir əsas yoxdur. Bunu Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da vurğulayır. O qeyd edir ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur: "Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır".
Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da dollarlaşma üçün əsas görmür. O qeyd edir ki, Mərkəzi Bank cari ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək. Onun sözlərinə görə, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb.
Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.
Hesab olunur ki, bu durumda dollara süni tələb yaradan banklara qarşı konkret tədbirlər görülməlidir. Çünki dünya maliyyə bazarlarında baş verənlər, əslində, dolların bundan sonra dəyər itirməkdə davam edəcəyini göstərir.
Dolların ucuzlaşması əsasən dünyanın başqa valyutalarına, xüsusilə də avro və funt-sterlinq kimi alternativ rezerv valyutalarına nisbətən baş verir. Uyğun olaraq dolların alıcılıq qabiliyyəti də düşür, neft, qızıl və digər xammallar dollara nisbətən bahalaşır. Bu günlərdə isə Amerikanın tanınmış sərmayəçisi, milyarder Cim Rocers bildirib ki, yaxın 12 ayda Amerika iqtisadiyyatı resessiyaya girəcək. O bildirib ki, dünya bazarlarında iflas üzündən dollar "köpüyə" dönəcək. Rocersin sözlərinə görə, ABŞ iqtisadiyyatını bir il davam edəcək tənəzzül gözləyir və bunun baş vermə ehtimalı 100%-dir: "ABŞ-da son resessiyadan yeddi-səkkiz il keçib. Tarixən o, müxtəlif səbəblər üzündən hər 4-7 ildən bir baş verir. Bunun hər dörd və ya yeddi ildən bir baş verməsi heç də vacib deyil, amma siz borclara baxın, adamı dəhşətə gətirir". Əksər ekspertlər hesab edir ki, Cim Rocersin dediklərində müəyyən qədər həqiqət var. ABŞ dünya iqtisadiyyatının dörddə birini təşkil eləsə də, ümumi daxili məhsulu 18 trilyon dollar olan bu ölkənin dövlət borcu 19 trilyon dolları ötür. Buna görə, dolların qəfil ucuzlaşa bilmə təhlükəsi həmişə mövcuddur. Təbii ki, dollar ucuzlaşdığı bir dönəmdə başqa valyutaların, o cümlədən manatın da bahalaşması real olaraq baş verə bilər.
Əslində, milli valyutaların dəyərinin dollar və avroya nisbətən müəyyən edilməsini bir kənara qoysaq, hər bir milli valyutanın durumunun həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, valyuta-qızıl ehtiyatlarının, ixrac potensialının və dövlət borcunun həcmindən asılı olduğunun şahidi olarıq. Bu mənada Azərbaycanda dolların bahalaşmasına da əsas yoxdur.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ