Bu ilin 3-cü rübünün sonuna neftin qiyməti 1 barrelə 39 dollara düşə bilər. Bu proqnozu "Bank of America Merrill Lynch”in analitikləri verib. "The Wall Street Journal” qəzeti yazır ki, bu proqnoza səbəb hər il yayın sonuna ABŞ-da yanacağa tələbatın azalmasıdır.
Analitiklərin bildirdiyinə görə, yayın əvvəlinə qiymətlər adətən qalxır, çünki şəxsi maşından istifadə artır.
Keçən il də eyni mənzərə idi. İkinci rübdə neftin qiyməti 25 faiz qalxmışdı. 3-cü rübdə isə bu amil işləmir.
Bununla belə, analitiklərin fikrincə, 4-cü rübdə neft yenə bahalanacaq. Bir barrelin qiyməti 54 dollara kimi qalxa bilər.
Hazırda neftin qiyməti 50 dollardır. Son günlər neftin qiymətinin qalxmağı Britaniyanın Avropa Birliyindən çıxmaq barədə iyunun 23-də keçirəcəyi referendumla bağlıdır.