PKK terror təşkilatı Türkiyənin şərqində İrana məxsus TIR-lara növbəti dəfə hücum təşkil etməsindən sonra rəsmi Tehran qonşu ölkəyə alternativ yol axtarır. "APA-Economics" xəbər verir ki, İran quru yolları Tranzit və Sərhəd keçid məntəqəsinin baş direktoru Muhammed Cavad Atrçianın sözlərinə görə, Türkiyə İrana məxsus yük avtomobillərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil.