Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda Azərbaycanın "Vita-A” investisiya şirkəti və Rusiyanın "R-farm” şirkəti arasında Azərbaycanda əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb. Trend-in məlumatına görə, iqtisadiyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə deyib ki, "Hayat Pharm" adlanan yeni müəssisənin məhsulları təkcə daxili bazarın tələbatını qarşılamayacaq, həm də gələcəkdə həmin məhsulları ixrac etmək planlaşdırılır.
"Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatının prezidenti Aleksey Repik isə jurnalistlərə bildirib ki, müəssisənin yaradılmasına qoyulacaq sərmayələrin həcmi ilkin mərhələdə 10 milyonlarla dollar təşkil edəcək.