Bazar günü günü, 25 oktyabr 2026
     

Banklar çökür, bu çox təhlükəlidir...

Image


Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatların təhlili göstərir ki, bank sistemindəki durum getdikcə ağırlaşır. Bankların demək olar ki, hamısı bu gün problemli kreditlərlə üz-üzə qalıblar. Mərkəzi Bankın rəsmi statistikası da problemli kreditlərin həcminin getdikcə artdığını təsdiqləyir.

Bir qədər öncə bank islahatlarına onların konsolidasiya edilməsi yolu ilə start verilsə də indi bu prosses tamamilə dayandırılıb. Banklar zaman-zaman müştərilərə xarici valyutada verdikləri kreditlərin əsirinə çevriliblər. Bu gün müştərilərə verilən 18,7 milyard manat kreditlərin 9,0 milyard manatı və ya 48,2%-i xarici valyutadadır. Banklarda 22,5 milyard manat əmanət var ki, bunun da 81%-i, yəni 18,2 milyard manatı xarici valyutada cəlb edilmiş əmanətlərdir. Bankların cəlb etdikləri əmanət və verdikləri kredit portfelində xarici valyutada olan əmanətlərin və kreditlərin xüsusi çəkisi 66% və ya onun 2/3-si qədərdir. Bu durum kifayət qədər ciddidir və problemin kökü ilk növbədə xarici valyutada verilən kreditlərin qaytarılmasına söykənib ki, bu sahədə də vəziyyət getdikcə ağırlaşır.

Bu günlərdə Mərkəzi Bank kommersiya banklarına dəstək məqsədilə depozit auksionu keçirib və nəticədə 6,49%-lə banklardan 129 milyon manat vəsaiti depozit şəkilində qəbul edib. Kimlərsə bunu az qala Mərkəzi Bankın yaranmış durumda inqilab etməsi kimi dəyərləndirsə də əslində bu addım mövcud problemin həllinə heç bir kömək edə bilməz. Mərkəzi Bankın depozit cəlb etməsi nə deməkdir? Əslində banklar bu depozitə özlərinin sərbəst olan vəsaitlərini yerləşdirə bilərlər. Bu gün banklarda sərbəst vəsait varmı? Dövriyyədə olan nağd pul kütləsinin ən minimal bir həddə olduğu, verilən kreditlərin geri qaytarılması sahəsində ciddi problemlər yaşandığı, bəzi banklarda problemli kreditlərin onların ümumi kredit qoyluşunda 50%-i ötdüyü bir durumda hansı sərbəst vəsaitlərdən söhbət gedə bilər? Digər tərəfdən, gəlin banklarda yaranmış mövcud problemlərin və Mərkəzi Bankın cəlb etdiyi depozitlərin ölçülərini müqayisə edək? Öncə demək lazımdır ki, MB-nın cəlb etdiyi depozitlərin müddəti bilinmir. Başqa ölkələrin təcürbəsi isə göstərir ki, bu yolla vəsaitlər adətən çox qısa bir müddətə cəlb edilirlər və bu müddət bəzən günlərlə ölçülür. Hesab edək ki, Mərkəzi Bank bu depozitləri 3 ay müddətinə cəlb edib. Üç ay müddətində 129 milyon manat depozit 6,49%-lə banklara nə qədər divident gətirə bilər? Ən yaxşı halda bu iki milyon manatdan bir qədər artıq olan bir rəqəmi keçmir. İndi gəlin bu rəqəmləri müqayisə edək: - banklarda olan 22,5 milyard manat əmanət, 18,7 milyard manat kredit portfeli və onların Mərkəzi Banka yerləşdirdikləri 129 milyon manat depozitdən qazanacaqları 2 milyon manat! Gülməli müqayisədir deyilmi? Odur ki, Mərkəzi Bankın bu addımını bank sisteminin xilası kimi dəyərləndirmək absurddur. Əslində Mərkəzi Bankın bu əməliyyatı keçirməkdə məqsədi başqadır. Əslində Mərkəzi Bank İlk dəfə keçirilən bu auksion vasitəsilə daha çox banklarda olan sərbəst manat kütləsi vasitəsilə valyuta bazarına ola biləcək təziqi neytrallaşdırmağın yollarını arayır. Bu yollardan biri də sərbəst vəsaiti olan, lakin onu yaranmış böhran şəraitində kredit şəkilində müştərilərə verməkdən ehtiyatlanan banklardan həmin vəsaitləri cəlb etməklə dövriyyədə olan manat kütləsini azaltmaqdır. Bununla da Mərkəzi Bank valyuta bazarına olan təziqi neytrallaşdırmış olur. Çünki banklar mövcud durumda sərbəst manat vəsaiti yaranan kimi öz valyuta öhdəliklərinin icrası və mümkün devalivasiya risklərindən sığortalanmaq üçün həmin manat vəsaitlərini xarici valyutaya çevirirlər. Bu yol sadəcə olaraq valyuta bazarına təziqi neytrallaşdırmaq üçün Mərkəzi Bankın əlində olan rıçaqlardan biridir. Odur ki, bank sistemində yaranmış ciddi böhranın qarşısının alınmasının başqa yollarını axtarmaq lazımdır. Bu yolu biz dəfələrlə göstərmişik və bir daha da göstəririk. Yaranmış vəziyyətdə Mərkəzi Bank müqabil şərtlərlə uznmüddətli daxili borclanmaya getməli və bu yolla da ilk növbədə bankların xarici valyutada verdikləri kreditlərin iki devalivasiyadan sonra yaranan məzənnə fərqi problemini çözməlidir. Çünkü bu gün bank sisteminin problemlərinin kökündə dayanan bir nömrəli məsələ budur. Bu addım bankları tədricən düşdükləri bataqlıqdan xilas edə bilər. Onların çökməsi çox təhlükəlidir və bu iqtisadiyyatımız üçün ciddi zərbə demək olardı...

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar

Birliyinin sədri, iqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ