Bazar günü günü, 25 oktyabr 2026
     

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Ulu Gəncə! Tarix boyu sinəndə boy atanlar da, adını eşidib üzünü görməyənlər də səndən danışıb, səni anıb, başqa şəhərlərlə müqayisə ediblər. Fəxr olunası şəhərsən. Çünki qəhrəman övladların, Nizami, Məhsəti kimi şairlərin, Cavadxan kimi rəhbərin olub. İgidliyin, gözəlliyin, mərdliyin, ürəyigenişliyin daim qoşa addımlayıb. Təbiətin -başının üstündəki Göygölün, Maralgölün, Kəpəzin görəni heyran edib.
Adını eşidib, səni görmək istəyənlərin sayı ilbəil artıb, minləri, milyonları keçib.
Qədim Gəncə son dövrlər daha sürətli inkişaf, çiçəklənmə dövrünü yaşayır. Məsələ ondadır ki, şəhərdə abadlıq-quruculuq işləri hər keçən gün daha da genişlənir. Bu da şəhərin simasını daha da gözəlləşdirir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Gəncə ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurlu icrası şəhər əhalisinin sosial rifahının yaxşılaşmasına da təsir edir. Prezident İlham Əliyevin rayon rəhbərliyi qarşısında qoyduğu vəzifələr, onları ilboyu nəzərdə tutulan işləri daha məsuliyyətlə və eyni zamanda vaxtında yerinə yetirmələrinə stimul verir. Bununla yanaşı, ölkə başçısı İlham Əliyev son beş ildə Gəncəyə 5 dəfə səfər edib. Prezidentin hər gəlişi gəncəlilərə yeni stimul verib, mühüm layihələrin həyata keçirilməsinə və genişmiqyaslı quruculuq işlərinin aparılmasına zəmin yaradıb, şəhərin görkəmi başdan-başa dəyişib. Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi ölkənin iri sənaye şəhərlərindən biri olan Gəncənin də qarşısında duran vəzifələrin intensivliyini artırdı. Bunun nəticəsində şəhərin sosial-iqtisadi göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksək oldu. 2015-ci il dünyada iqtisadi böhranla müşayiət olunsa da, Azərbaycan üçün ötən ili bütün sahələrdə hərtərəfli inkişaf və tərəqqi, eyni zamanda, vətəndaşlara qayğı və diqqətin daha da artırılması ili kimi dəyərləndirmək olar. Bunu Gəncənin də timsalında görmək mümkündür. Belə ki, əvvəllər olduğu kimi, 2015-ci ildə də bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib. Gəncə şəhərinin də sosial-iqtisadi həyatını xeyli canlandırıb. Daxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsinin payına düşüb və 2014-cü illə müqayisədə 5,5 faiz artıb. Məhsulun 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Nizami yurdunda bir sıra layihələrin icrası nəzərdə tutulur. Artıq həmin layihələr həyata keçirilir. Şübhəsiz, hər bir uğurun arxasında dövlətin, dövlət başçısı İlham Əliyevin yüksək qayğısı və diqqəti dayanır. Bu qayğını yüksək qiymətləndirən gəncəlilər doğma şəhərlərinin abadlaşması və gözəlləşməsi üçün daha məsuliyyətlə və daha əzmkarlıqla çalışmağı başlıca məqsədləri hesab edirlər. Təqdirəlayiq haldır ki, Gəncənin inkişafı ilə bağlı şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlər əhali tərəfindən böyük razılıq və dəstəklə qarşılanır. Şəhər ictimaiyyəti görülən işləri dəstəkləyir. Tikinti-quruculuq, abadlıq işləri sayəsində Gəncə gözəlləşir və müasirləşir. Onu da qeyd edək ki, heç bir yeni layihə Gəncənin milli memarlıq özəlliyini kölgədə qoymur, əksinə, millilik və müasirlik bütün görülən işlərdə vəhdətdə təqdim olunur. Məqsəd bütün milli xüsusiyyətləri, milli ruhu qorumaqla Gəncəni ən müasir şəhərə çevirməkdir. Bu istiqamətdə görülən işlər öz bəhrəsini vrməkdədir. Gəncədə həyata keçirilən yenidənqurma layihələri tikinti-quruculuq, abadlıq işləri ilə yekunlaşmır. Şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır. Elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün gərəkli tədbirlər görülür və bütün bunlar sistemli şəkildə həyata keçirilir. Bu tədbirlər sırasında əhali abonentlərinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatı ilə təmin edilməsini, yeni salınmış qəsəbələrin qazlaşdırılmasını, qaz təchizatı şəbəkəsinin əsaslı təmir işlərini də qeyd etmək olar.
Digər tərəfdən, şəhər rəhbərliyi Gəncədə sahibkarlığın inkişafı üçün hər cür şərait yaratmağa çalışır, iş adamlarına lazımi dövlət dəstəyi göstərilir. Dövlətin yüksək qayğısı və başda icra başçısı Elmar Vəliyev olmaqla şəhər rəhbərliyinin səriştəli fəaliyyəti sayəsində Gəncənin sənaye şəhəri kimi inkişafı getdikcə sürətlənir. Yeni sənaye istehsalı müəssisələri fəaliyyətə başlayandan sonra Gəncə bu sahədə daha yüksək göstəricilərə nail olacaq. Son dövrlər Gəncədə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində də mühüm işlər görülüb. Şəhərdaxili avtomobil yolları genişləndirilib, yol kənarındakı tikililərin dam örtükləri dəyişdirilib, binaların fasadları klassik memarlıq üslubunda yenidən işlənib.
2016-cı ilin birinci rübü ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərib. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,2 faizini təşkil edib. Üümumi istehsalın 91,2 faizi sənaye mallarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. Özəl sektorda ümumi daxili məhsul buraxılışının xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 34,8 faizədək yüksəlib. Sənaye məhsulunun 92,2 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunub. Emal sənayesində, kompyuter, elektron və optik məhsulları, qida məhsulları, tikinti materialları, kağız və karton, nəzarət ölçü cihazları, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində və metallurgiya sənayesində artım müşahidə edilib. Şəhərin nəqliyyat, rabitə və informasiya xidməti təsərrüfat subyektlərinin fəaliyyəti şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanıb. Bu sahəyə investisiyaların yönəldilməsi, avtomobil yollarının yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası istiqamətində mühüm işlərin görülməsi davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən, 2015-ci ildə başlanmış Zazalı-"İmamzadə" kompleksi - Gəncə avtomobil yolunun tikintisi cari ildə də davam etdiriləcək.
Bundan başqa, "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Paylayıcı Şəbəkəsi şəhərin sosial-iqtisadi inkişafını nəzərə almaqla əhalinin və iqtisadiyyatın dayanıqlı, fasiləsiz, sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə hesabat dövrü ərzində mərhələli şəkildə müəyyən tədbirlər həyata keçirib. Gəncə Qaz İstismarı Sahəsi 2016-cı ilin birinci rübü ərzində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, ayrı-ayrı ərazilərdə yeni inşa edilmiş evlərin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində müəyyən işlər görüblər. Şəhərin 28 May, Təbriz, V.Xuluflu, Qızıl Hacılı və digər küçələrində, həmçinin Cavad xan qəsəbəsində əhalinin həyətyanı sahələrindən keçən qaz xəttləri kəməri təhlükəsiz yerə çıxarılıb. Mənzilləri qidalandıran mövcud qaz xətləri qaz tənzimləyici şkaflara birləşdirilib. İfrastrukturun vacib sahələrindən olan su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması dövlət qayğısı ilə əhatə olunub. Bu sahədə aparılan islahatların və müəyyən olunmuş proqramların reallaşmasına geniş imkan yaradılıb. Şəhərin suya olan tələbatının ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin perspektivə uyğun təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı hesabat dövründə də icra olunan layihə uğurla davam etdirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan təhsil sisteminin milli dəyərləri saxlanılmaqla dünya təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması, təhsil islahatlarının uğurla davam etdirilməsi təhsilin bütün pillələrində müsbət nəticələrin əldə olunmasına geniş imkanlar yaradıb. Təhsilin məzmunca yeniləşməsi, məktəblərdə müasir tələblər səviyyəsində təhsil mühitinin formalaşması, şəhər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris binalarının təmiri, yeni məktəb binalarının tikintisi Gəncə şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmaqla, bu sahədə davamlı işlər aparılır. Şəhərdə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə yeni inşa edilmiş 1 min 200 şagird yerlik əlavə tədris korpusu istifadəyə verilib.
Gəncə şəhərində səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığına etibarlı təminat verən müasir infrastrukturun yaradılması şəhər İcra Hakimiyyətinin xüsusi diqqət mərkəzindədir.
Bir sözlə, Gəncə sosial-iqtisadi, mədəni cəhətdən hər keçən gün inkişaf edir. Bütün bu inkişaf çoxşaxəli olmaqla yanaşı, daha qabarıq formada özünü göstərir.
Vidadi XUDAŞOV
Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ