Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycanda aztəminatlı ailələrə mənzil müjdəsi - tikintilər başlanır

Image


Yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin AZƏRTAC-a müsahibəsini təqdim edirik:
- Mənzil İnşaatı Dövlət Agentliyi yeni qurumdur. Onun yaradılmasından əsas məqsəd nədir?
- Agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının və digər obyektlərin tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.
- Agentliyin fəaliyyətinin təşkil edilməsi istiqamətində artıq hansı işlər görülüb?
- Agentliyin yaradıldığı ilk gündən onun fəaliyyətinin bütün istiqamətləri üzrə kompleks işlərin görülməsinə başlanıb. İlk növbədə, Agentliyin daxili strukturu təsdiq edilib, yeni ştat cədvəlinə uyğun olaraq işçi heyətinin formalaşdırılması həyata keçirilib. Eyni zamanda, aidiyyəti dövlət qurumu tərəfindən inzibati binanın ayrılması prosesi tam başa çatanacan, Agentliyin Səbail rayonu, M.Ə.Sabir küçəsi, 3 ünvanında müvəqqəti yerləşdirilməsi təmin edilib. Bununla yanaşı, Agentliyin nəzdində fəaliyyət göstərən və güzəştli mənzil tikintisinin sifarişçisi olan "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin edilib, həmin qurumun strukturunun formalaşdırılmasına və işinin təşkil olunmasına başlanıb.
- Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni vətəndaşlar üçün əlyetərli mənzillərin tikintisi sahəsində işlərə başlanıbmı?
- Bəli, bu işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanıb. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə, ilk növbədə, aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının, əsasən, Binəqədi, Suraxanı və Qaradağ rayonlarında 10-dan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən "MİDA" MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanacaq.
- Tikiləcək mənzillərin hansı sosial qruplar tərəfindən əldə olunması nəzərdə tutulur və onlar üçün bu mənzillərin əlyetərliliyi necə təmin ediləcək?
- Son illərdə ölkənin yüksək iqtisadi artım templəri tikinti sektorunun inkişafına güclü təkan verib. Ölkəmizdə özəl şirkətlər tərəfindən çoxmənzilli binaların tikintisi həyata keçirilib, bu da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfəsini verib. Lakin yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir. İlk növbədə, Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayacaq. Eyni zamanda, bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Bina fasadlarının dizaynına isə xüsusi diqqət yetiriləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. Bu gün bəzi ekspertlər güzəştli mənzillərin satış şərtləri və qiymətləri ilə bağlı müəyyən fikirlər söyləyirlər. Lakin qeyd etmək istəyirəm ki, bunların səsləndirilməsi yalnız bütün texniki və iqtisadi göstəricilər üzrə hesablamalar başa çatdıqdan sonra mümkün olacaq.
- Agentlik tərəfindən sosial mənzillərin tikintisi sahəsində dünya praktikası öyrənilirmi?
- Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir. Biz Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsini öyrənirik. Cari ilin may ayının ortalarında Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edərək, bu ölkənin sosial mənzillərin tikintisi sahəsində artıq 1984-cü ildən fəaliyyət göstərən Kollektiv Mənzillər İdarəsinin (TOKİ - Toplu Konut İdarəsi) rəhbəri və təşkilatın idarə heyətinin üzvləri ilə görüşlər keçirmiş, bu istiqamətdə reallaşdırdığı layihələrlə və əldə etdiyi nailiyyətlərlə tanış olmuşuq. Bununla yanaşı, səfər çərçivəsində Orta Şərq Texniki Universitetinin Şəhərsalma və Memarlıq üzrə Tədqiqat Mərkəzində sosial mənzillərin tikintisi sahəsində elmi tədqiqatlarla məşğul olan professorlarla da görüşlər keçirilib. Əminik ki, dünya praktikasının öyrənilməsi Agentliyin işinin daha səmərəli qurulmasına və həyata keçirilməsinə imkan yaradacaq. Onu da deyim ki, görülən işlər barədə ictimaiyyətə müntəzəm surətdə məlumat veriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ