Bazar günü günü, 25 oktyabr 2026
     

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Orada bir şəhər var-adı Gəncə hey! Neçə əsrlərdir bu misralar yaddaşdan-yaddaşa ötürülür, nəsildən-nəsilə əmanət verilir, itib-batmır, əksinə, o boyda, o biçimdə qalır. Söz qocalmır ki... Dünyanın qos-qoca şəhərlərindən olsa da, adında gənclik təravəti, cavanlıq şövqü yaşayır Gəncənin. "Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı" elan edilib.
Bir il müddətində Avropa gəncləri bu şəhərə toplaşacaq, bəlkə də ən mühüm qərarlar elə bu qədim şəhərimizdə veriləcək. Şərqlə-Qərbin qovuşağında yerləşən Gəncə həm müasir şəhərdir, həm də qədim. Keçən əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının (ADR) ilk paytaxtı olan Gəncə bu gün öz möhtəşəmliyi ilə diqqətimizdədir. Gəncəni bizim üçün doğmadan-doğma edən bir sıra amillər var. Onlardan biri bu yurdun dahi şairlər məkanı olmasıdır. Söz şahlığının tacidarı Nizami Gəncəvi burada yazıb yaradıb, dahi şairin, böyük mütəfəkkirin məqbərəsi də burada yerləşir. Bundan başqa, Gəncə hələ keçən əsrlərdən sosial-iqtisadi, mədəni cəhətdən hər zaman inkişafda olub. Bu da faktdır ki, Gəncə Azərbaycanın əski mədəniyyət, elm-təhsil mərkəzlərindən biri kimi ayrı-ayrı dövrlərdə şan-şöhrət tapıb. Bu gün də Gəncə öz missiyasını daşıyır. Arxaik və müasir, avanqard motivlər üstə pərvəriş tapan Gəncə deyərdik ki, daha çox milli şəhərdir. Doğrudur, burada başqa xalqların nümayəndələri də sülh, dinclik şəraitində yaşayır, fəaliyyət göstərir, təhsil alır. Bütün bunlar qədim şəhərimizin ayrılmaz ştrixləridir. Gəncə şəhəri ölkə başçısının daim diqqətində olan şəhərlər sırasında ön yerlərdən birini tutur. Söz yox ki, Prezident İlham Əliyevin tapşırığı və müvafiq sərəncamları ilə bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı böyük işlər görülür, irimiqyaslı işlər həyata keçirilir. Gəncə şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçımız bir neçə dəfə sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixində imzaladığı "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı bu şəhərin inkişafına böyük təkan oldu. Sözügedən sənədə əsasən, Gəncə şəhərinin zəngin tarixi-mədəni irsinin mühafizəsi, milli memarlıq ənənələri qorunub saxlanmaqla şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb. 21 oktyabr 2014-cü ildə də "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Qeyd edək ki, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək üçün Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.
Qədim sənətkarlıq, elm, ədəbiyyat mərkəzi olan Gəncə tarixi abidələr, məscidlər, ziyarətgahlar, məbədlər, məqbərələr diyarı kimi də şöhrət tapıb. Bilirik ki, ölkə başçısının qayğısı sayəsində son illər Gəncə sosial-iqtisadi cəhətdən xeyli inkişaf edib, şəhərin siması dəyişib, xüsusən də qədim Gəncə divarlarının yenidən bərpa edilməsi şəhərə əlavə gözəllik bəxş edir. Məlumdur ki, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, "Xəmsə" abidəsi, "Gəncə Qala qapıları" Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park Kompleksi yaradılıb, yüksək standartlara cavab verən bir neçə mehmanxana tikilib, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulub, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan "İmamzadə" kompleksi bərpa olunub, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilib. Yeri gəlmişkən, onu da vurğulayaq ki, Heydər Əliyev Fondu Gəncə şəhərinin memarlıq abidələrinin bərpasında, bu şəhərdə olan milli-maddi dəyərlərimizə münasibətdə hər zaman ön cərgədədir. Heydər Əliyev Fondunun qayğısı sayəsində neçə-neçə abidə yenidən xalqa qaytarılıb.
Gəncə Azərbaycanın mərkəzi şəhərlərindən biri olaraq yadelli işğalçıların da pis nəzərindən yayınmayıb. Məlum olduğu kimi, şəhərin adı dəfələrlə dəyişdirilib. 1989-cu ildə Gəncənin adı özünə qaytarılıb və bu dəfə həmişəlik. O nə Yelizavetpoldur, nə də Kirovabad, o doğma Gəncədir, anamız Azərbaycanın əziz balası...
Rəsmi məlumatlara görə, Hazırda Gəncənin ərazisi 100 kv.km-dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində "Gülüstan" mikrorayonu və "Yeni Gəncə" rayonunun qurulması, Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı.
2006-cı ildə Gəncədə Azərbaycanda ikinci beynəlxalq hava limanı açıldı. Gəncə şəhəri 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli, 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 nömrəli Sərəncamı ilə 5 yeni - Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 iyun 2004-cü il, 19 may və 11 oktyabr 2005-ci il, 31 oktyabr 2006-cı il, 30 may 2007-ci il, 3 mart və 24 sentyabr 2008-ci il, 25 may 2009-cu il, 11 fevral 2010-cu il, 09 fevral 2011-ci il, 21 yanvar 2012-ci il tarixlərdə Gəncə şəhərinə səfər edib.
Qeyd edək ki, Gəncənin inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir. Bilirik ki, qəbul edilən investisiya layihəsi Gəncəni sosial-iqtisadi cəhətdən inkişaf etdirmək məqsədi daşıyır. Onu da vurğulayaq ki, Gəncədə mütəmadi olaraq bölgə gənclərinin inkişafı ilə bağlı silsilə tədbirlər keçirilir. Gəncədə hazırda həyata keçirilməkdə olan bir sıra əhəmiyyətli layihələrin gələcəkdə böyük bəhrə verəcəyinə ümid bəsləmək lazımdır. Məlumatlara görə, hazırda Heydər Əliyevin adını daşıyan parkda da əsaslı tikinti-bərpa işləri aparılır. Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin inşasına başlanıb. Mərkəz üçmərtəbəli, ümumi sahəsi 7500 kvadratmetrdən ibarət olacaq. Burada eni 20, uzunluğu 50 metr, girişdə hündürlüyü 43 metr olan "Zəfər tağı" da inşa ediləcək. Mərkəzin birinci mərtəbəsində sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və kütləvi kitabxana, üçüncü mərtəbədə isə konfrans zalı, müşavirə otağı, həmçinin 400 yerlik iclas zalı da nəzərdə tutulub. Bunlarla yanaşı, Mərkəzdə müxtəlif dekorativ və sosial tikililər inşa ediləcək. Parkın girəcəyindən Heydər Əliyev Mərkəzinə qədər olan ərazidə 32 ədəd xüsusi memarlıq üslubunda fəvvarə düzəldiləcək. Eyni zamanda süni gölün yaradılacağı "Disneyland" əyləncə mərkəzlərinin, istirahət guşələrinin tikintisi də nəzərdə tutulub. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur ki, bu da gələcəkdə binanın xarici və daxili görünüşünü daha da cəlbedici edəcək. Hazırda Mərkəzin girəcəyindən binaya qədər yol boyu fəvvarələr quraşdırılır. "Zəfər tağı"nın bünövrəsində tamamlama işləri görülür. Həyata keçirilən işlərdən biri də Gəncədə böyük gölün yaradılması ilə bağlıdır. Məlumatlara görə, süni göl Heydər Əliyev Parkında mərkəzi küçənin cənub-qərbində, memoriala gedən yolda yerləşir və 30 hektar sahəni əhatə edir. Gölün mərkəzində qüllə tikiləcək. Bununla yanaşı, suyun içində fəvvarə və səhnə quraşdırılacaq. Burada orijinal illüminasiya yaradılacaq, atəşfəşanlıqlar təşkil olunacaq. Gəncədə böyük Mədəniyyət Mərkəzinin inşası da diqqəti cəlb edir. Belə ki, Gəncə şəhərində tayı-bərabəri olmayan filarmoniya inşa olunur. Hazırda filarmoniyanın tikintisi sürətlə davam etdirilir. Yeni inşa olunan filarmoniya 3000 nəfər tamaşaçı tutumlu olacaq. Gəncə şəhərinin filarmoniyası yeddi mərtəbədən və 4 zaldan ibarət olacaq. Müasir və böyüklüyü ilə seçiləcək filarmoniyada ikimərtəbəli avtomobil dayanacağı, lüks lift nəzərdə tutulub. Bundan başqa, binanın fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.
Qeyd edək ki, Gəncədə özəl sektorun inkişafına böyük önəm verilir. Şəhərdə açıq tipli "Metal-plastik" birləşmiş səhmdar cəmiyyəti fəaliyyət göstərir. Yeni nəsil menecerləri tərəfindən idarə olunan bu müəssisə 75 adda müxtəlif məhsul- təhsil üçün lazımi avadanlıqdan tutmuş (stol, lövhə və s.), ofis mebeli, uniforma, istehlakçı malları, 40 mm-120 mm-lik mıxlar, akkumulyatorlar (60, 100, 180 amper), plastik məmulatlara (ağırlığı 1 qr-5 kq-a qədər) kimi istehsal edir. Şəhərdə yerləşən "Billur" zavodunun 1 hektardan çox istehsal ərazisi var, burada 100 işçi çalışır, müəssisə sovet dövründən etibarən əsasən elektronika üzrə ixtisaslaşıb. Bu gün tanınmış televizor markaları ilə eyni səviyyədə rəqabət apara biləcək "Merkuri" televizorlarının istehsalı ilə məşğul olur və illik olaraq 900 milyon manatlıq televizor istehsal edir.
Açıq tipli birləşmiş səhmdar şirkəti olan "Gancə-mebel" 1998-ci ilin yayında Azərbaycanda özəlləşmənin ilk mərhələsinin həyata keçirildiyi bir dövrdə yaradıldı. Açıq tipli birləşmiş səhmdar şirkətə aid səhmlərin 72 %-i özəl şəxslərə, yerdə qalan 28 %-i isə dövlətə aiddir. Müəssisənin yerləşdiyi sahə şəhərin mərkəzində yerləşərək 4.5 hektardan artıq ərazini əhatə edir. Şirkətin mülkiyyəti elektrik yarımstansiya, dəmir yolu xətti, qaynarxana, şəhər və bəzi rayon mərkəzlərindəki dükanlar, mal anbarları, restoranlar, kirayəlik idarələr (ofislər) və nəhayət, yeni ticarət mərkəzindən (tikinti işləri davam edir) ibarətdir. Yeri gəlmişkən, müəssisə müxtəlif növ qiymətli ağac növlərindən mebel, qapı və pəncərə hazırlayır. İki il boyunca sənaye dükanlarını bərpa edərək açıq tipli birləşmiş səhmdar şirkəti indi özünə əməkdaş və satış üçün bazar axtarışındadır.
Qida istehsalı sənayesi sahəsində ət istehsalı zavodu və süd fabriki kimi nəhəng "Ət-süd" birləşmiş müəssisəsi, "Şirniyyat malları" birləşmiş müəssisəsi, "Gəncə Şərab-1" və "Gəncə Şərab-2" birləşmiş müəssisəsələri sovet dövründə yaradılıb və hazırda cəmi potensialının 5-10 %-ni istehsal etməklə fəaliyyət göstərir. Azərbaycan-Almaniya birləşmiş müəssisəsi olan "Korund" şirkəti 5 növdə üzüm - "Nazlı", "Naz-naz", "Mədrəsəli", "Sarı ", "Qaragilə" yetişdirir. İllik olaraq 100 min dekalitr istehsal edir.
Sizə təqdim etdiyimiz faktlardan aydın gördünüz ki, Gəncə şəhəri sosial-iqtisadi cəhətdən böyük nailiyyətlər əldə edib. Gəncə inkişaf edir və gələcəyə uğurlarla üz tutub. Keçmişimizin və gələcəyimizin şəhəri, Gəncə, hər zaman xoş sədanı eşidək!
İradə SARIYEVA
Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ