Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti
Tarix: 07.06.2016 / 01:41
Bölmə: İqtisadiyyat
İstirahətin ən geniş yayılmış növlərindən biri turizmdir. Turizm istirahət, din, müalicə, iş məqsədləri üçün qısa müddətə səyahətdir. Xüsusilə II Dünya Müharibəsindən və texnologiyanın inkişafından sonra dünyada turizm geniş vüsət alıb. Qloballaşan dünyada turizm insanların həyatının bir hissəsi olmağa başlayıb. Azərbaycanda turizm qədim tarixə malikdir. Qədim ticarət yolları, tranzit layihələr Azərbaycanın tanınmasına imkan yaradıb.
Lakin Azərbaycanda turizmin əsas inkişaf dövrü müstəqillikdən sonraya təsadüf edir. Dövlət tərəfindən bu sahə prioritet seçilib, onun inkişafı məqsədilə dövlət proqramları həyata keçirilib. Bunların nəticəsi olaraq ölkənin turizm sahəsinə yerli və xarici investisiyaların axını başladı.
Məlumat üçün bildirək ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə turizmin inkişafının vacibliyini bir daha diqqətə çatdırıb. O qeyd edib ki, dünyada ən əlverişli biznes vasitələrindən sayılan bu sektorun genişləndirilməsi üçün Azərbaycan böyük perspektivlərə malikdir.
Ölkəmizin təbii zənginliyi də turizm biznesinin daim genişlənməsinə, Azərbaycanın turistik bölgəyə çevrilməsinə əlverişli imkanlar yaradır.
Hətta ölkə başçısı İ.Əliyev bir neçə ay öncə Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə keçirdiyi görüşdə ölkədə turizm sənayesinin yaradılmalı olduğunu da dilə gətirib. Prezidentin sözlərinə görə, şirkətlər bu işdə bizə yardım edə bilər: "Bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Biz turizm sənayesini yaratmalıyıq. Bu bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda dünyada tanınan otellər ölkəmizdə var".
Bildirək ki, son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir, həmçinin, forumlar, sammitlər və idman oyunları keçirilir. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq səviyyəli tədbirlər və idman oyunları turistlərin Azərbaycana marağını daha da artırır.
Turizm sahəsində biznes mühitinin sadələşdirilməsi
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bizimlə söhbətində bildirdi ki, Azərbaycana turistlərin cəlb olunması baxımından prioritet ölkələr müəyyən olunub, dövlət tərəfindən bu ölkələrdən gələn turistlərin daha rahat, daha sadə viza əldə etməsi üçün hava limanında vizaların verilməsi prosesinə start verilib: "Bir sıra ölkələr üçün sadələşdirilmiş viza tətbiq olunmağa başlayıb. Azərbaycanda istər yay, istərsə də qış turizminin inkişafı üçün atılan addımlar ölkəmizə marağı daha da artırır".
Həmsöhbətimizin sözlərinə görə, Prezident İ.Əliyev ölkəmizin turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəçilərin cəlb olunması, viza rejiminin sadələşdirilməsi, bölgələrimizin beynəlxalq turizm regionuna çevrilməsi üçün müvafiq işlərin görülməsini mühüm vəzifə kimi qarşıya qoyub. Son illər turizm sahəsində bir sıra infrastruktur layihələri həyata keçirilir. Ümumilikdə, bu sahəyə sahibkarların artan marağının nəticəsidir ki, həm Bakı şəhərində, həm də regionlarda müxtəlif kateqoriyalar üzrə mehmanxanalar tikilib istifadəyə verilir. Turizm sahəsində biznes mühitinin sadələşdirilməsi sahibkarların stimullaşdırılması baxımından mühüm rol oynayır: "Dövlət tərəfindən bu istiqamətdə də davamlı iş aparılır. Buna misal olaraq dövlət və investorlar tərəfindən ilkin bazaları yaradılan "Şahdağ" Turizm Mərkəzi və Qəbələdə "Tufandağ" Qış-Yay İstirahət Kompleksini göstərmək olar. Təkcə "Şahdağ" Turizm Mərkəzinə 120 mindən çox turistin gəlməsi gözlənir. İstirahət mərkəzində bayram günlərində dincələn turistlərin sayı isə 13 mini keçib. Bu günlərdə Azərbaycanda keçiriləcək "Formula 1" Avropa Qran-Pri yarışları da turist axınına səbəb olacaq. Ümumiyyətlə, son bir il ərzində Azərbaycan 2,5 milyon turist qəbul edib".
Turizm obyektləri vergidən azad olunarsa...
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) prezidenti Nahid Bağırov ilin ötən dövrü ərzində bu sahədə görülən işlər və turizm şirkətlərinin qarşılaşdığı problemlərdən söz açdı. O bizimlə söhbətində bildirdi ki, turizm obyektləri vergidən azad olunarsa, bu, turizmin inkişafına böyük dəstək olar. Turizm obyektlərinin vergidən azad olunması Azərbaycanın regionda bu sahədə üstünlüyünü artırmış olacaq: "Bu məsələ qanunvericilikdə öz təsdiqini taparsa, Azərbaycan turizmi Cənubi Qafqazda rəqabətdə qalib gələr. Çünki turizm obyektlərindən alınan vergi ləğv edilərsə, bu, Azərbaycanda olan hotellərin qiymətinin ucuzlaşmasına səbəb olacaq. Həmçinin bu addım hotel seçimlərinin artmasına da gətirib çıxaracaq. Hotellərin qiymətinin ucuz olması isə imkan verəcək ki, ölkəyə gələn turistlərin sayı artsın. Belə ki, regiona gəlməzdən əvvəl turist burada olan mövcud hotellərin qiymətinə fikir verir. Təbii ki, onun üçün hər şeydən əvvəl qalacağı hotelin qiymətinin əlverişli olması vacibdir. Türkiyə turizminin inkişafına təkan olan ən böyük amillərdən biri də turizm obyektlərinin vergidən azad edilməsi olub. Bunun üçün bizim kifayət qədər geniş potensialımız var. Bu gün ölkəyə kifayət qədər turist gəlir. Bu isə bir daha onu sübut edir ki, bu məsələnin reallaşması aktual məsələlərdən biridir".
AzTA sədri onu da əlavə etdi ki, Azərbaycanda turizm sahəsində mövsümiliyin aradan qaldırılması üçün bütün turizm növləri inkişaf etdirilməlidir: "Azərbaycanda ilboyu turizm mövsümünün olması üçün imkanlar var. Hazırda Azərbaycanda turizm mövsümü əsasən yay və qış aylarında olur. Azərbaycanın təbii iqlimi, coğrafi mövqeyi turizm növlərinin bütün il ərzində fəaliyyət göstərməsinə şərait yaradır".
N.Bağırov onu da qeyd etdi ki, son illər Azərbaycanda turizmin yeni növləri inkişaf edib. Bunlar əsasən sağlamlıq, eyni zamanda qış turizminə aid növlərdir.
Turizm sənayesi yaradılmalıdır
Turizm şirkətlərindən birinin meneceri Gülnar Eyvazovanın sözlərinə görə, ötən illərdən fərqli olaraq, bu il Azərbaycanda dincəlmək istəyənlərin sayı artıb: "Xidmətlər də, qiymətlər də eynidir. Artıq neçə ildir turizm obyektlərinin heç birində qiymət artımı olmayıb. Manatın devalvasiyasına baxmayaraq, qiymətlərdə artım qeydə alınmayıb".
G.Eyvazova hesab edir ki, turizm sektorunu inkişaf etdirmək üçün ölkədə turizm sənayesi yaradılmalıdır: "Hətta ölkə başçısı İlham Əliyev də turizm sənayesinin yaradılmasının vacibliyi barədə öz çıxışlarında bildirib. Turizm sənayesinin yaradılması Azərbaycanda bu sektorda yeniliklərin baş verməsinə səbəb olacaq. Turizm sənayesinin yaradılması mehmanxanaların, otellərin, hostellərin, pansionatların, sanatoriyaların sayının çoxalmasına, xidmətin inkişafına xidmət edir. Məsələn, Azərbaycanda 5 ulduzlu otellər çoxdur, amma hostellər, demək olar ki, fəaliyyət göstərmir. 5 ulduzlu otellərdə hər kəs qala bilmir. Türkiyə və Rusiya arasında münasibətlər korlandıqdan sonra turizm sahəsində Azərbaycana tələbat artıb. Hazırda ölkəyə 20-30 nəfərlik turist qruplarının səfərləri artıb. Biz onlara 5 ulduzlu otellər təklif edə bilmərik. Ona görə də turizm sənayesinin inkişaf etdirilməsi hostellərin artırılması ilə müşahidə olunmalıdır. Xüsusilə regionlarda həm hostellər inşa edilməli, həm də xidmət artırılmalıdır".
Azərbaycan turizminin ən çox tənqid olunan hissəsi...
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, ölkə başçısı İ.Əliyevin dediyi kimi, artıq neft, qaz məsələlərini yaddan çıxarmaq lazımdır: "Mütəxəssislər də bildirir ki, bunlar tükənən ehtiyatlardır. Artıq o məsələlər inkişaf etdirilməlidir ki, onlar tükənən deyil. Yəni qeyri-neft sektorunun inkişafında, ölkə başçısının çıxışında da göstərildiyi kimi, turizm önəmli yerlərdən birini tutur. Azərbaycanda turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün çox böyük imkanlar mövcuddur. O cümlədən onların sırasında müalicə turizmini göstərmək olar.
Daha sonra idman turizmini deyə bilərəm. İdman turizminin artıq bir turizm növü olaraq Azərbaycanda infrastrukturu mövcuddur və I Avropa Oyunları bir daha bunu təsdiq etdi. Tikilmiş, qurulmuş, yaradılmış infrastrukturdan gələcəkdə müxtəlif idman turizmində istifadə etmək mümkündür. Ümumiyyətlə, regionların inkişafı turizmin inkişafı ilə çox bağlıdır. Bu yaxınlarda, ənənəvi olaraq, Qəbələdə musiqi festivalı keçirildi və düşünürəm ki, artıq bu təcrübədən istifadə edib hadisə turizmini də inkişaf etdirmək mümkündür. Sonra müxtəlif regionlarımızda bu tipli tədbirlər, bayramlar, folklor tədbirləri keçirmək olar. Turizm şirkətləri vasitəsilə xarici ölkədəki partnyorlarına çatdırmaq olar ki, hansı tarixdə tədbirlər təşkil olunacaq. Bütün bunlar dünya təcrübəsinə əsaslanaraq irəli sürülən təkliflərdir ki, bu, ölkəyə turist axınına səbəb olan amilə çevrilə bilər. Məsələn, Novruz bayramı ilə bağlı artıq görürük ki, ildən-ilə təkmilləşmə gedir. Əgər əvvəllər Bakıda Novruz bayramı bir neçə saatlığa keçirilirdisə, bu il bir neçə gün keçirildi. Bu artıq turizm şirkətlərinin üzərinə böyük vəzifə qoyur ki, qabaqcadan aidiyyəti qurumla razılaşdırılmış şəkildə Novruz bayramının keçiriləcəyi günləri öz potensial müştərilərinə çatdıra bilsin".
Bununla yanaşı, mövcud problemlərə toxunan mütəxəssisin fikrincə, bu gün Azərbaycan turizminin ən çox tənqid olunan hissəsi xidmətlərin qiymətə uyğun gəlməməsidir: "Yəni xidmətin, yeməklərin keyfiyyəti o qədər də yüksək deyil, amma tələb olunan qiymətlər çox yüksəkdir. İstər qidalanma, istərsə də gecələmə sektorunda bu problemlər var. Düşünürəm ki, bu sahədə sahibkarlıq fəaliyyəti göstərən insanlar Prezidentin çıxışından irəli gələn məsələləri bir proqram kimi qəbul etməlidir. İşlərində dönüş yaratmalıdırlar. Bu sahədə işləmək üçün ixtisaslı kadrlardan istifadə etməlidirlər. Yəni elə etmək lazımdır ki, Azərbaycanın gələcəyi olan turizm sektoru qısa müddətdə inkişaf etsin. Turizmin inkişafı kompleks yanaşma tələb edir. Xaricdən gələn qonağa istənilən Azərbaycan vətəndaşının neqativ münasibəti, təbii ki, bu sahəyə əngəl törədən amillərdən olacaq. Ona görə də ölkəyə gələn hər bir turistə biz Azərbaycan xalqının, ən başlıcası, Prezidentin qonağı kimi münasibət göstərməliyik. Əgər hər birimiz belə bir münasibət göstərəriksə, onda Azərbaycanda turizm çox yüksək sürətlə inkişaf edəcək".
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq
- Tramp hədələdi...
22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...
22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...
22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...
22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı
22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...
22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...
22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid
- Cahid və Fazilə...
22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...
22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ