Cümə axşamı günü, 09 iyul 2026
     

Dünya iqtisadiyyatının böhrandan xilası neftin ümidinə qalıb

Image


Qərbdə neftin ucuzlaşmasına görə bağlanan şirkətlərin sayı artır

Dünya bazarlarında neftin qiyməti yenə sabit qalmayaraq dəyişkənlik nümayiş etdirir. İqtisadçı ekspertlər isə bunu dünya iqtisadiyyatı üçün ciddi təhdid adlandırır. Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev də bu məqama xüsusi toxunub. O bildirir ki, dünya bazarında neft qiymətləri 2000-ci illərdən bəri ən aşağı həddə düşüb və bu proses bir neçə il də davam etsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək.
Nazirin sözlərinə görə, neftin ucuzlaşması bir sıra amillərdən asılıdır: "Geosiyasi amillər neftin qiymətinə çox təsir edib. İraq və Liviyada hasilatın səviyyəsi müharibə səbəbindən aşağı düşüb. Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq, qazma və hasilatın səviyyəsi aşağı düşəcək". Yaranmış vəziyyətin Azərbaycana təsirindən danışan nazir qeyd edib ki, bu proseslərin ölkəmizə təsiri minimumdur: "Azərbaycan neftdən asılılığı azaltmağa çalışır və biz buna nail oluruq". Nazir qeyd edib ki, 1990-cı illərə nisbətən hazırda Azərbaycanda neft hasilatı 6 dəfə artıb: "1996-1997-ci illərdə 9 milyon ton neft hasil edilirdisə, hazırda bu, təxminən 6 dəfə artıb. 2014-cü ildə 51 milyon ton, 2015-ci ildə isə 41,7 milyon ton neft hasil edilib". "Petroleum World" energetika agentliyinin rəhbəri, neft sektoru üzrə analitik Elio Oep də neftlə bağlı proqnozlarında nikbin deyil. Elio Oep bildirir ki, dünya neft qiymətlərinin 100 dollara çatmasını gözləməsin. O, OPEK-in Vyanada keçiriləcək sammiti öncəsi bildirib ki, dünya neft hasilatında gözlənilməyən qlobal problem yaranmasa, hazırkı tələb səviyyəsini nəzərə alaraq neft qiymətləri 100 dollara çatmayacaq. Oep qeyd edib ki, Kanadadakı yanğınlar, Liviyada hasilatla bağlı problemlər müvəqqətidir. İraq, İran və digər ölkələrin hasilatı artırmağa davam etməsi neft qiymətlərinin yüksəlişini əngəlləyir. Onun fikrincə, hazırda neft bazarı ilə bağlı proqnoz vermək çətindir. Nigeriya, Kanada, Kolumbiya, Venesuela, Ekvador, Liviya kimi ölkələrdə hasilatla bağlı problemlərə Yaxın Şərqdəki münaqişələri əlavə etsək, qiymətlərin gələcəyi ilə bağlı gözləntilər dəyişir: "Lakin hasilat stabilləşdiyi zaman artıq diqqət mərkəzində Asiya ölkələrinin iqtisadi artım templəri olacaq. Məhz bu regionun iqtisadiyyatı neftə olan tələbatın səviyyəsini müəyyən edəcək".
Amma məsələyə nikbin yanaşanlar da var. Məsələn, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, 2017-ci ildə neftin orta qiymətinin 50 dolları keçməsi proqnozlaşdırılır":Artıq bütün beynəlxalq enerji agentlikləri, iri neft hasilatçıları və OPEK 2016-cı illə müqayisədə 2017-ci ildə neftin orta qiymətinin artacağını proqnozlaşdırır. Çünki 2014-cü ilin iyunundan qiymətlər aşağı düşüb. Neftin qiymətinin düşüb-qalxması ilə bağlı templər var və adətən bu 2-3 il intervalında davam edir. Neftin qiymətinin yüksək dövrü 2010-cu ildən 2014-cü ilin ortasınadək olub. Bu dövrdə cəmi bir dəfə düşmə qeydə alınıb. 2017-ci ildə gözlənilən artım isə 2016-cı ilin yanvarında qeydə alınan dib qiymətinə (27,88) əsasən götürülür. Bu düşmədən sonra neftin qiyməti 50 dollara qədər qalxdı. Bu, bazar üçün stabil qiymətdir. Bu ərəfələrdə 40 dollara qədər enmə proqnozlaşdırılır. Bunun da obyektiv səbəbləri var. Ancaq ilin sonuna yenidən artım gözlənir". Ekspertin sözlərinə görə, cari il üçün neftin orta qiyməti 41-42 dollar olacaq: "Bu, ötən illə müqayisədə 10-11 dollar aşağıdır. Ancaq 2017-ci ildə neftin orta qiyməti 50 dolları keçəcək. Bu prosesə bazardakı tələb-təklif münasibətləri də təsir göstərəcək. Yəni ABŞ, o cümlədən bir sıra OPEK ölkələrində hasilat azalacaq. Əvvəllər hasil edilərək daha yaxşı dövr üçün bunkerlərdə saxlanan neft də getdikcə azalacaq. Neftə olan tələbatın artması isə bahalaşmaya səbəb olacaq. Son iki ildə neft sənayesinə qoyulan investisiyaların kəskin azalması da bu fonda özünü göstərməlidir. Bütün beynəlxalq agentlik və maliyyə institutlarının hesabatları 2020-ci ilədək neftin orta qiymətinin 60-65 dollar arasında dəyişəcəyindən xəbər verir".
Hesab olunur ki, neftin qiyməti ən azı 60 dollara çatmasa, dünya iqtisadiyyatının üzləşdiyi problemlər davam edəcək. Hətta qlobal böhranın təsirlərinin genişlənməsi belə istisna edilmir. Artıq Qərb ölkələrində məhz neftin qiymətinin ucuzluğu üzündən bağlanan şirkətlərin sayı durmadan artır. Digər neft hasil edən ölkələr də problemlər yaşayır. Buna görə neftin qiymətinin yenidən yüksəlişi dünya dövlətlərinin böyük əksəriyyətinin xüsusi maraq dairəsindədir.
Tahir TAĞIYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə razılaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiyada ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

08.07.2026 / 15:25
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olundu

08.07.2026 / 15:24
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verildi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

08.07.2026 / 14:25
Ukrayna Rusiyanın daha üç neft emalı zavodunu vurdu...

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

08.07.2026 / 13:40
"Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək" - İordaniya XİN

08.07.2026 / 13:36
Azərbaycanın Quru Qoşunları genişmiqyaslı təlimə başladı - FOTO/VİDEO

08.07.2026 / 13:26
Sabirabadda 10 kiloqrama yaxın narkotik aşkarlandı

08.07.2026 / 13:10
Tramp İranla atəşkəs razılaşmasının bitdiyini rəsmən elan etdi...

08.07.2026 / 13:04
DYP kənd təsərrüfatı texnikaları ilə bağlı fermerlərə müraciət etdi

08.07.2026 / 12:52
Azərbaycanla İordaniya arasında yeni sazişlər imzalandı, vizasız rejim elan olundu...

08.07.2026 / 12:34
Paşinyan İran-Ermənistan yollarında 22 milyon dollar "atmış" müxalif lideri həbs etdirdi...

08.07.2026 / 11:50
İran ABŞ-ın hücumlarından sonra sazişin əsas müddəalarının etibarsız olduğunu elan etdi

08.07.2026 / 11:14
Dünyada bir adamlıq ilk uçan taksi sınaqdan keçirildi...

08.07.2026 / 10:55
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - FOTO

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 09:49
NATO ABŞ-nin İrana son hücumunu zəruri hesab edir...

08.07.2026 / 09:31
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - yaralılar var...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ