"Neft bazarında çətin dövr arxada qalıb". "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in rəhbəri Abdulla Salam əl-Bədri deyib.
"Neft bazarı yaxşılaşır, qiymətlər artmaqdadır. Düşünürəm ki, neft bazarında çətin dövr arxada qaldı. Mən artıq neftin qiymətinin artacağını gözləyirəm", - deyə kartel rəhbəri bildirib.