Bazar günü günü, 25 oktyabr 2026
     

Son beş ildə neftin maksimum aylıq bahalaşması Azərbaycanda xüsusilə özünü göstərdi

Image


Neftin qiyməti ətrafında cərəyan edən son proseslər bu məhsulun artıq ucuzlaşma dövrünün arxada qaldığını göstərir. Əksinə, bu məhsulun qiymətində getdikcə sürətli yüksəlmə qeydə alınır. Belə ki, neftin qiyməti son 5 ildə maksimum aylıq bahalaşmanı göstərir. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) iyunun 2-də Vyanada keçiriləcək və hasilat siyasətinin müzakirə ediləcəyi yığıncağı ərəfəsində Nigeriya və Kanadada istehsalın azalması ilə bu qiymət son 5 ilin maksimum aylıq bahalaşmasını davam etdirir.
Belə ki, Nigeriyada neft təklifi son 20 ildə ən aşağı səviyyəyə enib. Kanadada isə hasilat meşə yanğını ilə əlaqədar geriləyib.
Qeyd edək ki, neftin qiyməti fevralda son 12 ilin ən aşağı səviyyəsini gördükdən sonra ABŞ və Nigeriyada neft hasilatının azalmasının təsiri ilə qlobal təklif çoxluğunu aşağı salaraq 85 faizədək bahalaşıb. Mayın 26-da isə "Brent" neftinin qiyməti bu il ilk dəfə 50 dolları ötüb.
Azərbaycan neftinin də qiyməti artır. "AzeriLight" markalı neftin 1 barrelinin qiyməti 0,68 dollar və ya 1,34% artaraq 51,55 dollar təşkil edib. Rusiyanın energetika naziri Aleksandr Novak isə hesab edir ki, neftin qiyməti 2017-ci ildə 65 dollaradək bahalaşa bilər. Onun qənaətinə görə, neftin barrel qiyməti yaxın müddətdə müəyyən dərəcədə zəifləyəcək. Kanada, Liviya, Nigeriya və Küveytdə neft sektorunda yaşanan problemlərə toxunan Rusiyanın energetika naziri deyib ki, qiymətlərin ani yüksəlməsi ehtimalı da var: "İlin sonunadək neftin qiyməti 40-50 dollar ətrafında qala bilər. 2017-ci ildə isə qiymətlər 60-65 dollar səviyyəsinə qalxacaq".
Türkiyənin TPAO şirkətinin baş direktoru Besim Şişman isə hesab edir ki, neft qiymətlərinin aşağı olaraq qalması real görünmür. Onun fikrincə, növbəti il neftin qiyməti bir barrelə görə 60 dollara çatacaq. Neftin qiymətinin 60 dollarlıq bir həddə çatması neft şirkətləri üçün qaneedici bir rəqəmdir. Onun sözlərinə görə, neft qiymətlərinin 60-70 dollarlıq həddə çatması, Azərbaycan şirkətləri də daxil olmaqla, bütün neft şirkətlərini rahatladacaq. Baş direktor həmçinin qeyd edib ki, neftin ucuz olması Azərbaycanla həyata keçirilən layihələrə əngəl olmur. Şirkətin rəhbəri həmçinin əlavə edib ki, neftin qiymətləri hazırda yüksəldiyindən, əlavə kreditin cəlbi barəsində danışıqlar getmir: "Bu il üçün kredit cəlbinə ehtiyac duymuruq. Neftin qiymətləri yüksəldiyi üçün gözləmə mövqeyi tutmuşuq. İlin sonundan sonra vəziyyətə yenidən baxacağıq".
Qeyd edək ki, Türkiyənin TPAO şirkəti Azərbaycana təxminən 9 milyard dollar investisiya qoyub. Şirkət "Cənubi Qafqaz Boru Kəməri" layihəsində 19%-lik paya malikdir. Bundan başqa, şirkət "Şahdəniz" layihəsində payını 9%-dən 19%-ə yüksəldib. Yüksələn neft qiymətinin Azərbaycan iqtisadiyyatına müsbət təsiri Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən də etiraf olunur. Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsi Məhəmməd əl-Qorçi deyir ki, neft qiymətlərinin kəskin azalmasına Azərbaycan hökuməti çevik reaksiya verib və iki mərhələdə manatın devalvasiyasını həyata keçirib: "Təbii ki, devalvasiyalar iqtisadiyyata neqativ təsir edib. Amma ilin ikinci yarısından etibarən neft qiymətlərinin son zamanlar artması fonunda iqtisadi vəziyyətin bir qədər yaxşılaşacağını, tədiyyə balansının, cari hesabın normallaşacağını proqnozlaşdırırıq". BVF rəsmisi Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyduğunu xatırladaraq əlavə edib ki, neft qiymətlərinin azalması iqtisadiyyata xarici şok kimi təsir edib: "Ölkənin yeni iqtisadi modelə keçid edəcəyini gözləyirik. Yeni iqtisadi modelin özəl sektor və iqtisadi islahatlarla dəstəklənəcəyinə ümid edirik. İslahatlar bank sektorunu da əhatə edəcək. BVF olaraq, islahatların keçirilməsində Azərbaycan hökumətinə tövsiyə və məsləhətlərimizi verməyə hazırıq". İndilikdə isə neftin qiymətinin yüksəlməsinin iqtisadiyyata müsbət təsirləri artır. Qiymətlərin yüksəlməsinə Şimali Amerika və Avropanın böyük şirkətləri də xüsusi maraq göstərir. "Bloomberg" agentliyi bunu onunla əsaslandırır ki, Şimali Amerika və Avropanın 15 iri neft şirkətinin borcları illik ifadədə 30% artıb. Mart ayının sonuna olan vəziyyətə görə, şirkətlərin birgə xalis borcu son 12 ay ərzində 97 milyard dollar artaraq, 383 milyard dollar təşkil edib.
ABŞ-ın "ExxonMobil" şirkətinin xalis borcu mart ayının sonunda 38,3 milyard dollara qədər artıb, bir il əvvəl bu göstərici 27,6 milyard dollar olub.
Böyük Britaniyanın BP şirkətinin borcu isə həmin dövr ərzində 24,6 milyard dollardan 30,6 milyard dollara qədər artıb.
Şirkətlərin borc öhdəlikləri bu ilin birinci rübündə - neftin qiymətinin 27 dollardan aşağı düşdüyü müddətdə xeyli artıb. Bu səbəbdən Qərb ölkələri də neftin qiymətinin yüksəlməsində olduqca maraqlıdır.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ