şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidi tezləşdirilir...

Image


Enerji keçidi son illər qlobal energetika sistemində ən çox müzakirəyə çıxarılan məsələlərdən biridir. Söhbət bütövlükdə enerjidən yararlanarkən neft, kömür, təbii qaz kimi ənənəvi resursların payca azaldılmasından və əvəzində bərpa olunan enerji resurslarının, yəni Günəş, külək və bu kimi alternativ enerji mənbələrinin payca artırılmasından gedir. Bu, həm də iqtisadiyyatın genişləndirilməsində “yaşıl artım” kimi xarakterizə edilir.

Artan ekoloji problemlər və ekosistemə antropogen təzyiqin təhdidedici şəkildə artması dünya ölkələrini, o cümlədən də Azərbaycanı idarəetmənin ənənəvi əsaslarını yenidən düşünməyə və ekoloji yönümlü iqtisadiyyata keçidə başlamağa məcbur edir. Bu tip iqtisadiyyat artıq “yaşıl iqtisadiyyat” adlanır. “Yaşıl iqtisadiyyat” artıq yeni termin deyil və əsas məqsədin ekosistemə antropogen təzyiqin azaldılması şəraitində sosial ədalətə riayət etməklə insanların rifahını yaxşılaşdırmaq olan iqtisadi inkişafın xüsusi növüdür. Belə iqtisadiyyat həm milli, həm də qlobal iqtisadiyyatların davamlı inkişaf konsepsiyası ilə sıx əlaqədə nəzərdən keçirilməlidir. Bəllidir ki, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat bunu şərtləndirən əsas amillərdir. Ekoloji təmiz texnologiyaların tətbiqinə önəmli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası, ekoloji baxımdan əlverişli “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi yaşıl iqtisadiyyat çərçivəsində hədəflənən əsas işlərdir. Son illər Azərbaycan da bu istiqamətdə fəaliyyət gözə çarpır. Məsələn, hökumət ölkənin tezliklə “yaşıl enerji”nin ixracatçısına çevriləcəyini bildirir. Ümumiyyətlə, “yaşıl artım” ölkənin strateji inkişaf sənədlərində də əsas hədəflər arasındadır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan sənəddə 2030-cu ilədək Azərbaycanın müəyyənləşdirdiyi beş milli öncəlikdən biri “təmiz ətraf mühit və yaşıl artım”ölkəsi olmaqdır. BMT-nın 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi ilə bağlı və Paris Sazişinə əsasən də yaşıl iqtisadiyyatla bağlı öhdəliklər var. Dünya Bankının hazırladığı “Azərbaycan: yaşıl artıma doğru” adlanan tematik arayışda bildirilir ki, Azərbaycan iqtisadiyyatının əsas problemi sayılan resurs asılılığının aradan qaldırılması baxımından da “yaşıl” təşəbbüslər vacib rol oynaya bilər. Ölkəmizdə “yaşıl artım” iqtisadiyyatın ekoloji modernləşdirilməsi yolu ilə ekoloji cəhətdən təmiz, aşağı karbonlu və iqlimə davamlı inkişafa keçid yolu sayəsində antropogen təsirin azaldılmasına yönəlmiş iqtisadi artımın stimullaşdırılması üzrə kompleks proqramı, sosial təcrübələri nəzərdə tutur. Burada qeyd edək ki, ölkənin ixracında Avropa İttifaqının payı 60 faizi aşır. Unudulmamalıdır ki, həm Avropa İttifaqı, həm də Türkiyə, Gürcüstan, İsrail, Hindistan, Çin kimi Azərbaycanın önəmli ticarət tərəfdaşları karbonsuzlaşma ilə bağlı ciddi planlara və hədəflərə sahibdir. Bu hədəflər arasında ənənəvi enerji resurslarından istifadənin azaldılması ön sıralardadır. Azərbaycanın ixracının və büdcə gəlirlərinin hələ ki, mühüm hisəsi  enerji sektoru hesabına formalaşır. Bu üzdən, ölkə “yaşıl transformasiyanı” gecikdirsə, ciddi risklərlə üzləşə bilər, çünki ticarət tərəfdaşlarının enerji keçidi prosesinə uyğun dəyişikliklər olmalıdır. Məhz bundan da irəli gələrək, Azərbaycan “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirir. Məsələnin başqa tərəfləri də var.

Proqnozlara görə, təkcə Avropa ölkələrinin neft və qazdan asılılığı azaltmaq üçün həyata keçirdiyi layihələr 2035-ci ilədək Azərbaycanın ixracatına 2.5 milyard dollar civarında təsir göstərəcək. Deməli, Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçidlə bağlı strateji yanaşmaları, proqramları daha dasürətləndirməsinə ehtiyac var. Bundan başqa, onu da unutmaq olmaz ki, Azərbaycan iqtisadiyyatı iqlim dəyişikliklərinin fiziki təsirinə də məruz qalır. Üstəlik, yüksək və ortagəlirli ölkələrlə müqayisədə Azərbaycan ekoloji itkilərdən, aşağı torpaq məhsuldarlığından, su qıtlığından və yüksək emissiya intensivliyindən də əziyyət çəkir. Suyun azlığı bütün ölkədə ciddi ölçüdə gözə çarpır. Ölkə ərazisinin 42 faizi torpaq aşınmasına məruz qalır. Bu, məhsuldarlığı azaldır və iqtisadi itkilər doğurur. Ümumi daxili məhsulda (ÜDMə) payı təkrəqəmli həddə olsa da, ölkədə torpaqdan istifadənin 57.6 faizi kənd təsərrüfatının payına düşür. Bunun da yarısı daimi örüş sahələridir. Ancaq Azərbaycan ərazisinin 42 faizində eroziya torpağı aşındırır. Bu aşınma qismən bol yağış və sel üzündən, eləcə də sahələrdə mal-qaranın ifrat otarılması səbəbindən baş verir. Dünya Bankı torpaqdan istifadənin mövcud durumunu qiymətləndirib. Azərbaycan karbon emissiyasını daha 116 milyon ton azalda bilər. Bundan ötrü örüş sahələrinin təxminən 85 faizinin təyinatı dəyişdirilməlidir. Burada həmin sahələrin böyük hissəsinin təbiətə geri qaytarılmasından, qalan hissəsininsə irriqasiyalı və yağıntı ilə suvarılan əkin sahələri arasında paylanmasından söhbət gedir. Texnologiya və innovasiyalar azkarbonlu iqtisadiyyata keçidin ilkin şərtləridir. Dünya Bankının hazırladığı sənəddə bildirilir ki, dünya bazarlarının azkarbonlu enerji resursları axtarışında olduğu nəzərə alınsa, Azərbaycanın ixracatında azkarbonlu hidrogen vacib rol oynaya bilər. Önəmli həcmdə bərpaedilən resursları (məsələn, dəniz küləkləri), təbii qaz resursları, infrastruktur və əsas bazarların yaxınlığı sayəsində Azərbaycan azkarbonlu hidrogen sektorunu gəlişdirib mühüm istehsalçıya çevrilə bilər. Bundan başqa, ölkə yüksəkixtisaslı, yüksəkmaaşlı iş yerlərinin yaradılması potensialı olan investisiyaları artırmaqla geniş ekoloji və ictimai sağlamlıq faydaları əldə edə bilər. Bu baxımdan, digər vacib amil “yaşıl infrastruktur”a özəl sektorun sərmayə yatırılmasının stimullaşdırılmasıdır. Bu, istər iş yeri sayının artması, istərsə iqtisadiyyatda əlavə dəyər yaranması baxımından çox faydalıdır. Daha dayanıqlı iqtisadiyyatın, sağlam həyat şəraitinin qurulması üçün dayanıqlı istehlak və istehsal üzərində daha ciddi durmaq tələb olunur. Ekosəmərəliliyə, təmiz istehsal və texnologiyalara sərmayə yatırılmasının dəstəklənməsi müəssisələrin ekoloji göstəricilərini yüksəldə, çirklənməni və bununla bağlı problemləri azalda bilər. İstehsalat prosesinin modernləşdirilməsi hesabına tullantıların azaldılması və materialların təkrar istifadəsi də bu baxımdan çox əhəmiyyətlidir. Dünya Bankının araşdırmasından məlum olur ki, Azərbaycan ekologiya sahəsində öz öhdəliklərini qarşılasa və özəlliklə neft üzərində qurulmuş artım yoluna dönməsə, “yaşıl iqtisadi diversifikasiya” istiqamətində yolunu davam etdirə bilər. Bundan ötrü hökumətin strateji planlamaya və real struktur islahatlarına indi daha çox diqqət edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ