şənbə günü, 10 oktyabr 2026
     

Avropa Azərbaycan qazının "içində üzəcək"...

Image


Azərbaycan qazının daha böyük həcmdə Avropaya nəqli üçün növbəti mühüm addım atılıb. Belə ki, “Transadriatik” boru kəməri (TAP) vasitəsilə 2026-cı ildən başlayaraq əlavə həcmdə qaz nəqli üzrə yeni sazişlər imzalanıb.

Məsələ ilə bağlı TAP konsorsiumundan bildirilib: "22 yanvar 2023-cü ildə məcburi təkliflərin verilməsi prosesi tamamlandıqdan sonra TAP konsorsiumu genişlənmənin birinci mərhələsini başladıb və 2026-cı ildən başlayaraq uzunmüddətli sazişlər çərçivəsində boru kəməri ilə ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql etmək barəsində qərar qəbul edib. Müvafiq yeni sazişlər artıq imzalanıb. Yunanıstanın Kipoy ərazisindəki kompressor stansiyasında təqribən 15 meqavat gücündə bir kompressor qurğusunun əlavə edilməsi və oradakı avadanlığın müasirləşdirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. Onu da bildirək ki, İtaliya 2022-ci ildə Azərbaycandan əsas qaz idxalçısı olub. Son bir ildə ölkəyə idxal olunan Azərbaycan qazının həcmi 8,21 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 34,3 faiz çoxdur. TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə deyib ki, 2022-ci il dekabrın 31-də bu layihənin işə düşməsindən iki il keçir və o vaxtdan boru kəməri ilə tədarüklər artıq 19 milyard kubmetr təşkil edib. 2022-ci ildə TAP Avropaya təqribən 11 milyard kubmetr təbii qaz nəql etdiyi halda, təkcə İtaliyaya TAP vasitəsilə nəqlin həcmi bir ildə 41 faiz artıb. Eyni zamanda, onun sözlərinə görə, boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırılması mümkündür: “2025-ci ilin sonunda istifadəyə veriləcək yeni uzunmüddətli istehsal ilə bağlı daşıma müqavilələri imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın, 200 milyon kubmetri isə Albaniyanın payına düşəcək”. Bundan əlavə, bu yaxınlarda “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında Azərbaycana dörd qaz turbininin tədarükü haqqında müqavilə imzalanıb. Bu saziş İtaliyanın Avropanın enerji qovşağı kimi mövqeyini müəyyən edəcək və Azərbaycanın Avropa bazarında mövqeyini gücləndirəcək. Məələni şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdəndir. Son illər Azərbaycanın Avropanın enerji təminatında rolunun yalnız neftlə deyil, eyni zamanda, qaz ixracatı ilə də artması müşahidə olunur. O vurğulayıb ki, 2022-ci ildə Azərbaycan Avropaya təbii qaz ixracatını 40 faiz artırıb: “Keçən il Azərbaycan 10 milyard kubmetrdən artıq - 11,4 milyard kubmetr mavi qazı Avropa bazarına çıxartdı. Bu onu göstərir ki, Azərbaycan “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinə uyğun olaraq, daha qısa zamanda Avropanın mavi qaz təminatı ilə bağlı limitinə çata bildi”. V.Bayramov bildirib ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın Avropaya mavi qaz ixracatı 25 faiz artıb: “Növbəti 3 ildə Azərbaycan Avropaya mavi qaz ixracatını 2 dəfə artıraraq 20 milyard kubmetrdən artıq mavi qazı Avropa bazarına çıxaracaq. Bütün bunlar ondan xəbər verir ki, bu gün Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın xüsusi rolu var. Eyni zamanda, Azərbaycan regional təhlükəsizliyin formalaşmasına xüsusi dəstək və töhfə verən ölkədir. Bu da birbaşa Azərbaycanın regiondakı mövqeyinin və rolunun artmasından xəbər verir. Növbəti illərdə də Azərbaycan regionun, beləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcək. Yalnız ənənəvi deyil, eyni zamanda, bərpa olunan mənbələrdən enerji ixracatını həyata keçirməsi də ondan xəbər verir ki, Azərbaycan artıq Avropa bazarına həm də innovativ məhsullarla, enerji məhsulları ilə daxil olacaq. Bu da bir tərəfdən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun kəskin artmasına, eyni zamanda, Azərbaycanın enerji gəlirlərinin strukturunun diversifikasiya edilməsinə gətirib çıxaracaq”.

Nüfuzlu “Arab Post” nəşri də qeyd edir ki, Avropanın Azərbaycan enerji resurslarına ehtiyacı artır. Məqalədə Ukrayna müharibəsinin ilk aylarında Avropada ciddi enerji böhranının başladığı, 2021-ci ildə Rusiyadan 155 milyard kubmetr təbii qaz idxal edən Avropa İttifaqının yeni mənbələr axtardığı diqqətə çatdırılıb. Qeyd olunub ki, “etibarlı qaz tədarükçülərindən biri də Azərbaycan olub: “ Azərbaycanın Avropa üçün daha bir mühüm cəhəti onun etibarlı tərəfdaş olmasıdır. Bakı xarici sərmayələrin cəlb edilməsində maraqlıdır. Bu kontekstdə avropalı investorların da iştirakı ilə Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində əsas ölkəyə çevrilə bilər”. Onu da qeyd edək ki, Azərbaycanın enerji diplomatiyası təkcə Avropanın təbii qaza olan tələbatını ödəyib onun böhrandan çıxmasına yardım etməkdən ibarət deyil. Bu xətt çoxfunksiyalı siyasi addımlardan da ibarətdir. Əvvəla Azərbaycan öz təbii sərvətlərini dünya bazarına çıxararaq sosial iqtisadi inkişafın dayanıqlılığını, ölkəyə əlavə sərmayə axınını, dövlət büdcəsinin valyuta daxilolmalarını təmin edir.  Bundan başqa, nəzərə almaq lazımdır ki, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri siyasi paradiqmalar doğurur. Bu əməkdaşlıq təbii müttəfiqlik mühiti yaradır və tərəflər bir-birinin təhlükəsizliyində maraqlı olur. Əlbəttə, öz enerji təhlükəsizliyini Azərbaycanın hesabına təmin etməyə çalışan Avropa ölkəmizdə siyasi sabitliyin davamlı və hər hansı bir təcavüzə qarşı dayanıqlı olmasında maraqlıdır. Bu fakt, öz növbəsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və siyasi dəstək qazanmasına imkan yaradır. Beləliklə, Azərbaycanın enerji diplomatiyasının çoxşaxəli xarakterə malik olması özünü qabarıq bürzuə verir və ölkəmiz bundan çoxsaylı dividendlər əldə edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ