şənbə günü, 10 oktyabr 2026
     

Mənzil bazarında bahalaşmanın əsas səbəbləri bəlli oldu

Image


Azərbaycanda son bir ildə mənzil qiymətlərində 8 faiz artım var. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin yanvar – dekabr ayları üzrə pul siyasəti icmalı”nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar yer alıb.

İcmalda qeyd edilib ki, 2022-ci ilin dördüncü rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nəzərən 8 faiz artıb. Qiymət indeksi ilkin mənzil bazarında 7.2, təkrar mənzil bazarında isə 8 faiz yüksəlib. Amma bu bahalaşma rəsmi inflyasiyadan, yəni 14 faizlik göstəricidən  geri qalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib. Bu da 2021-ci ilin göstəricisindən 24.8 faiz çoxdur. Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 925.4 milyon manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 5.8 faiz azdır.  Bakıda evlərin alqı-satqısı ilə məşğul olanlar isə bildirir ki, indi daha çox həyət evlərinin qiyməti qalxıb. Hesablamalara əsasən, qiymətlər ortalama 10-15 min manat artıb.  Məsələn, 43 minlik evlər 55 min manata satılır. Xüsusən də Türkiyədəki zəlzələdən sonra fərdi evlərə tələbat artıb. Elə qiymətlər  də, əsasən, tələbat artdığına görə qalxıb. Yeni tikili binalarda mənzillərin qiymətinə gəlincə, maklerlər qeyd edir ki, ilin əvvəli artım olsa da, hazırda qiymətlər stabildir. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə bildirir ki, Türkiyədəki zəlzələ fonunda Azərbaycanda mənzil qiymətlərinin artıb-azalması hələlik dəqiq bilinmir: “Çünki ay bitməlidir ki, nəticələri təhlil edək. Amma ümumən bazarda tələb qismən düşüb, aktivliyi azalıb və insanlar gözləmə mövqeyinə çəkiliblər. Yəqin müəyyən psixoloji baryeri keçənə qədər bu vəziyyət iki-üç ay çəkəcək”.  Ekspert qeyd edib ki, mənzillərin qiymətləri 2021-ci ilin ikinci yarısından sürətlə artmağa başlayıb: “2022-ci ildə bu davam edib. Bu ilin yanvarında da qiymət artımı müşahidə edilib. 2022-ci ildə ilkin mənzil bazarında 12 faiz civarında qiymət artımı olub, təkrar mənzil bazarında isə artım daha az olub. Bu ilin yanvarında isə təkrar mənzil bazarında artım belə olub – təxminən 5 faiz. İlkin mənzil bazarında isə nisbətən sakitlikdir”. Ekspertin sözlərinə görə, şəhərin mərkəzində boş torpaq sahəsi yoxdur ki, vətəndaşlar torpaq alıb onun üzərində yaşayış evi tiksin: “Bu gün evə real ehtiyacı olan gənc ailələrdir. Həmin o gənc ailələr iş yerinə yaxın yaşayış yerləri seçirlər. İş yerləri, əsasən, şəhər içi olur. Şəhər içində də həyət evləri həddindən artıq bahadır və fərdi ev tikmək üçün boş sahələr yoxdur. Deməli, vətəndaşlar şəhərdən kənara çıxmalıdır, buna da onlar iş məsələsinə görə meylli deyillər. Ona görə də həyət evlərinə tələbatın artımı yoxdur və güman ki, olmayacaq”. İqtisadçı Natiq Cəfərli isə “Azadlıq” radiosuna bildirib ki, Azərbaycanda daşınmaz əmlak bazarındakı qiymətlər rəsmi inflyasiya səviyyəsinə uyğun arta bilməzdi: “İnsanların alıcılıq qabiliyyəti buna yetərli deyil. Ötən ilin birinci yarısında ipoteka kreditlərinin sayı daha artıq olduğundan bazarda aktivlik var idi, amma ilin ikinci yarısında ipoteka kreditlərinin verilməsində müəyyən azalmalar oldu. Bu da onunla əlaqəlidir ki, Mərkəzi Bank ard-arda uçot dərəcəsini artırdıqca ipoteka faiz dərəcələri də artırdı. Nəticədə ipoteka ilə mənzillərin satışının azalmasının şahidi olduq”. Onun sözlərinə görə, bu da bazarda mənzillərin qiymətinə təsir göstərdi: “Çünki insanların böyük əksəriyyətinin nağd pul şəklində mənzil almağa imkanı yoxdur. Məhz ona görə də qiymətlər kəskin artmadı, çünki tələbat azaldı”.

Ekspert qeyd edib ki, Türkiyədəki zəlzələdən sonra Azərbaycanda torpaq sahələrinə və həyət evlərinə tələbat müəyyən qədər artıb: “Amma düşünmürəm ki, bu qalıcı bir tələb olacaq. Bir müddətdən sonra bu, tənzimlənməyə uğrayacaq. Azərbaycanda həyət evlərinin öz problemləri var – torpaq sahələrinin bir çoxunun çıxarışı yoxdur və orada tikilən evlərin qeydiyyatında problem var”. Onun fikrincə, Azərbaycanda mənzil bazarının tənzimlənməsi üçün ipoteka kreditlərinin daha ucuz olmasına ehtiyac var. Digər ekspertlər nisbətən bahalaşmanın səbəbləri kimi ötən ilin əvvəlindən tikinti materiallarının qiymətinin artmasını, Rusiya-Ukrayna müharibəsinə görə Azərbaycana axın və 2020-ci ildən bina tikintisi ilə məşğul olanların əlavə dəyər, mənfəət vergisinə cəlb edilməsini göstərirlər. Bahalaşmanı şərtlndirən daha bir səbəb ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan olunmasıdır. Məhz bundan sonra orada yaşayan azərbaycanlıların bir qismi ölkəyə qayıdıb və mənzil alıb, nəticədə yaşayış yerləri sürətlə bahalaşıb. Bu hal, əsasən, Yasamal və Nərimanov rayonlarının metroya yaxın ərazilərindəki “xruşşovka” tipli mənzillərdə müşahidə olunub. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Azərbaycanda mənzil alan əcnəbilərin də sayının az olmadığını bildirir. Məsələn, 2021-ci ildə 1 339 xarici ölkə vətəndaşı Azərbaycanda ev almışdı. 2021-ci ildə bütün il ərzində Rusiya vətəndaşları Azərbaycanda 1 002 daşınmaz əmlak əldə edib ki, bu da ümumi göstəricinin 75 faizini təşkil edir. Ötən il ərzində də əcnəbilər Azərbaycanda 1400-dən çox mənzil alıb.  Onların böyük əksəriyyəti Rusiya vətəndaşıdır. İkinci sırada Gürcüstan,  üçüncü yerdə İran vətəndaşları gəlir.  Bu arada araşdırmalar onu da göstərir ki, İpoteka və Kredit Zəmanət Fondunun mənzil alışı üçün vəsaiti artırması satış dinamikasına müsbət təsir edib. Hər 10 mənzildən 7-si məhz bu fond vasitəsilə satılıb. Fond 2020-2025-ci illər üçün 20 min ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 1.7 milyard manat məbləğində ipoteka kreditini maliyyələşdirməyi nəzərdə tutub. Bu vəsaitin təsiri ilə əmlak bazarı ayaqda qalmağı bacarır. Mənzil-Tikinti Kooperativlərinin (MTK) sayının artmasını da əmlak bazarında duruma təsir edir. MTK sayı 10 il öncə ilə müqayisədə artıb və bu da rəqabət mühiti yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ