şənbə günü, 10 oktyabr 2026
     

Özəlləşdirilən dövlət müəssisələri ilə bağlı əsas problem...

Image


Özəlləşdirilmiş dövlət müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılması dövlətin iqtisadi müstəvidə siyasətinin əsas xətlərindən birini təşkil edir. Bunu şərtləndirən səbəblərin sayı yetərincədir. Bəllidir ki, iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi özəlləşdirmənin əsas hədəfləri sırasında yer alır.

Bundan başqa, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi özəl mülkiyyətin strukturunun yaradılması, iqtisadiyyatın yenidən qurulması, rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsində də özəlləşdirmə mühüm rol oynayır. Lakin bu sahədə problemlər də yox deyil. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu fonda maraqlı bir məqama diqqət çəkib. O qeyd edir: “Təcrübə göstərdi ki, Azərbaycanda özəlləşdirilmiş dövlət müəssisələrinin 55 faizi öz fəaliyyətini bərpa etməyib”. Halbuki, dövlət müəssisələrinin özəlləşdirilməsi bir çox ölkədə iqtisadi inkişaf baxımından yeni imkanlar açır. Planlı iqtisadiyyata əsaslanan Sovet İttifaqı dağılandan bəri Azərbaycanda da dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi daim gündəmdədir. Çünki uğurlu özəlləşdirmə fəaliyyətini dayandırmış müəssisələrin yenidən canlanması deməkdir. Bu, həm iş yerlərini sayca artırır, həm də büdcə gəlirlərini yüksəldir. Ancaq qeyd edilən açıqlamadan məlum olur ki, dövlətin özəlləşdirdiyi, azı, hər iki müəssisədən biri fəaliyyətini bərpa edə bilmir. Hökumət rəsmisinin fikrincə, bu uğursuzluq köhnəlmiş avadanlıq və texnologiyalardan itirilmiş əlaqələrdən qaynaqlanır. Belə vəziyyətdə Azərbaycan iqtisadiyyatında dövlət sektorunun payca yetərincə yüksək olmasının göstəricilərindən biri muzdla çalışan işçilərin sektorlar üzrə bölgüsüdür. Sonuncu açıqlanan rəqəmlərə görə, ölkədə 1 milyon 734 min muzdlu işçi var. Onlardan 903 min nəfəri iqtisadiyyatın dövlət, 831 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Beləliklə, ölkədə əməkhaqqı alan işçilərin yarısından çoxu - 52 faizi dövlət sektorunda çalışmaqdadır. Dünya Bankının hazırladığı memorandumda da bildirilir ki, dövlət müəssisələri Azərbaycan iqtisadiyyatında mühüm rol oynamağa davam edir. Bu müəssisələr büdcədən ciddi subsidiya alsa da, vergi və dividendlər baxımından büdcə gəlirlərinə çox az töhfə verir. Dövlət müəssisələrinə xas ayrıcalıqlar ona istər subsidiya, istərsə istehsal vasitələrinə imtiyazlı çıxış imkanı qazandırır. Buna əlverişli şərtlərlə kredit əlçatanlığı da daxildir. Dövlət müəssisələri istehsal, tikinti, telekommunikasiya və kənd təsərrüfatının elə bölmələrində mövcudluğunu qoruyur ki, Qərb ölkələrində belə bölümlərdə adətən özəl sektor hakimdir. Hazırda Azərbaycan hökumtinin də əsas istəyi Azərbaycanda analoji durumun bərqərar olmasıdır. Çünki dövlət müəssisələri onlar üçün yaradılan yüksək şəraitə baxmayaraq, büdcəyə az gəlir gətirir. Azərbaycanda dövlət müəssisələrinin belə iqtisadi fəaliyyətinin daha bir göstəricisi onların sayıdır. Ölkədə 5 minə yaxın belə müəssisə olsa da, onlardan yalnız 20-sinin dövlət maliyyəsinə ciddi təsiri var. Demək olar, bütün gəlirlər, dövlət investisiya layihələri və dövlət müəssisələrinin borcları həmin müəssisələrinin payına düşür. Portfeldə neft və qaz sektoru üstün yer tutur. Dövlət müəssisələrinə aid portfel üzrə ümumi aktiv və gəlirlərin, borc və məşğulluğun önəmli hissəsi, 70 faizdən çoxu SOCAR və onun tərkibindəki qurumların payına düşür. Yerdə qalan dövlət müəssisələri isə ölkənin iqtisadi sistemində mühüm rol oynamır.

Təcrübə göstərir ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin uğurlu icrası işsizliyi azalda, büdcənin gəlirlərini artıra bilər. Hazırda özəlləşdirmədə qeydə alınan problemlərin  bir neçə səbəbi var. Bunlardan ilki ölkə iqtisadiyyatında rəqabət məsələsinin tam yolun qoyulmamasıdır.  Bir çox sahədə iri şirkətlərin hegemon mövqeyi özəlliklə kiçik və orta sahibkarların rəqabət imkanını azaldır. Maliyyə resurslarına çıxış imkanı ilə bağlı problemlər də investorların öz ideyalarını gerçəkləşdirməsini çətinləşdirir. Özəlləşdirmənin effektivliyi digər amillərdən də asılıdır. İqtisadi şəffaflığın artırılması baxımından Azərbaycanda tətbiqinə ehtiyac duyulan daha bir fəaliyyət istiqaməti benefisiar sahiblikdir. Benefisiar sahiblik – bir və ya bir neçə nəfərin hər hansı şirkətin faktik, yaxud dolayı sahibi olması, yaxud şirkətin formal sahiblərinə nəzarət imkanına malik olması, həmin şirkətin maliyyə və qeyri-maliyyə aktivlərindən birbaşa və ya dolayı yolla bəhrələnməsi deməkdir. Benefisiar sahiblik məlumatlarının açıqlığı hökumətlərə vergidən yayınma, korrupsiya kimi sahələrdə effektiv mübarizə aparmağa əlavə imkanlar yaradır. Özəlləşdirmə prosesi çərçivəsində iqtisadi canlanmanı təmin etmək baxımından xarici investorları ölkəyə sərmayə yatırmağa həvəsləndirmək də çox önəmlidir. Həmçinin istehsal müəssisələrinin satışa çıxarılmasından əvvəl inhisara alınmış sənayenin yendən qurulması zəruridir. Ümumən, özəlləşdirmə bir tərəfdən iqtisadi islahatların bir elementi, digər tərfdən isə uzunmüddətli dövlət tənzimlənməsinin əsas aləti kimi çıxış etməlidir. Bu halda özəlləşdirmə iqtisadi tərəqqiyə daha çox təkan verə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ