şənbə günü, 10 oktyabr 2026
     

Rusiyanın yeni neft siyasəti Azərbaycana daha çox pul qazandıracaq

Image


Şimal qonşumuzun atdığı addımlar dünya neft bazarında bu məhsulun qiymətinin yenidən sürətlə artmasına şərait yaratmaqdadır. Məsələ burasındadır ki, Rusiya mart ayında neft hasilatını günə 500 min barrel azaldacaq. Ölkənin  baş nazirinin müavini Aleksandr Novak  bildirib ki, bu addım bazar münasibətlərinin bərpa olunmasına kömək edəcək.

Onun sözlərinə görə, Rusiya bu gun hasil etdiyi neftin hamısını sata bilir, amma bundan əvvəl deyildiyi kimi, Moskva onun neftinə Qərb tərəfindən qoyulmuş qiymət tavanına birbaşa və ya dolayısı ilə riayət edən ölkələrə neft satmayacaq. Novak bildirib ki, məhz bu səbəbdən Rusiya hasilatı könüllü şəkildə azaldır və gələcəkdə bazardakı vəziyyətə uyğun hərəkət edəcək. Xatırladaq ki, “Böyük yeddilik”, Avropa İttifaqı və Avstraliya arasında əldə olunmuş razılaşmaya əsasən, Rusiya nefti bir barrel üçün 60 dollardan baha satıla bilməz. Rusiya nefti üçün qiymət tavanı ötən il dekabrın 5-dən qüvvəyə minib. Fevralın 5-dən isə Rusiyanın neft məhsullarına qiymət tavanı tətbiq edilir. Bütün bu məhdudiyyətlərdən məqsəd Rusiyanın neft gəlirlərini və deməli, onun müharibəni maliyyələşdirmək imkanlarını əngəlləməkdir. Bu fonda Rusiya fevralın 1-dən “dost olmayan”, başqa sözlərlə onun neftinə qiymət tavanı qoyan ölkələrə neftin satışını qadağan edib. “Kommersant” qəzetinin məlumatına görə, ötən noyabrda, hələ Avropa İttifaqının embarqosuna qədər Rusiya sutkada 11 milyon barrel neft hasil edirdi. Dekabrda da bu həcm dəyişməmişdi. Yanvarda isə hasilat ötən ilin noyabr ayı ilə müqayisədə 0.4 faiz azalıb. Hələ ötən dekabrda Novak deyirdi ki, neftin hasilatı günə 500-700 min barrel və ya 5-7 faiz azala bilər. Amma Rusiya nefti indiyədək, əsasən də Asiya bazarlarına satışı artırmaqla pis proqnozların bəzisindən yayına bilib. Bu da qeyd olunmalıdır ki, yuxarı qiymət həddi qoyulandan bəri Rusiyanın neft bazarı qeyri-şəffaf olub. Rəsmi rəqəmlərə görə, Rusiya neftin bir barrelini 47 dollara satmağa məcbur olub, amma ekspertlərin fikrincə, real qiymət bir barrel üçün 70-75 dollar təşkil edir. Rusiyanın Maliyyə Nazirliyi yanvar ayında bildirirdi ki, ölkənin neft gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz azalıb. Nazirlik bunun səbəblərindən biri kimi neft qiymətinin azalmasını göstərirdi. “Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın “Urals” markalı nefti dünya neft qiymətlərindən iki dəfə ucuzuna – bir barrel üçün 38 dollara satılır. Onu da qeyd edək ki, Avropa İttifaqının Rusiyanın neft məhsullarına fevralın 5-dən qüvvəyə minmiş embarqosu və yuxarı qiymət həddi, həmin neftdən xaricdə hazırlanmış neft məhsullarına tətbiq edilməyəcək. Avropa Komissiyasının “embarqonun izahı” adlı sənədində bu barədə deyilir ki, Rusiyanın neft məhsulları ilə başqa ölkələrin neft məhsullarının qarışığı da embarqoya və yuxarı qiymət həddi mexanizminə məruz qalmayacaq. Bu o deməkdir ki, belə məhsulları qiymət həddi qoyulmadan satmaq mümkün olacaq, belə məhsulları daşıyan gəmilərə isə Avropa İttifaqında sığorta və başqa xidmətlər göstərilə biləcək.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi bildirmişdi ki, başqa ölkələrin ərazisində emal olunan Rusiya neftinə yuxarı qiymət həddi şamil edilməyəcək.  Rusiyanın neft məhsullarına birinci ən yüksək hədd 1 barrel üçün 100 dollardır. Bura xam neftdən baha satılan dizel yanacağı və benzin daxildir. İkinci ən yüksək qiymət həddi isə 1 barrel üçün 40 dollar olaraq güzəştlə satılan neft məhsullarına, yəni, məsələn mazuta şamil edilir. Avropa sığorta və nəqliyyat şirkətlərinə bu qaydalar gözlənmədən alınmış neftin sığortası və daşınması qadağan olunub. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya ötən il 142 milyon ton neft məhsulu ixrac edib. Avropada istehlak olunan neft məhsullarının 40 faizi Rusiyanın payına düşürdü. Embarqonun qüvvəyə minməsi ərəfəsində Hindistan, Çin və Türkiyə Rusiyadan xam neftin idxalını xeyli artırıb. Bunun nəticəsində 2022-ci ilin dekabrına olan məlumata görə Rusiya neftinin Asiyada idxalı iki dəfə artaraq 80 faizə çatıb. Bu da qeyd olunur ki, sözü gedən bu üç ölkə Avropa bazarına neft məhsullarının ixracını, o cümlədən Rusiya neftinin və neft məhsullarının qarışdırılaraq təkrar ixracını artırıblar. Lakin istənilən halda Rusyanın gündəlik hasilatı 500 min barrel azaltması artıq bazarlara təsir edib neft qiymətlərini artırır. Özü də Kreml bu addımı neftə tələb artan vaxtda atır.  OPEC-in baş katibi Haysam Əl-Qays bu fonda qeyd edib ki, 2023-cü ildə neftə tələbat sutkada 102 milyon barrel təşkil edəcək. Bu da koronavirus pandemiyasından əvvəlki rəqəmi sutkada 1,9 milyon barreli ötəcək. Onun sözlərinə görə, 2025-ci ilə qədər xammala tələbat artaraq sutkada 110 milyon barrel olacaq. Beynəlxalq Enerji Agentliyinin analitikləri də 2023-cü ildə dünyada neftə tələbatın sutkada 1,9 milyon barel səviyyəsində artaraq 101,7 milyon barrelə çatacağını proqnozlaşdırıblar. Bu vəziyyətdə Azərbaycan nefti də bahalaşmaqda davam edir və artıq 90 dollarlıq həddə çatıb. Tezliklə, qiymətin 100 dolları keçməsi gözlənilir. Qeyd edək ki, bu ilin büdcəsində neft qiyməti 50 dollar olaraq götürülüb. Amma hazırda satış qiyməti 100 dollara çatmaq üzrədir. Deməli, neft Azərbaycana nəzərdə tutulduğundan daha çox gəlir gətirir. Azərbaycanın bunlar fonunda neft gəlirlərinin artmasına rəğmən, ölkə “qara qızıl”dan iqtisadiyyatın asılılığının azaldılması istiqamətində də müvafiq addımlar atır. Yeri gəlmişkən qeyd edək ki, ölkə Prezidentinin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə də artıq bu məqama xüsusi olaraq toxunulub. Əsas səbəb dünya bazarlarında nefin qiymət dəyişikliyi və digər amillərin Azərbayana təsirinin minimal həddə endirilməsidir. Bu fonda sənəddə qeyd edilir ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Sənədə əsasən, bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik möhkəmləndirilməlidir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ