şənbə günü, 10 oktyabr 2026
     

Aksiz dərəcələrinin dəyişdirilməsi tək ticarət yox, həm də sağlamlığa xidmət məsələsidir...

Image


İçki və siqaret kimi zərərli vərdişlərdən cəmiyyət üzvlərinin izaq durması hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda da bu xüsusda müvafiq addımlar atılır. Lakin o da qeyd olunmalıdır ki, hələ də belə zərərli vərdişlərin aludəçiləri yetərincədir.

Ümumiyyətlə, siqaret və içki xərcləri Azərbaycanda əhalinin toplam xərcləri arasında yetərincə böyük yer tutur. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il bu məhsulların alışına 2 milyard 450 milyon manat xərclənib. Bu o deməkdir ki, əhalinin ilboyu pərakəndə ticarətdə xərclədiyi hər 100 manatın təxminən beş manatı tütünə və ya içkiyə sərf edilib. 2021-ci ildə həmin məhsullara 2 milyard 288 milyon manat xərclənmişdi. Deməli, ötən il əhali siqaret və içkiyə daha çox vəsait sərf edib. DSK-nın araşdırmasına görə, Azərbaycanda 15 yaşı aşan kişilərin 31.6 faizi siqaret çəkir. Ölkədə kişilər orta hesabla gündə 15 ədəd siqaret çəkir. Yaş qrupları üzrə baxanda aydın olur ki, kişilər arasında ən çox siqaret çəkənlər 45-64 yaşlılardır. Bu yaşdakı hər iki kişidən biri siqaret istifadəçisidir. 20-44 yaş arası hər 100 kişidən 26-sı, 65 yaşdan yuxarı kişilərinsə hər 100 nəfərindən 33-ü siqaret çəkir. Rəsmi rəqəmlərdən bu da aydın olur ki, ötən il boyunca Azərbaycanda siqaret qiymətləri ikirəqəmli həddə bahalaşıb. Siqaret ortalama 12 faiz, pivə 14 faiz, araq və şərab kimi məhsullarsa 7 faiz civarında bahalaşıb. Ancaq hökumətin qəbul etdiyi yeni qərarlardan bilinir ki, tütün və içki qiymətlərində yenə artım baş verəcək. Fevralın 7-də prezident İlham Əliyev “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda əks olunan məsələlərdən biri aksiz dərəcələrinin artırılmasıdır. Sərəncama görə, İqtisadiyyat Nazirliyi 6 ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin artırılmasına dair təkliflərini Nazirlər Kabinetinə çatdırmalıdır. Məhsullara tətbiq edilən vergilərin artırılması, təbii ki, onların maya dəyərini də yüksəldir. Bu da, öz növbəsində, satış qiymətlərini artırır. Lakin araşdırmalar göstərir ki, bu hal zərərli vərdişlərdən uzaq durulmasını də şərtləndirir. Yeni sərəncamda alkoqollu içki qiymətləri ilə bağlı daha bir qərar diqqət çəkir. Bildirilir ki, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi müəyyənləşdirilməlidir. Başqa deyimlə, bu qərarın tətbiqindən sonra satıcılar istəsələr də həmin müəyyənləşdirilən qiymətdən ucuz spirtli içki sata bilməyəcəklər. Bu da zərərli vərdişə qarşı dünyada tətbiq edilən mühüm təcrübədən biridir. Beynəlxalq təcrübədə belə mexanizmlər minimum qiyməti yüksək təyin etməklə spirtli içki ala bilənləri sayca azaltmağı hədəfləyir.

Yeni sərəncamda diqqət çəkən daha bir məqam siqaret hazırlanmasında yerli tütündən istifadə məsələsidir. İqtisadiyyat Nazirliyi tütün məmulatı istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələbləri müəyyənləşdirməlidir. Azərbaycan özünü tütün məhsulları ilə, əsasən, Ukrayna hesabına təmin edirdi. Ötən ilin fevralından bəri Rusiya və Ukrayna arasında müharibənin başlaması bu sahəyə də təsirsiz ötüşmədi. Savaş başlayandan bir müddət sonra Ukraynadan Azərbaycana gətirilən tütünün həcmində iki dəfədən çox azalma qeydə alındı. Bu üzdən, Azərbaycanın siqaret bazarında ciddi problemlər üzə çıxdı. Bir müddət daxili bazarda bəzi məşhur siqaret çeşidləri çətin tapıldı. Yalnız bundan sonra ölkənin iri siqaret istehsalçısı olan şirkətlər alternativ qaynaqlar tapdığını bildirdi və tütün məhsulları Türkiyədən alınmağa başlandı. Sərəncam təkcə bu iki məsələ ilə bağlı deyil. Digər istiqamətlərdə də yeniliklər var. Məsələn, artıq tütün məmulatları üzrə aksiz vergisi markaları alınarkən öncədən ödəniş mexanizmi tətbiq ediləcək. Tütün məmulatının istehsal və idxalı gerçələşdirilərkən icazə sistemi tətbiq ediləcək və bu sistem təkmilləşdiriləcək. Tütün məmulatı və alkoqollu içkilərin idxal və istehsalını aparan şəxslərə qarşı məsuliyyət tədbirləri də sərtləşdiriləcək. Onu da xatırladaq ki, son illər tütün məmulatları ilə mübarizə sahəsində bir sıra tədbirlər görülür. Nümunə olaraq xatırlatmaq olar ki, ictimai yerlərdə siqaret çəkilməsi məhdudlaşdırılıb. Siqaret çəkənlərə nisbətən, çəkməyənlər tütünün yanma məhsulundakı toksiki maddələri tənəffüslə qəbul etdikdə daha çox zərər görürlər. Müntəzəm siqaret çəkilən otaqda toksiki maddələr əşyaların üzərinə çökür. Bir siqaretin toksiki maddələri hansısa bir şəkildə ağciyərdən çıxarılana qədər 1-2 sutka vaxt keçir. Spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsinin insan sağlamlığına təsiri sosial baxımdan əsaslandırılmasa da, icbari tibbi sığortanın tətbiqi baxımından vacib amildir. Belə ki, “Tibbi sığorta haqqında” qanunun “İcbari tibbi sığorta üzrə sığorta haqları” adlı maddəsində göstərilir ki, icbari tibbi sığortanın maliyyə mənbələrindən biri aksizlərdən daxil olan vergilərdir. Deməli, aksiz dərəcələrinin dəyişdirilməsi sosial maraqlara xidmət edir. Bu sahədən əldə olunan vəsait vətəndaşların sağlamlığına, onların keyfiyyətli tibbi xidmətlə təmin edilməsinə və həmin xidmətlərin əhalinin bütün təbəqələri üçün əlçatanlığına yönəldiləcək. Qeyd edək ki, bu tendensiya dünya təcrübəsində də geniş tətbiq olunur: bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlamlıq üçün zərərli sayılan məhsullara tətbiq edilən vergilər üzrə daxil olan vəsait, əsasən, əhalinin sağlamlığının təmin olunması ilə bağlı səhiyyə proqramlarına yönəldilir. Aksiz vergilərindən gələn gəlirlərin piylənmə, şəkər və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə yönəldilməsi təcrübəsi Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində mövcuddur. Aərbaycan da dünya təcrübəsindən istifadə edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ