şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan qazı üçün Avropada sıra növbəsi...

Image


“Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan “Nabukko” layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”.

Bu fikirləri prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orban ilə Budapeştdə mətbuata bəyanatla çıxışı zamanı səsələndirib.

Real vəziyyətin təhlili göstərir ki, daha çox sayda Avropa ölkəsi Azərbaycan təbii qazını ala bilmək üçün interkonnektorların tikintisinə xüsusi diqqət edir. Elə bu fonda Bolqarıstan və Serbiya prezidentləri Rumen Radevlə Aleksandar Vuçiç ölkələrinin Rusiya qazından asılılığını azaldacaq kəmərin tikintisinə start veriblər. Bolqarıstanın Kostinbord şəhərində yeni kəmərin tikintisinin başlanması münasibətilə mərasim keçirilib. Serbiya ərazisindən keçəcək 170 kilometrlik kəmərin bir ucu məhz bu şəhərdə olacaq. Vuçiç mərasimdə etdiyi çıxışda deyib ki, bu Avropa layihəsi çox böyük layihədir və başqa ölkələrin də qazla təchizatına imkan yaradacaq. İllik tutumu 1.8 milyard kubmetr olacaq əlaqələndirici kəmər Azərbaycan qazının buradan keçərək Qərbi Avropaya çatmasına imkan verəcək. Serbiya bu kəmər vasitəsilə Yunanıstan limanlarından gələn maye qazı qəbul edə biləcək. Vuçiç  bu fonda bildirib: “Serbiyaya başqa mənbələrdən təbii qazın idxalı üçün Bolqarıstanla birgə interkonnektorun tikilməsi vacibdir. Bununla biz daha çox qaz idxal edə biləcəyik. Unutmayın ki, daha çox qaza ehtiyacımız olacaq. Bolqarıstan çox etibarlı ölkədir və bizim onunla heç vaxt problemimiz olmayıb. Bu, böyük sərmayədir, bizim tərəfimizdən 93 milyon avro ayrılıb”. Serbiya prezidenti qeyd edib ki, onlar enerji sahəsinə xeyli sərmayə yatırıb: “Biz çoxlu vəsait ayırmışıq. Bu, iqtisadiyyatın inkişafı üçün vacib idi. Bu, həm də qış üçün bizə kifayət qədər elektrik enerjisi qazandırdı, vətəndaşların heç bir problemi yoxdur. Həm qaz, həm də elektrik enerjisi qiymətlərimiz Avropada ən aşağı qiymətlər arasındadır”. Serbiya dövlət başçısı Azərbaycanla təbii qaz alışına dair aparılan danışıqlara da toxunub: “Biz Azərbaycanla dərhal razılığa gəlsək, bu bizim üçün məqsədəuyğun olar. Bizim sənayemiz böyüyür, istehlakımız artır. Getdikcə daha çox qaz istehlak edirik, Serbiya yenidən sənayeləşir, digər Avropa ölkələrindən fərqli olaraq, bizə daha çox qaz lazım olacaq”. Vuçiç əlavə edib ki, o, qaz satışı ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır: “Azərbaycan tərəfi uzunmüddətli müqavilələrdə israrlıdır. Amma biz qiymətləri və mexanizmləri bilməliyik ki, onları müqayisə edək və ola bilsin razılığa gələk”. O qeyd edib ki, yeni qaz kəməri Serbiyanı Bolqarıstan, Yunanıstan və digər Aİ ölkələri ilə birləşdirəcək və Azərbaycandan təbii qaz almağa imkan verəcək. Rumen Radev isə bildirib ki, bu kəmər regiona həqiqətən də təchizatın real diversifikasiyasını və təhlükəsizliyini gətirəcək: “Bolqarıstan qonşu Serbiya ilə Rusiyaya alternativ mənbələrdən qazın Belqrada axmasına imkan verəcək və cənub-şərqi Avropada tədarükün təhlükəsizliyini artıracaq təbii qaz xəttinin tikintisinə başlayıb. Bu layihə regiona tədarükün həqiqi diversifikasiyası və təhlükəsizliyi üçün yeni imkanlar verir. Biz Avropa bazarlarına çıxış imkanlarını genişləndiririk”.  Avropa İttifaqının enerji komissarı Kadri Simsonun inauqurasiya mərasimində iştirakı kəmərin regional əhəmiyyətini nümayiş etdirib. Qeyd olunur ki, ümumi dəyəri 85.5 milyon avro olan bu layihənin 25 milyon avrosunu Avropa İnvestisiya Bankı, 49.6 milyon avrosunu isə Avropa İttifaqı verəcək. Vəsaitin qalan hissəsinin ödənməsini Serbiya öz üzərinə götürüb.

Xatırladaq ki, hətta Rusiyanın Ukraynaya hücumundan əvvəl də Bolqarıstan və Serbiya Rusiya qazından dərin asılılıqlarını aradan qaldırmağa çalışırdı. Bunun üçün əsas diqqət məhz Azərbaycana yönəlib. Qeyd edək ki, hələ 2009-cu ildə Bolqarıstan və Serbiya Rusiya ilə Ukrayna arasında qazın qiyməti ilə bağlı mübahisənin zərərini görmüşdülər. O vaxt qazın verilməsi dayandırılmış, Avropada bir çoxları şaxtalı havanın fəsadları ilə üzləşmişdi. Bolqarıstan məhz bu hadisədən sonra əlaqələndirici kəmərlə Yunanıstandan Azərbaycan qazının nəqlinə başlamışdı. Bu qaz kəməri Avropa İttifaqının “Cənub Qaz Dəhlizi” təşəbbüsünün bir hissəsidir. Təşəbbüsdə məqsəd Avropanın Rusiyadan qaz asılılığını azaltmaqdır. Bu dəhlizin əsas təchizat mənbəyi Xəzər dənizində Azərbaycana məxsus “Şahdəniz” qaz yataqlarıdır. Bolqarıstan Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləsə də, Serbiya Rusiya ilə ənənəvi yaxşı münasibətlərə malikdir. Hələlik isə “Bulqartransqaz” şirkətinin icraçı direktoru Vladimir Malinov bildirib ki, Bolqarıstan Azərbaycan təbii qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisini oktyabr ayında yekunlaşdıracaq. Onun sözlərinə görə, tikintisinə başlanılan boru kəməri bu ilin sonuna tam istifadəyə veriləcək: “Bolqarıstan öz ehtiyacları üçün Mərkəzi Avropadakı Baumqarten qovşağından axınları tərsinə çevirməklə əlavə təchizat əldə edə bilər”. Qeyd edək ki, Serbiya “Qazprom” yanacağından demək olar ki, tam asılılığını ən azı 40 % Azərbaycandan və digər mənbələrdən qazla əvəz etməyi hədəfləyir. Hazırda “Türk axını” qaz kəmərinin Balkan qolu vasitəsilə Rusiya qazını idxal edən milli qaz şirkəti “Serbiyaqaz” bir il əvvəl yeni xəttin öz hissəsinin tikintisinə başlayıb. Qeyd edək ki, hazırda Azərbaycan Bolqarıstana qaz ixrac edir. Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin kommersiya istismarına ötən ilin 1 oktyabr tarixində başlanılıb.

Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 milyard  kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.  İndi Serbiya, daha sonra Macarıstan, ardınca bir sıra digər Avropa ölkələri də Azərbaycandan qaz idxal edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ