şənbə günü, 10 oktyabr 2026
     

Bankların da, əhalinin də dollara marağı azaldı...

Image


Azərbaycanda dollara marağın azalması son günlərin ən çox müzakirə edilən əsas iqtisadi mövzularından biridir. Qeyd edək ki, bu il yanvarın 24-ü və 26-da Azərbaycan Mərkəzi Bankında valyuta hərracı keçirilsə də, banklar dollar sifariş etməmişdilər.

Mərkəz Bankı, həmçinin, hərraclarda ilk dəfə olaraq banklar tərəfindən sifariş təqdim edilməməsi səbəbini açıqlayıb. Bildirilir ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisit yaranıb: “Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2,2 dəfə artaraq 23,6 milyard ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12,3% artaraq üç milyard ABŞ dollarına çatıb. Qeyd olunan məqamlar Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də göstərir. Məhz bu amillər 2023-cü ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib”. Banklarla yanaşı, əhalini də dollarla bağlı fəallığı olduqca diqqət cəlb edir. Araşdırmalar göstərir ki, ötən il Azərbaycan əhalisi banklardan nağd 2 milyard 357 milyon dollar alıb. Bu, 2021-ci illə müqayisədə təxminən 260 milyon dollar çox olsa da, daha öncəki illərdəki göstəricilərdən aşağıdır. Məsələn, 2020-ci ildə ölkə vətəndaşları banklardan, azı, 3 milyard dollar almışdı. Pandemiyanın ilk dövrlərində Azərbaycan neftinin qiyməti ucuzlaşıb 20 dollardan da aşağı endiyindən əhalidə devalvasiya gözləntiləri yaranmış və bu amil dollar alışını artırmışdı. 2018-2019-cu illərdə də əhali banklardan ortalama 3 milyard dollar satın alıb. Əhalinin dollar alışını aylar üzrə gözdən keçirərkən görünür ki, dollara ən çox tələb yanvarda qeydə alınıb. Ötən ilin yanvarında əhali banklardan 367 milyon dollar alıb. İl ərzində dollara tələbin ən aşağı olduğu aysa avqustdur, həmin vaxt cəmi 141 milyon dollar alınıb. Ötən il əhalinin banklardan aldığı dollarla yanaşı, banklara satdığı dolların da həcmi artıb. İl ərzində banklara 2 milyard 40 milyon dollar satılıb. Bu baxımdan əhalinin ilboyu dollar alışı dollar satışını 300 milyon dollardan çox qabaqlayıb. Ancaq nəzərə almaq lazımdır ki, əhalinin banklara satdığı dolların həcmində ötən illərlə müqayisədə daha yüksək artım qeydə alınıb. Məsələn, 2021-ci ildə əhali banklara cəmi 1 milyard 353 milyon dollar satmışdı. Bu baxımdan, aydın olur ki, 2022-ci ildə əhalinin banklara satdığı dolların həcmində 50 faizdən çox artım baş verib. Eyni zamanda, əhalinin ötən il banklara satdığı dolların həcmində 2016-cı ildən sonra ən yüksək göstərici qeydə alınıb. 2022-ci ildə əhalinin banklara ən çox dollar satdığı ay iyun ayı olub. İyunda əhali banklara təxminən 250 milyon dollar satıb. Eyni göstərici baxımından ən aşağı rəqəm yanvarda qeydə alınıb. Yanvarda əhalinin banklara dollar satışı 80 milyon dollar aşmayıb.

Ötən il Azərbaycana göndərilən pul köçürmələrinin sayındakı artım əhalinin banklara satdığı dolların həcmini ən çox artıran səbəblərdən biridir. Araşdərmalar göstərir ki, fiziki şəxslərin 2022-ci ildə Azərbaycana pul köçürmələri 3 milyard dolları keçib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ən azı 4 dəfə çoxdur. Pul köçürmələrinin həcmindəki artım Rusiyadan Azərbaycana göndərilən pulun həcmindəki artımdan qaynaqlanır. Belə ki, eyni dövr ərzində Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 5 dəfədən çox artıb. Azərbaycana köçürülən 3 milyard dollardan çox pulun 2,6 milyard dollardan çoxu məhz Rusiyanın payına düşür. Bu səbəbdən, Rusiyadan Azərbaycana daha çox vəsait göndərilməsinin əhalinin banklara satdığı dolların həcmcə artmasına da təsiri var. Azərbaycana köçürülən pulların artması fiziki şəxslərin depozit portfelində qeyri-rezidentlərin payının artışında da özünü göstərir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, ötən il yanvarın sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi 294 milyon dollar idi. Fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində bu ölkənin iqtisadiyyatına ciddi sanksiyaların tətbiqinə başlandı. Həmin sanksiyaların ən çox zərər vurduğu istiqamətlərdən biri Rusiyanın maliyyə sektorudur. Rusiya bankları ilə əməliyyatların çətinləşməsi ucbatından bir çox insan öz vəsaitini Rusiyadan çıxarmağa başladı. Rəsmi rəqəmlərdən görünür ki, qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi ilin sonunda artıq 1 milyard 174 milyon dollara çatıb. Bu, 11 ay ərzində 900 milyon dollara yaxın artım deməkdir. Rusiyadan pul köçürmələrinin satışı əhalinin rublla bağlı bank əməliyyatlarında da özünü göstərir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanda əhali banklara 19 milyard 626 milyon rus rublu satıb. Bu, iki il öncə ilə müqayisədə 5 milyard rubldan çox artım deməkdir. Ötən il əhali banklardan 2 milyard 160 milyon rubl satın alıb. Bu, banklara satılan məbləğin təxminən 10 faizidir.  Mərkəzi Bankın açıqladığı göstəricilər dollarla yanaşı, digər valyutaların da alqı-satqısına dair bilgiləri əhatə edir. Məsələn, 2022-ci ildə Azərbaycanda əhali banklardan toplam 210 milyon həcmində nağd avro alıb. Bu, 2021-ci ildəkindən 35 milyon avro çoxdur. Əhali ilboyu banklara 106 milyon avro satıb. Bu, o deməkdir ki, il ərzində əhalinin banklardan aldığı avronun həcmi banklara satılan avronun həcmini 2 dəfə qabaqlayıb. Üstəlik, ötən il avro ciddi dəyər itkisinə məruz qalıb və orta məzənnəsi 1.7799 manat olub. 2021-ci ildə həmin göstərici 2.0172 idi. Deməli, ötən il avronun manata qarşı orta məzənnəsi təxminən 13 faizdən çox azalıb. 2022-ci ildə Azərbaycanda əhali banklardan 22 milyon funt sterlinq alıb. İngilis valyutasının satış məqamı daha çox diqqət çəkir. Belə ki, ötən il Azərbaycan əhalisi banklara 27 milyon funt sterlinq satıb. Deməli, dollar və avrodan fərqli olaraq, əhalinin funt sterlinq satışı onun alışını qabaqlayıb. Banklara funt sterlinq satışının əvvəlki illərlə müqayisədə dəfələrcə artması da ayrıca diqqət çəkir. 2014-2021-ci illərdə Azərbaycanda əhali ilboyu banklara ən çox 11 milyon funt sterlinq satmışdısa, ötən il həmin göstərici 27 milyonu ötüb. Amma əvvəlki kimi əhalinin də maliyyə əməliyyatı apardığı əsas xarici valyutalar dollar və avrodur. Bununla yanaşı, diqqət çəkən həm də manata etimadın yüksəlməsidir. Əhali maliyyə fəaliyyətində və bank əmanətlərində daha çox manata üstünlük verməyə başlayıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ