şənbə günü, 10 oktyabr 2026
     

Qeyri-neft sektoru inkişaf etdikcə yeni problemlər də yaranır....

Image


Azərbaycan iqtisadiyyatının enerji sektorundan asılılığının aradan qaldırılması  ölkənin ən böyük iqtisadi prioritetlərindən biri hesab olunur. Qeyd edək ki, 2022-ci ildə ölkənin büdcə gəlirlərinin yarısı neft-qaz gəlirlərindən formalaşıb. Bu da illər üzrə büdcə gəlirlərində neft-qaz gəlirlərinin tədricən azalmaqda olduğunu göstərir. Çünki əvvəlki illərdə büdcə gəlirlərində neft və qazın payı daha yüksək olub. Amma indi bu göstərici azalmağa doğru gedir.  

İxracda da neft və qazın payı azalmağa, qeyri-neftin həcmi yüksəlməyə doğru gedir. Düzdür, hələ də bu müstəvidə fərq olduqca böyükdür. Amma həmin fərqin azaldılması əsas diqqət mərkəzindədir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanın ixracının 7.99 faizi neftdənkənar sektordan qaynaqlanıb. Ölkənin 38 milyard dollarlıq ixracatının 3 milyardı neftdənkənar sektorun payına düşüb. 2021-ci ildə həmin rəqəm 2 milyard 713 milyon dollar olub. Deməli, bir il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 300 milyon dollar və ya 12 faizə yaxın artıb. Ötən il Azərbaycanda əhalinin hər nəfərinə təxminən 300 dollarlıq (510 manatlıq) qeyri-neft ixracı var. Hökumət isə hələ 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında bir hədəf müəyyənləşdirmişdi. Həmin sənəddə qeyd edilirdi ki, ölkə 2020-ci ildə adambaşına düşən qeyri-neft ixracını min dollara çatdırmağı planlaşdırır. O vaxtdan iki il ötsə də, hökumət hələ də hədəfindən geri qalır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan əraziləri uzun müddət işğal altında qalıb, ölkə müharibə vəziyyətində olub. Bu da qeyri-neft sektoruna, bu istiqamət üzrə ixracın artımına mənfi təsir edib. Çünki əsas diqqət hərbi istiqamətə cəmlənib. Lakin İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib. Azərbaycanın qeyri-neft ixracının912 milyon dollarlıq bölümü, yəni təxminən 30 faizi aqrar və aqrar-sənaye məhsullarıdır. Ötənilki neftdənkənar ixracın 2 milyard 846 milyon dollarlıq hissəsi yerli mənşəli mallardır. Bu baxımdan, ölkəyə ən çox gəlir gətirən sahə meyvə və tərəvəz ixracı olub. Ötən il Azərbaycan 667 milyon dollarlıq meyvə və tərəvəz satıb. Bu, Azərbaycan mənşəli məhsulların ixracından əldə edilən gəlirin 23.45 faizi deməkdir. Meyvə-tərəvəz məhsulları arasında ölkəyə ən çox pomidor gəlir qazandırıb və bu göstərici 168 milyon dollar təşkil edib. Maraqlıdır ki, Azərbaycan 2021-ci illə müqayisədə təxminən dörd min ton az pomidor ixrac etsə də, həmin ilə nisbətdə 8 milyon dollar çox qazanıb. Pomidordan sonra Azərbaycana ən çox gəlir gətirən məhsul xurmadır. Ölkə ötən il xurma ixracından 113 milyon dollar qazanıb. 2021-ci illə müqayisədə Azərbaycanın xurma ixracı həcmcə 27 min ton, dəyər olaraq 12 milyon dollar azalıb. Ölkənin 2022-ci ildə ən çox gəlir əldə etdiyi üçüncü məhsul fındıqdır. İl ərzində Azərbaycanın xaricə fındıq satışından əldə etdiyi vəsait 111 milyon dollar olub. Bu gəlir təxminən 2021-ci il səviyyəsindədir.

Meyvə-tərəvəz ixracından sonra Azərbaycanın neftdənkənar sektorda ən çox gəlir əldə etdiyi sahə kimya sənayesi məhsullarıdır. Belə məhsullar il ərzində Azərbaycana 387 milyon dollar qazandırıb. Bunun 210 milyon dolları azot gübrəsi ixracı hesabına təmin edilib. Daha 132 milyon dollarlıq ixracsa metanoldan ibarət olub. Azərbaycan 2021-ci ildə kimyə sənayesi məhsulları ixracından 245 milyon dollar qazanmışdı. Deməli, ötən il belə məhsul ixracı 142 milyon dollar və ya 60 faiz artıq gəlir gətirib. Plastmas və ondan hazırlanan məhsulların ixracından əldə edilən gəlir də, demək olar, kimyə sənayesi məhsulları ixracından qazanılan gəlir qədərdir. Bu çeşid məhsulların ixracı ötən il Azərbaycana 386 milyon dollar gəlir qazandırıb. Pambıq lifi və iplik pambıq ixracındansa 208 milyon dollar gəlir əldə edilib. 2021-ci ildə həmin göstərici 268 milyon dollar idisə, deməli, ötən il Azərbaycanın pambıq ixracından əldə etdiyi gəlir 60 milyon dollar azalıb. Gəlirin azalmasına səbəb pambıq ixracının aşağı düşməsidir. Azərbaycan 2021-ci ildə xaricə 145 min ton pambıq lifi və iplik pambıq satmışdısa, ötən il həmin rəqəm 86 min tona enib. Ölkə 2022-ci ildə qara metal, alüminium və onlardan hazırlanan məhsullardan 216 milyon dollar qazanıb. Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac istiqaməti ötən il də dəyişməyib. İlboyu Rusiyaya 929 milyon dollarlıq qeyri-neft sektoru məhsulları ixrac edilib. Bu, o deməkdir ki, Azərbaycanın neftdənkənar ixracında Rusiyanın payı 30.47 faizdir. Ötən il bu ixrac 51 milyon dollarlıq artsa da, Rusiyanın toplam ixracda payı nisbətən azalıb. 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracında Rusiyanın payı daha çox – 32.35 faiz idi. Bu azalmanın səbəbi digər ölkələrə olan ixracın Rusiyaya nisbətdə daha çox artmasıdır. Ötən il Azərbaycandan Türkiyəyə 713 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib və Türkiyə Azərbaycanın neftdənkənar məhsul ixracında 23.4 faizlik payla ikinci yerdə qərarlaşıb. Bununla belə, 2021-ci illə müqayisədə Türkiyənin də ixracdakı payı azalıb. Həmin il Türkiyənin ixracdakı payı 25 faizə yaxın idi. Toplam götürülsə, Azərbaycanın qeyri-neft ixracının yarısından çoxu iki ölkənin –Rusiya və Türkiyənin payına düşür. Gürcüstan, İsveçrə və Qazaxıstan da Azərbaycanın neftdənkənar ixracında ilk beş yerdə olan ölkələr arasındadır. Onu da qeyd edək ki, Azərbaycanın qeyri-neft ixracının dəyərində artım olsa da, struktur baxımından məhsulların çeşidlənməsi hələ istənilən həddə deyil.  Azərbaycanın ixrac payında meyvə və tərəvəz üstünlük təşkil edir. Bu fonda digər məhsullar üzrə də ixrac həcminin genişlənməsinə ehtiyac var. Bu arada qeyd edək ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu ilin 1-ci rübü ərzində “Milli ixrac strategiyası”nın təsdiq edilməsini gözləyir. Məlumata görə, strategiya yaxın 4 ili əhatə edəcək, Azərbaycan ixracına müsbət təsir göstərəcək. Məhz onun reallaşması ilə ixracda digər qeyri-neft məhsullarının payının artması gözlənilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ