şənbə günü, 10 oktyabr 2026
     

Banklar istehlak kreditinə üstün meyllənməkdən əl çəkmir...

Image


Mərkəzi Bank Azərbaycan bank sektorunun ötən ilə aid göstəricilərini açıqlayıb. Həmin göstəricilərdən belə bəlli olur ki, ötən il bank sektoru 915 milyon manat mənfəət əldə edib.  2021-ci ildə həmin göstərici 609 milyon manat olmuşdu. Deməli, banklar bir il ərizndə öz mənfəətlərini 306 milyon manat və ya təxminən 50 faiz artıra bilib. İlboyu toplam 262 milyon manat mənfəət vergisi ödənilib.

Ən çox mənfəət əldə edən bankların ilk üçlüyü dəyişməyib. Belə ki, “Kapital Bank” ən çox mənfəət əldə edib. Bankın il ərzində qazandığı mənfəətin miqdarı 308 milyon manatdır. Başqa sözlə, ölkədə fəaliyyət göstərən 25 bankın toplam mənfəətinin üçdə biri bu bankın payına düşüb. Rəsmi rəqəmlərə görə, “Paşa Bank” ötən il ölkədə ən çox mənfəət əldə edən üçüncü özəl bankdır. Onun toplam mənfəəti 149 milyon 400 min manatdır. Dövlətə məxsus bankların da yetərincə mənfəəti olub. Ötən il ölkədə ən çox mənfəət əldə edən ikinci bank “Beynəlxalq Bank”dır və onun qazancı 254 milyon manatdan çoxdur. Dövlətə məxsus digər bank olan “AzərTürk Bank” da mənfəətini önəmli dərəcədə artırıb və 2021-ci ildəki 546 min manatdan 11 milyon manata yüksəldib. Deməli, ötən il dövlət banklarının toplam mənfəəti 265 milyon manat olub. Bu, sektorun toplam qazancının 29 faizidir. Ötən ilin sonuna bank sektorunun aktivləri 47 milyard 55 milyon manat olub. Bankların toplam öhdəlikləri 41 milyard 433 milyon manatdır. 2021-ci illə müqayisədə bankların aktivlərində 22.3 faiz, öhdəliklərində 23.7 faiz artım qeydə alınıb. Ötən il bankların kredit portfeli təxminən 3 milyard manat böyüyüb. Əgər 2021-ci ilin sonunda toplam 16 milyard 659 milyon manat bank krediti vardısa, 2022-ci ilin sonunda həmin rəqəm 19 milyard 594 milyon manata yüksəlib. Başqa sözlə, il ərzində ölkədə kredit portfeli 17.6 faiz artım göstərib. Bankların kredit portfelində biznes kreditləri ilə bağlı bir məqam da diqqət çəkir. Son dövrlər hökumət sözçüləri dəfələrlə dilə gətiriblər ki, biznes kreditləri daha çox artırılmalıdır, çünki belə artım iqtisadi fəallığa və yeni iş yerlərinin açılmasına olumlu təsir göstərir. Amma rəsmi rəqəmlərdən aydın olur ki, bank sektorunun kredit portfelində ilk yeri hələ də biznes kreditləri tutsa da, istehlak kreditləri nisbətdə daha çox artıb. Ötən ilin sonuna kredit portfelinin 55.4 faizi biznes kreditlərinin payına düşüb. 2021-ci ilin sonunda bu rəqəm 58.5 faiz idi. 2022-ci il boyunca biznes krediti portfeli 1 milyard 115 milyon manat və ya 11.4 faiz böyüsə də, eyni zaman kəsiyində istehlak kreditlərinin həcmi 5 milyard 574 milyon manata çatıb. Bu, o deməkdir ki, il ərzində əhalinin banklara borcu 1 milyard 236 milyon manat və ya 27.3 faiz artıb və nəticədə istehlak kreditlərinin toplam kredit portfelində payı 27.1 faizdən 29.4 faizə yüksəlib. İstehlak kreditlərinin biznes kreditlərinə nəzərən daha yüksək faiz dərəcələri ilə verilməsi, gəlirin daha qısa zaman müddətində əldə edilməsi kimi məqamlar bankların istehlak kreditinə olan marağını təmin edir. Əhalinin istehlak kreditinə olan tələbinin artmasına müxtəlif amillər təsir edir. Bunlardan ən vacibi  gəlir səviyyəsinin xərcləri tam qarşılamağa yetməməsidirsə, digər tərəfdən, əvvəllər kredit satışı tələblərinə cavab verməyən şəxslərin bir qisminin iş yerlərinin və əmək haqqının rəsmiləşdirilməsi səbəbindən satış bazasının genişlənməsi və  bank sektorunda digər sahələrə nəzərən nisbətən rəqabət mühitinin olması da müəyyən qədər rol oynayır. O da nəzərə alınmalıdır ki, Azərbaycanda insanların maliyyələşmə alternativləri çox deyil. Məsələn, qiymətli kağızlar bazarı o səviyyədə inkişaf etməyib ki, sahibkarlar səhmlərin emissiyası vasitəsilə bizneslərinə maliyyə  cəlb edə bilsinlər. Bu da istehlak kreditlərinə tələbi yüksəldir. Lakin istənilən halda belə hesab olunur ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərinin həcminin artması, həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil. Bu vəziyyətdə ekspertlər Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ölkədə ciid ehtiyac var.

Onu da qeyd edək ki, ötən il ipoteka kreditlərinin də həcmi artaraq 2 milyard 985 milyon manat olub. Bu, öncəki illə müqayisədə 585 milyon manat və ya 24 faiz artım anlamına gəlir. Bankların toplam depozit portfelində də ötən il artım qeydə alınıb. 2021-ci ilin sonunda fiziki şəxslərin banklarda saxladığı depozitlərin həcmi 9 milyard 32 milyon manat olub. 2022-ci ilin sonunda bu vəsait 11 milyard 483 milyon manata yüksəlib. Deməli, il ərzində əhalinin banklardakı vəsaitlərinin həcmi 2 milyard 450 milyon manat artıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 41.7 faizdən 39.8 faizə enib. Ancaq nəzərə almaq lazımdır ki, sözügedən dollarlaşma səviyyəsi bir öncəki ilə nisbətən azalsa da, bənzər iqtisadi strukturlu ölkələrlə müqayisədə hələ də yüksək olaraq qalmaqdadır. 2022-ci ildə hüquqi şəxslərin bank vəsaitlərinin həcmi fiziki şəxslərin depozitləriylə müqayisədə daha yüksək artım göstərib və 17 milyard 906 milyon manatdan 22 milyard 280 milyon manata yüksəlib. Bu, il ərzində 4 milyard 374 milyon manat və ya 24.4 faiz artım deməkdir. Dollarlaşma baxımından da hüquqi şəxslərin göstəricisi fiziki şəxsləri qabaqlayır, hətta son bir ildə hüquqi şəxslərin banklarda saxladığı vəsaitlərin dollarlaşma səviyyəsi cüzi artıb. Hazırda hüquqi şəxslərin vəsaitlərinin təxminən 51 faizi xarici valyutada saxlanılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ