şənbə günü, 10 oktyabr 2026
     

Hökumət fermerlərə hərtərəfli dəstək verir, amma taxılla bağlı məsələ hələ də tam həllini tapmayıb

Image


Aparılan hesablamalar göstərir ki, Azərbaycanda cari  təsərrüfat ilində 1 milyon 44 min 700 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi ötən təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxdur.

Onu da qeyd edək ki, payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edir.  Yenə təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır.  Amma taxıl, xüsusən də buğdadan asılılıq səviyyəsini tam aradan qaldırmaq mümkün olmayıb. Halbuki, bu, dünya iqtisadiyyatında yaşanan problemlər baxımından olduqca mühümdür. Ölkənin taxılla təminatı bu fonda ötən il Azərbaycanda ən çox gündəmə gələn məsələlərdən biri olub. Məsələ burasındadır ki, Azərbaycan ənənəvi olaraq taxılla təminatda idxaldan ciddi asılıdır. Təminat baxımından ən ciddi problem yaşadan bitki buğdadır. Ötən il açıqlanan göstəriciyə görə, Azərbaycanda istifadə edilən ərzaqlıq buğdanın 75 faizi idxal hesabına təmin edilib. 2022-ci ildə qlobal taxıl bazarında baş verən böhran bu məsələni daha da aktuallaşdırıb. Yaşanan böhran başlıca olaraq Rusiya-Ukrayna savaşından qaynaqlanır, çünki hər iki ölkə dünyanın ən böyük taxıl istehsalçı və ixracatçılarından biridir. Məsələn, Azərbaycan idxal etdiyi buğdanın təxminən 90 faizini məhz Rusiyadan alır. Bu mənada ötən il taxıl təminatı ilə bağlı baş verən çətinliklər hökumətin də əsas gündəm mövzularından biri idi. Bu məsələ ilboyu bir çox toplantıda müzakirəyə çıxarıldı. Hökumət rəsmiləri yaxın gələcəkdə taxıl istehsalında ciddi artıma nail olacaqlarına dair açıqlamalar verdi, taxıl istehsalının artırılması ilə bağlı müxtəlif addımlar gündəmə gəldi. Bunlardan biri Azərbaycanın xarici ölkələrin ərazisində torpaq icarəyə götürüb taxıl yetişdirməsi haqqında idi. Ötən il oktyabrın 10-da baş tutan Azərbaycan və Moldova hökumətlərarası komissiyasının iclasından sonra bildirilmişdi ki, ölkəmiz Moldovada dənli bitkilərin yetişdirilməsi üçün torpaq icarəyə götürməkdə maraqlıdır. Həmin vaxt  Azərbaycan-Moldova hökumətlərarası komissiyanın 4-cü iclasında bu məsələ müzakirə edilib. Bununla bağlı qeyd edilirdi: “Xüsusilə Moldovada torpaq icarəyə götürməklə ərzaq buğdası və digər dənli bitkilərin (soya, günəbaxan) istehsalı və ixracı imkanlarını nəzərdən keçirə biləcəyi ilə bağlı məsələ müzakirə edilib”. Hələlik bu xüsusda yekun nəticələr bəlli deyil.  Onu da vurğulayaq ki, hökumət qarşıdakı 3-4 il ərzində ölkənin taxılla təminatını 62 faizdən 80 faizə yüksəltməyi hədəfləyir. Bununla bağlı ötən il Azərbaycanda taxıl istehsalını artırmaq üçün bir sıra addımlar atılıb. Məsələn, prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Burada təklif edilən yeniliklərdən biri məhsul subsidiyaları ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən, ərzaqlıq buğda istehsalına dair öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Ancaq bu yenilikdən yalnız müasir suvarma sistemlərindən yararlanan təsərrüfatlar istifadə edə biləcək. Eyni zamanda hökumət təsərrüfatları müasir suvarma sistemlərinə keçməyə də həvəsləndirir. Belə yeniliklər 2023-cü ildən başlayaraq 5 il müddətində gerçəkləşdiriləcək.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda 1 milyon 736 min ton buğda yetişdirilib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton idi. Deməli, ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalma baş verib. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara geriləyib. İndi hesab edilir ki, cari ildə hökumət bu məsələyə xüsusi diqqət etməlidir. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə buğda istehsalına başlanılması tezləşdirilməlidir. DSK-nın rəqəmləri isə buğda ilə yanaşı, arpa və qarğıdalı istehsalında da azalmanı üzə çıxarır. 2022-ci ildə arpa istehsalı biröncəki illə müqayisədə 1 milyon 146 min tondan 1 milyon 100 min tona enib. Arpanın məhsuldarlığı il ərzində hər hektarda 2 sentner azalıb. Qarğıdalı istehsalı isə 287 min tondan 275 min tona enib. Qarğıdalının hər hektara düşən məhsuldarlığı il ərzində 3 sentner azalıb. Ötən il toplam 3.16 milyon ton taxıl yetişdirilib. Bu o deməkdir ki, 2021-ci illə müqayisədə Azərbaycanda taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb. Azərbaycanda 2022-ci il kəskin qiymət artımları ilə yadda qaldı. Ancaq rəsmi rəqəmlər göstərir ki, il ərzində ölkədə qiyməti ən çox bahalaşan məhsul çörək olub. Çörək 50 faizdən çox bahalaşıb. Taxıl bazarında baş verən hadisələr fonunda Azərbaycanın buğda təminatında Qazaxıstanın rolu artmağa başlayıb. Ancaq idxalda əsas oyunçu hələ də Rusiyadır. Ötən ilin 11 ayını əhatə edən idxal əməliyyatlarına dair hesabatdan aydın olur ki, Azərbaycan Qazaxıstandan 252 min ton yumşaq buğda gətirib. Rusiyadansa 911 min ton buğda idxal edilib. Beləliklə, Rusiyanın buğda idxalındakı payı təxminən 78 faizdir. Bir öncəki ilin eyni dövründə bu göstərici 83 faiz idi. 2022-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 398 milyon dollar dəyərində 1 milyon 168 min on buğda gətirib. 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 287 milyon 558 min dollar dəyərində 1 milyon 17 min ton buğda idxal edilmişdi. Bu o deməkdir ki, ötən il ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 341 dollar olub. Bir öncəki ilin eyni dövründə isə orta qiymət 282 dollar idi. Deməli, il ərzində buğdanın bir tonunun orta idxal qiyməti 20 faizdən çox artıb. Məhz idxaldan bu asılığı dayandərmaq üçün daxili istehsalın daha çox artımına ehtiyac var.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ