şənbə günü, 10 oktyabr 2026
     

Beynəlxalq maliyyə qurumlarının Azərbaycan proqnozlarından arxayınlaşmaq olmaz...

Image


Cari ildə dünya iqtisadiyyatı ilə bağlı verilən proqnozların pisləşdiyi bir vaxtda beynəlxalq maliyyə və iqtisadi qurumlr biri-birinin ardınca Azərbaycanla bağlı fərqli mövqe sərgiləyirlər. “Fitch Solutions” reytinq agentliyinin son hesabatı da bunun təsdiqidir.

Agentlik cari il ərzində Azərbaycanda iqtisadiyyatın yenə dinamik templərlə inkişafını gözləyir. Belə ki, 2011-2021-ci illər arasında 1,3 % səviyyəsində qeydə alınmış tarixi orta göstəriciyə nisbətən Azərbaycan iqtisadiyyatının artım tempinin bu il daha yüksək olacağı proqnozlaşdırılır. “Fitch Solutions” Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) bu il 3,7 % böyüyəcəyini gözləyir. Hesabata görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və buna cavab olaraq ABŞ və Avropa İttifaqının Rusiyanın enerji ticarətinə qarşı sanksiyalar tətbiq etməsi ilə qlobal enerji qiymətləri 2022-ci ildə yüksəldib: "2022-ci ilin sonlarına doğru və qismən bu il qlobal tənəzzül gözləntiləri və mövsümi qaz istehlakını azaldan Avropada gözləniləndən daha isti qış səbəbi ilə enerji qiymətləri kəskin şəkildə düşüb. Neft və qaz komandamız 2023-cü ildə neft qiymətlərinin 2022-ci ildəki 102  dollarla müqayisədə orta hesabla 95  dollar, təbii qazın qiymətinin isə 133 avro/MVt/saatdan 125 avro/mVt/saata düşəcəyini proqnozlaşdırır. Son aylarda bu göstərici ilə bağlı risklər artsa da, enerji qiymətlərinin hələ də müharibə və pandemiyadan əvvəlki səviyyələrdən yuxarı olacağını gözləyirik". “Fitch Solutions” hesab edir ki, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının 50 %-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna təsir göstərəcək: "Bununla belə, ümumi əsas kapitalın formalaşmasının Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca və nəqletmə həcminin artırılması istiqamətində investisiyalar qoyulduqca, 2023-cü və növbəti illərdə artıma daha çox töhfə verəcək". Agentliyin hesabatında o da deyilir ki, Azərbaycanda inflyasiyanın 2022-ci ildəki 13 %-dən, bu il 9,5%-ə qədər yavaşlayacağı gözlənilir. “Fitch Solutions” bildirib ki, qiymətlərə təzyiqlərin yüksək olaraq qalacağını nəzərə alaraq, 2023-cü ildə pul siyasətində hər-hansısa yumşalma gözlənilmir, Azərbaycan Mərkzəi Bankının (AMB) uçot dərəcəsini 8,25 %-də sabit saxlayağını proqnozlaşdırırılır: "Bundan başqa, xərclərin 52 %-ni təşkil edən şəxsi istehlakın ÜDM-nin əsas komponenti olaraq qalacağını gözləyirik. Şəxsi istehlakda 2022-ci ildəki 4,5 %-lik artımın ardınca bu il 3,5 % daha yavaş böyümə proqnozlaşdırırlır. Pandemiyadan sonra artan tələbat şəxsi istehlakı 2022-ci ildə xüsusilə güclü artırsa da, bəzi məlumatlar bu sürətin yavaşlayacağını göstərir.  2021-ci ildə pandemiyadan sonrakı güclü bərpadan sonra, Azərbaycan Mərkəzi Bankının artan inflyasiya fonunda faiz siyasətini sərtləşdirməsi ilə əlaqədar ev təsərrüfatlarına verilən kredit artımı yavaşlamağa başlayıb".
“Fitch Solutions” Azərbaycana investisiyalar üzrə artım proqnozunu 2022-ci ildəki 0,9 faiz bənddən (2011-21-ci illərdə orta hesabla 0,8 bənd) 2023-cü ildə 1,3 faiz bəndinə kimi artırıb. Qurum hesab edir ki, Ukrayna müharibəsi ilə əlaqədar olaraq Avropa İttifaqının ağır sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönəldib və Azərbaycanın qeyri-neft və qaz sektoru bundan faydalanıb. Belə ki, Azərbaycan və Rusiya arasında ticarət 2022-ci ilin noyabrına 23% (artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8%-dən 2022-ci ildə 12%-ə yüksəlib. “Fitch Solutions” Rusiyadan Azərbaycana kapital axınlarının 2023-cü ildə də güclü olacağını, qeyri-neft və qaz sektoruna investisiyaların artmaqda davam edəcəyini proqnozlaşdırıb. Daha əvvəl isə Dünya Bankı da  2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun artımı ilə bağlı proqnozunu yüksəldib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,8% təşkil edəcək. Bu isə Dünya Bankının 2022-ci ilin iyun proqnozu ilə müqayisədə 0,6% çoxdur. Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqitsadiyyatının ötən proqnoza nisbətən 0,3% çox, yəni 2,6% artacağını müəyyən edib. Halbuki qurum qlobal iqtisadiyyatla bağlı fərqli mövqedədir. Belə ki, Dünya Bankı davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu kəskin şəkildə aşağı salıb. Bildirilib ki, bu il qlobal ümumidaxili məhsul 1.7% artacaq. Ötən ilin yayında açıqlanan hesabatda qlobal iqtisadi artım 3% proqnozlaşdırılmışdı. Dünya Bankı hesab edir ki, qlobal iqtisadi artımın yavaşlaması onun resessiyaya yaxınlaşdığını göstərir. Adambaşına düşən illik qlobal gəlirin azalmasına yüksək inflyasiya, eləcə də bəzi ölkələrdə monetar sərtləşdirmə səbəb olub. İqtisadi inkişaf baxımından üç əsas dünya lideri – ABŞ, Avropa və Çin iqtisadi göstəricilərin kəskin azalması ilə üzləşib və bu, inkişaf etməkdə olan ölkələrin bazarında pisləşməyə səbəb olub. Bu amilləri nəzərə alaraq Dünya Bankı qlobal iqtisadi artımın 2023-cü ildə 1.7%, 2024-cü ildə isə 2.7% azalacağını gözləyir. Bundan əlavə, bank inkişaf etmiş ölkələrin 95%-i və inkişaf etməkdə olan ölkələrin 70%-i üçün 2023-cü il üçün iqtisadi artım proqnozlarının azaldığını açıqlayıb. Azərbaycanla bağlı isə əks mövqe ifadə olunub. Yəni, Azərbaycan iqtisadiyyatı bu və gələn il artacaq. Ekspertlərə görə, ötənilki iqtisadi nailiyyətlərin qlobal iqtisadiyyatdakı çalxalanmalar fonunda əldə olunması Azərbaycanın iqtisadi inkişaf modelinin dayanıqlığının bariz sübutudur. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulu rekord həddə - 134 milyard manata və ya 80 milyard  dollara çatıb. Hesabat dövründə xarici ticarət dövriyyəmiz 50 milyard  dolları ötüb. Eyni zamanda xarici ticarət dövriyyəsinin müsbət saldosu 25 milyard dollara çatıb. Düzdür, qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycanın dünya miqyasında cərəyan edən mənfi tendensiyalardan kənarda qalması mümkün olmasa da, həmin təsirlərin effektinin minimuma endirilməsi əsas prioritet olub. Bu da artıq öz nəticələrini verir.
Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ