şənbə günü, 10 oktyabr 2026
     

Dünya iqtisadiyyatı böyük təhlükədə - Azərbaycanı nə gözləyir...

Image


Cari il ərzində dünya iqtisadiyyatının inkişaf meylləri qlobal miqyasda xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Artıq bir çox beynəlxalq təşkilatlar 2023-cü illə bağlı iqtisadi gözləntilərini açıqlayıb.

Dünya iqtisadiyyatındakı son meylləri nəzərə alan beynəlxalq qurumlar qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişdirib. Məsələn, Beynəlxalq Valyuta Fondunun son hesabatında 2023-cü ildə qlobal artımın 2.7 faiz olacağı proqnozlaşdırılır. Bu, qurumun əvvəlki proqnozlarından1,1 faiz aşağıdır. Bu baxımdan, 2023-cü ildə də iqtisadiyyatın daim resessiya təhlükəsi altında olması gözlənilir. 

Bu arada Dünya Bankı qlobal iqtisadi perspektivlərə dair yeni rüblük qlobal hesabatını yayımlayıb. Proqnozlardan məlum olur ki, bu il qurumun qlobal iqtisadiyyatla bağlı böyümə gözləntiləri 1.7 faizə düşüb. Daha öncəki proqnoz 3 faiz idi. Proqnozların aşağı düşməsi bankın inkişaf etmiş ölkələrin iqtisadi böyüməsinə dair gözləntilərini 95 faiz, inkişaf etməkdə olan ölkələrinkini isə 70 faiz azaltmasından qaynaqlanır. Bankın açıqlamasında bildirilir ki, artan inflyasiya göstəriciləri, uçot dərəcələrinin yüksəldilməsi, investisiyaların azalması, Rusiyanın Ukraynaya müdaxiləsi fonunda qlobal artım kəskin yavaşlayır. Dünya Bankının fikrincə, kövrək iqtisadi şərtlər gözə alınsa, gözləniləndən yüksək inflyasiya, onu əngəlləmək üçün faiz dərəcələrinin qəfil yüksəlməsi, koronavirus pandemiyasının yenidən canlanması və ya geosiyasi gərginliyin artması kimi hər hansı yeni mənfi tendensiya qlobal iqtisadiyyatı asanlıqla tənəzzülə sürükləyə bilər. Bu halda son 80 ili aşan müddətdə ilk dəfə eyni onillikdə iki qlobal tənəzzül baş vermiş olacaq. Dünya Bankı iqtisadi artım göstəricilərinin azalmasının yoxsulluğu artıracağından da ehtiyatlanır. Qurumun hesabatında bildirilir ki, dünyadakı ifrat yoxsulların təxminən 60 faizi Afrikanın payına düşür. 2023-24-cü illərdə orada adambaşına düşən gəlir artımının ortalama cəmi 1.2 faiz olacağı gözlənilir. Bu, yoxsulluq səviyyəsini azaltmaqdan çox, artıra bilər. Bankın narahatlığını bildirdiyi daha bir məsələ qlobal iqtisadiyyatda investisiyaların azalmasıdır. Dünya Bankının fikrincə, investisiyaların azalması zəif məhsuldarlıq və ticarətlə əlaqəli olduğundan ciddi narahatlıq doğurur və ümumi iqtisadi perspektivləri zəiflədir. Nəzərə almaq lazımdır ki, güclü və davamlı investisiya artımı olmadan daha geniş inkişaf və iqlimlə bağlı məqsədlər baxımından ciddi irəliləyiş mümkün deyil. Bank bu düşüncədədir ki, investisiyaları artırmaq üçün sağlam maliyyə və pul siyasətinin müəyyənləşdirilməsi və investisiya mühitində hərtərəfli islahatların aparılması çox vacibdir. Dünya Bankının hesabatında bildirilir ki, bu il qabaqcıl iqtisadiyyata malik ölkələrdə iqtisadi artımın 2022-ci ildəki 2.5 faizdən 0.5 faizədək azalması proqnozlaşdırılır. Bank xəbərdarlıq edir ki, son iki onillikdə bu miqyasda yavaşlamalar qlobal resessiyadan xəbər verir. Dünyanın ən böyük iqtisadiyyatına malik Birləşmiş Ştatlarda 2023-cü ildə artımın 0.5 faizə düşəcəyi proqnozlaşdırılır. Bu, əvvəlki proqnozlardan 1.9 faiz bəndi aşağı nəticədir və 1970-ci ildən bəri iqtisadi azalma illəri nəzərə alınmasa, ən zəif böyümə göstəricisidir. Bu il avro bölgəsindəki iqtisadi artımsa sıfır faiz səviyyəsində gözlənilir. Çinə gəlincə, burada 2023-cü ildə artım 4.3 faiz səviyyəsində proqnozlaşdırılır. Bu da əvvəlki proqnozlardan 0.9 faiz aşağıdır. Çin istisna olmaqla, gəlişən bazar və iqtisadiyyatlarda artımın 2022-ci ildəki 3.8 faizdən 2023-cü ildə 2.7 faizədək yavaşlaması gözlənilir. Bu, yüksək inflyasiya, valyutanın dəyərdən düşməsi, daha sərt maliyyə şərtləri risklərini artırır.

Dünya Bankının hesabatında Azərbaycanla bağlı gözləntilər də yer alıb. Bankın fikrincə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım göstəricisi 2.8 faiz olacaq. Ötən ilin ilk 11 ayının nəticəsinə görə, Azərbaycan iqtisadiyyatı 4.8 faiz böyüyüb. Bank 2024-cü illə bağlı Azərbaycan iqtisadiyyatının böyümə gözləntisini 2.6 faiz müəyyən edib. Beləliklə, dünya iqtisadiyyatında yaranan təhlükəlrə baxmayaraq, Azərbaycan iqtisadi tərəqqisini uğurla davam etdirir. Elə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu xüsusda qeyd edir: “Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik”. Hazırda ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıb. Son bir ildə strateji valyuta rezervlərimiz 60 milyard dollara çatıb. Bütün bunların fonunda həm də onu demək mümkündür ki, iqtisadi artım, qeyri-neft ixracının yüksək səviyyəyə çatması və idxalı  dəfələrlə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir. Bunun nəticəsidir ki, manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq milli valyuta üzrə depozit qoyuluşları üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər. Hazırda bu inkişaf bazislərinə əsaslanaraq manatın tam möhkəmləndiyini və bir çox regiona ölkələrində valyuta məzənnələrində dəyişmələrin baş verdiyi şəraitdə Azərbaycan manatının 2023-cü ildə də davamlı sabitliyinin qorunacağına dərin zəmin yarandığını söyləmək mümkündür. Bu da Azərbaycanı iqtisadi tənəzzül təhdidindən qoruyur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ