şənbə günü, 10 oktyabr 2026
     

Manat devalvasiya təhlükəsindən qurtuldu - xarici maliyə əməliyyatları sayəsində...

Image


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 62,9% artaraq 49,22 milyard ABŞ dolları, o cümlədən, ixracının dəyəri 83,5% artaraq 36,34 milyard ABŞ dolları təşkil edib. Bu məlumatlar iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib.

Nazir qeyd edib ki, bu artımlar xarici ticarət əlaqələrinin daha da genişləndirilməsi və biznes əlaqələrinin təşviqi nəticəsində baş verib. Dövlət Gömrük Komitəsinin  açıqladığı statistik göstəricilər nazirin səsləndirdiyi rəqəmləri təsdiqləyir. Özü də burada bir mühüm məqama da xüsusi diqqət etmək lazım gəlir. Məsələ burasındadır ki, son bir ildə Azərbaycanın ticarət əlaqəsi qurduğu ölkələr sayca artmayıb, əksinə, azalıb. 2021-ci ilin ilk 11 ayında Azərbaycan 186 ölkə ilə xarici ticarət əlaqəsi qurmuş, başqa sözlə, ixrac-idxal əməliyyatları aparmışdı. Bu ilin ilk 11 ayında Azərbaycanın ticarət əlaqəsi qurduğu ölkələrin sayı 184-ə enib. Həmin müddətdə xarici ticarət iştirakçılarının da sayı azalıb. Əgər 2021-ci ildə elə iştirakçılarının sayı 59 min 826 olmuşdusa, 2022-ci ildə həmin göstərici 53 minə çatıb. Azalma, əsasən, xarici ticarətə qatılan fiziki şəxslərin hesabına baş verib. Ötən il 51 min 302 fiziki şəxs xarici ticarət iştirakçısı olmuşdusa, bu il həmin göstərici 43 min 917 nəfərə enib. Başqa deyimlə, 7 min nəfərdən çox azalıb. Əvəzində xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı artıb. Eyni müddətdə xarici ticarət iştirakçısı olan şirkətlərin sayı 8 min 524-dən 9 min 166-ya yüksəlib. Gömrük statistikasına dair rəqəmlərdən aydın olur ki, ötən ilin 11 ayında Azərbaycanın toplam ixracı 19.8 milyard dollar olub. Bu ilin həmin dövründə ixrac göstəricisi 36.3 milyard dollardır. Deməli, bir il içində ölkənin ixracı 16.5 milyard dollar çoxalıb. Bu müddətdə Azərbaycanın neft-qaz ixracının dəyəri də 17.4 milyard dollardan 33.6 milyard dollara yüksələrək 16.2 milyard dollar artıb. Beləliklə, son bir il ərzində dünya enerji bazarlarında yaranan vəziyyət Azərbaycanın xarici ticarət dövriyyəsinin artmasına əsaslı surətdə təsir edib. Hələ 2022-ci ilin birinci yarısı ilə bağlı göstəricilər açıqlanarkən bildirilmişdi ki, ilk yarımildə “Azeri Light” markalı neftin bir barrelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68 faiz çox olub və 110 dollar səviyyəsində qərarlaşıb. Nəzərə almaq lazımdır ki, bu il dünya bazarlarında təbii qaz qiymətləri də kəskin artıb. Rusiya-Ukrayna müharibəsinin baş verməsi və Avropanın Rusiyadan qaz asılılığı bu artımın əsas səbəbidir. Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın olur ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin oktyabrında ötən ilin eyni dövrünə nisbətən 161 faiz, bu ilin yanvar-oktyabr aylarında isə keçən ilin həmin dövrü ilə müqayisədə 234 faiz artıb. Son bir ildə enerji gəlirlərinin özünün daxilində maraqlı dəyişikliklər var. Azərbaycanın ixrac gəlirlərinin formalaşmasında, ənənəvi olaraq, neft-qaz sektoru həlledici rol oynasa da, bu sektorun əsas gəliri neft ixracı hesabına formalaşırdı. Ancaq 2022-ci ildə enerji gəlirlərinin tərkibində təbii qaz satışından əldə edilən gəlirlərin payı kəskin artıb. Artıq neft və qaz satışından əldə edilən gəlirlər, az qala, bərabərləşəcək həddədir. Rəsmi rəqəmlərə görə, 2021-ci ilin ilk 11 ayında Azərbaycanın ixracında xam neft satışından gəlirlərin ixracda payı 62 faiz idi. Həmin dövrdə təbii qaz satışı ixracın 23 faizini aşmırdı. Bu ilsə təbii qaz gəlirlərinin ixracda payı iki dəfəyə yaxın artıb. Ölkənin ixrac gəlirlərinin 41 faizi məhz təbii qaz satışından əldə edilib. Neft gəlirlərinin ixracda payı isə son bir ildə 62 faizdən 50 faizə geriləyib. Azərbaycanın ixracının neft-qaz sənayesi hesabına artımı fonunda ixrac coğrafiyası ilə bağlı göstəricilərdə də öz əksini tapır. Enerji resurslarının əsas alıcısı olan Avropa ölkələrinin ixracdakı payında ciddi artım baş verib. Ötən ilin 11 ayında Avropa İttifaqı ölkələrinin Azərbaycanın ixracında payı 58 faiz idisə, bu il həmin göstərici 67 faizdir. Eyni dövrdə MDB ölkələrinin ixracdakı payı 8 faizdən 4 faizə enib.

Enerji ilə yanaşı, qeyri-neft sektoru üzrə də artımalar qeydə alınır. Mikayıl Cabbarov qeyd edir ki, bu il ilk dəfə Azərbaycanın qeyri-neft ixracının illik dəyəri 3 milyard ABŞ dollarını ötəcək: “Koronavirus” pandemiyasından sonra müsbət dinamikaya nail olmuşuq. Ölkə iqtisadiyyatı keçən il 5,4 % artıb, bu il oxşar rəqəmlərlə 4,8 % olub. Bu il 15 milyard manatdan çox vergi mədaxilini dekabrın 15-nə təmin etmişik”. Hesablamalar göstərir ki, son 1 il ərzində qeyri-neft sektoru üzrə ixrac 2 milyard 360 milyon dollardan 2 milyard 517 milyon dollara yüksəlib və bir il ərzində artım 157 milyon dollar və ya 7 faiz olub. Rusiyanın “Qazprombank”ı bildirir ki, Azərbaycanın enerji, eləcə də qeyri-neft-qaz ixracının artması yerli bazarda daha çox xarici valyuta təklifini təmin edir, manata daha az təzyiq göstərilməsinə səbəb olur. Qurumun bildirdiyinə görə, bunu Azərbaycanın Dövlət Neft Fondunun  həftəlik hərraclarında satışın aşağı həcmdə olması göstərir: “Azərbaycanın valyuta bazarında vəziyyət sabitdir və Neft Fondutərəfindən keçirilən hərraclarda xarici valyuta satışının həcmi orta olaraq qalır. “Azərbaycan: Xarici risklər fonunda iqtisadiyyatın regional əhəmiyyəti” adlı hesabatımızda qeyd edildiyi kimi, Azərbaycan xarici geosiyasi risqlərin kəskinləşməsi fonunda yüksək karbohidrogen qiymətlərinin benefisiarıdır. OPEC+ razılaşmasına əməl olunması, karbohidrogenlərə qlobal tələbatın bərpası və Çində karantin məhdudiyyətlərinin yumşaldılması fonunda ilin əvvəlindən “Brent” markalı neftin 1 barrelinin orta qiyməti 100 ABŞ dollarına yaxınlaşıb”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ