şənbə günü, 10 oktyabr 2026
     

Avropanın bərpaolunan enerji mərkəzi kimi inkişafında Azərbaycan həlledici rol oynayacaq

Image


Aparılan hesablamalar göstərir ki, 2027-ci ilədək dünyada bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 2400 qiqavat artaraq, 5650 qiqavata çatacağı proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyinin “Bərpa olunan enerji 2022” hesabatına əsasən, bu göstərici son 20 ildəki artıma bərabərdir. Proqnozlaşdırılan artıma görə liderlər sıralamasında birinci yerdə Çin (1070 qiqavat) daha sonra Avropa (425 qiqavat), ABŞ (280 qiqavat) və Hindistan (145 qiqavat) yer alır.

Qlobal elektrik enerjisinin qoyuluş gücündəki artımın 90 faizi “yaşıl enerji” mənbələri hesabına reallaşacaq. 2025-ci ildə “yaşıl enerji”nin kömürü geridə qoyaraq ən böyük elektrik enerjisi mənbəyi olacağı bildirilir. 2027-ci ilə qədər proqnozlaşdırılan artımın 60 faizi günəş enerjisi hesabına həyata keçiriləcək. Bu nəhəng mənbə üzrə qoyuluş gücünün 2027-ci ildə 1500 qiqavat artaraq 2350 qiqavata çatacağı, 2026-cı ildə təbii qazı, 2027-ci ildə kömürü geridə qoyacağı qeyd edilir. Külək enerjisinin qoyuluş gücü təxminən iki qat artacaq. Quruda külək enerjisi gücü 570 qiqavat artarkən, dənizdə külək enerjisi gücü bərpaolunan enerji mənbələrinin qoyuluş gücündəki ümumi artımın 20 faizini təşkil edəcək. Günəş və külək enerjisindəki artım nəticəsində hidroenerjinin ən böyük üçüncü bərpaolunan enerji mənbəyi olaraq geriləyəcəyi gözlənilir. Beləliklə, yuxarıda qeyd edilənlər gstərir ki, dünya bərpaolunan enerji mənbələrinə sürətli keçid edir. Bu prosesdə əsas aparıcı mərkəzlərdən biri Avropa olacaq. Avropanın bərpaolunan enerji mərkəzi kimi inkişafında əsas rol oynayan ölkələrdən biri qismində isə Azərbaycan çıxış edəcək. Xüsusən də “yaşıl enerji” sahəsində Azərbaycanın Avropanın əsas tərəfdaşlarından biri qismində çıxış edəcək. Qeyd edək ki, dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Rumıniyaya elektrik enerjisi kabeli çəkiləcək. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirir ki, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi 2-3 milyard ABŞ dollarına başa gələcək. Qaribaşvili əlavə edib ki, elektrik enerjisi kabelinin uzunluğu 1 100 kilometr olacaq. Bu layihənin “ikinci Bakı-Tiflis-Ceyhan layihəsi” olduğunu deyən edən hökumət başçısı işlərə tezliklə başlanacağını bəyan edib. Hazırda Avropa Azərbaycandan mümkün olduğu qədər tez elektrik enerjisinin idxalına başlamağa çalışır. Bu da səbəbsiz deyil. Çünki Avropa ailələrində qaz və elektrik enerjisi xərcləri rekord həddə çatıb. Ev təsərrüfatlarının enerji böhranından qorunması üçün ayrılmış milyardlarla dollarlıq yardıma baxmayaraq, hökumətlər ailə büdcələrinə maliyyə yükünün yumşaldılmasına nail ola bilməyiblər. Halbuki bu məqsədlə yarım trilyon avrodan çox pul ayrılmışdı. Bu gün Avropa İttifaqının  əksər ölkələrində elektrik enerjisinin orta pərakəndə satış qiyməti düz bir il əvvəlkindən iki dəfə çoxdur. İndi elektrik enerjisi xərcləri 2021-ci illə müqayisədə 67 faiz artıb. Enerji daşıyıcılarının qiymətlərinin artımı soyuq günlər irəlilədikcə davam edəcək, bu isə onları azaltmaq üçün vəd verən siyasətçilər üçün gələcəkdə problemlər yarada bilər. Bəzi ekspertlər ümid edirlər ki, nəticədə istehlakçılar, sadəcə olaraq, yüksək qiymətlərə alışacaq və onları normal qəbul etməyə başlayacaqlar. Bundan sonra isə onları ləğv etmək demək olar mümkün olmayacaq. Yəni, Avropada enerji böhranı il ərzində aradan qaldırılmasa, yüksək qiymətlər daimi qala bilər. Bu, Avropa İttifaqında maaşların kəskin artmasına və müvafiq olaraq yeni inflyasiya dalğasına səbəb olacaq. Amma elektrik enerjisinin ucuz idxalına nail olunsa, vəziyyət dəyişə bilər. Belə ucuz mənbələrdən biri qismində məhz Azərbaycan çıxış edir.

Onu da qeyd edək ki, Avropa İttifaqı ölkələrinin, xüsusilə də Ukraynadakı müharibə ilə əlaqədar yaranan böhran səbəbindən enerji resursları çatışmazlığına qarşı daha həssas olan Şərqi Avropa ölkələrinin Azərbaycana fəal müraciəti ölkəmizin “köhnə dünya”nın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun vacibliyini bir daha göstərdi. Azərbaycan prezidenti İlham Əliyev bu fonda qeyd edir: “Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir”. Əslində, Azərbaycan ilə Avropa arasında əməkdaşlığın genişləndirilməsinin əsası bu ilin iyul ayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı qoyulub. Həmin səfər çrçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 2020-ci ildə “Cənub Qaz Dəhlizi”nin işə salınması da Azərbaycan ilə Avropa arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verib. Bu layihəyə “Şahdəniz” yatağının işlənməsi, Azərbaycandan İtaliyanın cənubuna qədər uzanan qaz kəmərləri zənciri daxildir. “Cənub Qaz Dəhlizi” məhz Azərbaycandan Avropaya təbii qaz tədarükünü şaxələndirmək üçün yaradılıb. İndi bura elektrik enerjisi da əlavə edilir. Beləliklə, Azərbaycan enerji sektorunda Avropa ölkələri ilə əməkdaşlığı davam etdirir, onu genişləndirir və Qərbin enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa etibarlı tərəfdaş olan Azərbaycanla münasibətlərin yeni mərhələsinə qədəm qoyur. Həmçinin Azərbaycan Avropaya enerjinin təkcə çatdırılması yox, artıq şaxələndirilməsi işini uğurla icra edir. Bu, Qərbdə yüksək qiymətləndirilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ