Bazar ertəsi günü, 22 iyun 2026
     

Azərbaycan qitələrarası nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevrilir...

Image


Rusiya-Ukrayna savaşının nəticələri və məlum sanksiyalar səbəbindən Şimal Dəhlizinin əhəmiyyətini itirməsi, dünyanın diqqətinin Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəlməsi artıq məlum həqiqətdir. Çünki Şimal Dəhlizi Rusiya ərazisindən keçdiyi üçün Qərb ölkələri bundan imtina edir. Qərblə ticarət aparan Çin də məcbur qalıb digər marşrutlardan istifadə etməli olur. Bu fonda da diqqət Orta Dəhliz üzərində cəmlənir.

Hazırda altı ölkə Orta Dəhliz üçün vahid strategiya hazırlayır. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Türkmənistan və Özbəkistan daxildir. Beynəlxalq ekspertlərin proqnozuna əsasən, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq. Bu həcmin müəyyən hissəsi Azərbaycan üzərindən daşınsa,  ölkəmiz milyardlarla dollar gəlir əldə edəcək. Amma ən əsası, Azərbaycan qitələr arasındakı nəqliyyat dəhlizlərinin mərkəzinə çevriləcək. Orta Dəhlizin marşrutuna baxsaq, bunu açıq görmək olar. Həmin dəhlizin marştutu belədir: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa. Artıq bəllidir ki, Çinin ildən-ilə böyüyən iqtisadiyyatı, istehsal potensialı, nəhəng insan resursu və digər amillər gələcəkdə onu dünyanın bir nömrəli böyük iqtisadi qüdrətə malik dövlətinə çevirəcək. Bu gün təkcə Çinlə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 450-500 milyard dollar arasındadır. Yüklərin Çinin cənubundakı limanlardan Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparmaqla yanaşı, həm də baha başa gəlir. Gəmilər Süveyş kanalı və Cəbəllüttariq boğazından keçərək Avropaya gedir. Demək olar ki, bu gəmilər dünyanın yarısını dolanaraq yükləri mənzil başına olduqca gec çatdırır və onlarla gömrük rəsmləşdirilməsi, eləcə də milyonlarla dollar rüsum və tranzit haqqı ödəmək məcburiyyətində qalır. Bu halda təhlükəsizlik məsələlərini də nəzərə alsaq, Orta Dəhlizin nə qədər əhəmiyyətli olduğunu görərik. Orta Asiya respublikalarının, Türkiyə və Şərqi Avropa dövlətlərinin də bu layihəyə maraq göstərmələri təsadüfi xarakter daşımır. Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev bu məsələ barədə fikirlərini belə ifadə edib: “Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq”.

Artıq məlum həqiqətdir ki, bu marşrutun Azərbaycandan keçməsi iqtisadi inkişafa böyük təkan verəcək. Amma bu marşruta digər ölkələrin də qoşulmaq niyyəti Azərbaycana əlavə üstünlüklər yaradır. Bu fonda Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Niyə İsrail Orta Dəhlizi dəstəkləməlidir?” sərlövhəli məqalə xüsusi diqqət cəlb edir. İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara tərəfindən qələmə alınan məqalədə qeyd edilir ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan hökumətləri bu ilin əvvəlində regionda nəqliyyat imkanlarını yaxşılaşdırmaq üçün bəyanat imzalayıblar: Bunun ardınca adıçəkilən ölkələrin Xarici İşlər və Nəqliyyat nazirlikləri regionda sürətləndirilmiş nəqliyyat marşrutlarının yaradılması zərurəti barədə qərar qəbul ediblər. Belə ki, bu marşruta Çini Avropa ilə birləşdirəcək dəmir yolu, yük və bərə sistemi - Orta Dəhliz daxil olacaq. İsrail Orta Dəhlizin yaradılmasını dəstəkləməlidir. Çünki bu marşrut İsrail, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrini əhatə edəcək şəkildə genişləndirilərsə, öz növbəsində “İbrahim sazişləri”ni gücləndirməyə kömək edəcək”. Onun fikrincə, bu, Tehrandakı mollalara qarşı mübarizəyə kömək etməklə yanaşı, türk dövlətləri, İsrail və ərəb dünyası arasında daha möhkəm əlaqələri təmin edəcək. Müəllif son nəticədə marşrutun Çin, türk dövlətləri, İsrail və ərəb ölkələri arasında ticarətin böyük ölçüdə genişlənməsinə yardımçı olacağına əminliyini ifadə edib. Həmçinin qeyd olunub ki, Avropadan Türkiyəyə istiqamətlənən qatarlar oradan Hayfaya, Hayfadan İordaniyaya, Səudiyyə Ərəbistanına və daha sonra Körfəz ölkələrinə və əks istiqamətdə hərəkət edə bilər. İsrailli politoloq əmindir ki, bundan sonra Səudiyyə Ərəbistanı və İsrail Osmanlı hakimiyyəti dövründə mövcud olmuş Hicaz dəmir yoluna bənzər yolun inşası barədə razılaşa bilər. Belə ki, hicazlılar sözügedən keçmişin təkrarlanmasını arzulayırlar. Məqalənin sonunda müəllif bütün bunların “İbrahim sazişləri”nin bir hissəsi kimi gələcəkdə gerçəkləşəcəyinə böyük inamını da ifadə edib. Xatırladaq ki, 2020-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp hökumətinin vasitəçiliyi ilə İsrail Birləşmiş Ərəb Əmirlikləri ilə “İbrahim sazişləri” adlanan razılaşma bağlayıb. Bu, birgə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

22.06.2026 / 07:01
Netanyahu müharibənin nəticəsindən məmnundur - “…rejim dəyişikliyi üçün şərait yaratmışıq”…

22.06.2026 / 06:17
Kerç boğazının bombalanması Krımı çətin duruma saldı - yarımada blokada vəziyyətində…

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

21.06.2026 / 21:25
Ünlü rəssam CHP qərargahına bağışladığı Atatürk rəsmlərini geri aldı -Klıcdaroğlunun yanında dura bilmərəm...

21.06.2026 / 20:38
Starmer istefa verir? – Trampdan ŞOK İDDİA…

21.06.2026 / 20:10
ABŞ-İran danışıqlarının 80 dəqiqəlik ilk mərhələsi başa çatdı – DETALLR ORTAYA ÇIXDI…

21.06.2026 / 19:25
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər saxlandı....

21.06.2026 / 18:59
Tramp Pezeşkianı təhdid etdi - danışığına fikir versə yaxşı olar, yoxsa…

21.06.2026 / 18:30
İran heyəti İsveçrədə ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi…

21.06.2026 / 18:09
Milli dəyərləri rəmzləşdirən orden-medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...

21.06.2026 / 17:46
Dübəndi sahilində neft sızması aşkarlandı - sualtı kəmərlə neft nəqli dayandırıldı...

21.06.2026 / 17:13
Məşhur yazar Səbahəddin Onkibar Kılıçdaroğlunun 2,5 saatlıq çıxışını yerlə bir etdi

21.06.2026 / 16:26
İsveçrədə ABŞ-İran anışıqları başladı – Tehrandan Vaşinqtona Hörmüz şərti...

21.06.2026 / 16:06
İranın Qətərdə saxlanılan 6 milyardı geri qaytarılır...

21.06.2026 / 16:05
Yaponyada “Azərbaycan adlı strategiya” kitabının təqdimatı keçirilib

21.06.2026 / 15:45
"Məbədlərin divarlarındakı qədim alban dilində olan kitabələr və relyeflər qaşınaraq məhv edilib" -Rizvan Qarabağlı

21.06.2026 / 15:31
"Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram..." -Ramin Əlizadə

21.06.2026 / 15:17
Birbank ödəniş sistemi bu gün sübh tezdən çöküb...

21.06.2026 / 14:27
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

21.06.2026 / 13:33
İran və İsveçrə XİN rəhbərləri görüşüblər

21.06.2026 / 13:22
Azərbaycan Ermənistana 1000 tona yaxın dizel göndərdi...

21.06.2026 / 13:08
200 mindən çox suriyalı qaçqın könüllü olaraq geri qayıdıb

21.06.2026 / 13:04
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

21.06.2026 / 12:45
Kılıçdaroğlu qurultaya getsə, SARAY ona qarşı bir sıra komple-dosyeləri açacaq – Fatih Altaylıdan şok iddialar

21.06.2026 / 12:32
Azərbaycana yay fəsli daxil oldu

21.06.2026 / 11:55
Prezident İlham Əliyev İordaniya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

21.06.2026 / 10:40
Tramp: "Hörmüz boğazından keçid 60 günlük danışıqlar müddətində pulsuz olaraq qalacaq"

21.06.2026 / 10:38
Canlı yayımda Kılıçdaroğlunun boğazını qurutdular...

21.06.2026 / 10:38
Şəriətmədari: “İran Bəhreyn xalqını hakimiyyətin əlindən xilas etməlidir”

21.06.2026 / 10:37
ABŞ və İran nümayəndələri İsveçrədə bir araya gələcək

21.06.2026 / 10:29
"...Sona qədər gedəcəm"-Gülnarə Dadaşova

21.06.2026 / 07:42
İrandan Vaşinqtona yeni təhdid - “Yaxın Şərqdə enerji axını dayandırılacaq”

21.06.2026 / 07:20
AB Türkiyədən Rusiya qazından imtina tələb etdi

21.06.2026 / 06:12
Britaniya baş nazirinin istefa verəcəyi xəbəri yayıldı

21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu - “Sizin işiniz deyil…”

21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi - “…onlar istisnadır”…

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ