Cümə axşamı günü, 26 noyabr 2026
     

Mərkəzi Asiya ölkələri əsas ixrac marşrutu kimi Azərbaycanı seçir

Image


Mərkəzi Asiya ölkələrinin enerji resurslarının və digər məhsularının ixracında Azərbaycanın tranzit ölkə kimi rolu getdikcə artır. Məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau limanı vasitəsilə daşınan yüklərin həcmi bu ilin yanvar-oktyabr aylarında 66 % artıb.

“Qazaxıstan Temir Yol” şirkətinin Mətbuat Xidməti bu xüsusda bildirir ki, 2022-ci ilin ilk 10 ayı ərzində Aktau dəniz limanı vasitəsilə 3,2 milyon ton yük daşınıb və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur: “Bu həcmin 1,9 milyon tondan çoxu (+7%) neft, 385 min tonu taxıl olub. Konteyner yüklərin yükboşaltma həcmi 17% artıb. TBNM marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi ötən illə müqayisədə 66% artıb”.

Qeyd edək ki, Aktau dəniz limanı Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Təhlillər göstərir ki, TBNM vasitəsilə Qazaxıstan məhsullarının ixracı 10 ay ərzində 6,5 dəfə artıb. Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi bildirir ki, Astana Rusiya vasitəsilə metal ixracını azaldıb, TBNM ilə daha çox metal tədarük etməyə başlayıb.Eyni zamanda, ölkə Rusiya vasitəsilə daha az qara və əlvan metallar, kimyəvi preparatlar, soda, kimyəvi və mineral gübrələr daşıyır: “Qara və əlvan metallar TBNM marşrutuna, həmçinin Çin, Özbəkistan və Əfqanıstan istiqamətinə yönəldilib. Amma Ukrayna istiqamətində də kimyəvi preparatlar və soda, həmçinin kimyəvi və mineral gübrələrin daşınması dayandırılıb. Bununla bağlı istiqamət dəyişiliyi baş verməyib”. Onu da qeyd edək ki, Qazaxıstanın Energetika Nazirliyi “KazMunayQaz” şirkəti ilə birgə hazırda Azərbaycan istiqamətində neft nəqli üçün üç marşrut - Aktau-Bakı-Tiflis-Ceyhan, Aktau-Bakı-Supsa və Aktau-Bakı-Batumi marşrutunu nəzərdən keçirir. Nazirlik bu xüsusda bildirir: “Hazırda neftin ixrac istiqamətləri üzrə nəqli üçün əlavə marşrutlar hazırlanır. Həmçinin Azərbaycan tərəfi ilə nəql məsələləri ilə bağlı danışıqlar aparılır, bu istiqamətdə işlər davam etdirilir. Hazırda Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan yükgöndərənləri üçün ixrac baxımından neftin nəqlində ən sərfəli marşrutdur. Əlavə marşrutların inkişafının nəzərdən keçirilməsi, onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqədar, o cümlədən texniki amillərdən, eləcə də Qazaxıstanda neft hasilatının artımından asılıdır”.Bundan əvvəl də  “KazMunayQaz”ın idarə heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev Qazaxıstan neftini Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar apardığını söyləmişdi. O qeyd etmişdi ki, Azərbaycanın iki neft kəməri var: Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa və onlardan potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər. Hazırda istismar olunmayan Bakı-Supsa kəmərinin gücü ildə 7 milyon ton neftdən artıqdır. Qazaxıstanla yanaşı, Türkmənistan üçün də Azərbaycanın tranzit imkanları olduqca cəlbedicidir. Məsələ ilə bağlı Rusiyanın “Vestnik Kavkaza” portalı ilk olaraq diqqəti ona yönəldir ki, yaxın günlərdə Türkiyə-Azərbaycan-Türkmənistan sammitinin keçirilməsi planlaşdırılır: “Sammitin keçirilmə yeri kimi Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonası seçilib. İki prezident - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkmənistana gələcəklər, buna görə hazırlıqlar fəal şəkildə aparılır. Bu, əlamətdar sammit olacaq, belə ki, bu formatda ilk üçtərəfli görüş 2015-ci ildə baş tutub və müxtəlif səbəblərdən daha sonra təxirə salınıb. Ərdoğanın Azərbaycan və Türkmənistan liderləri ilə müzakirə etmək niyyətində olduğu ən aktual məsələlərdən biri də Türkiyədə böyük qaz qovşağının yaradılmasıdır. Onun vasitəsilə Rusiya Qara dəniz regionuna və Türkiyəyə qaz tranzitini artıra bilər. Bu təşəbbüs oktyabrda Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.

İlin sonunadək tərəflər “yol xəritəsi” barədə qərar qəbul etmək niyyətindədir, layihə üzrə işlərin başlanması gələn ilin əvvəlinə planlaşdırılır. Ankarada Ərdoğan və Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov qarşıdan gələn sammitə hazırlığı müzakirə ediblər. Amma görüş mətbuata qapalı olduğundan təfərrüat azdır. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu türkmən həmkarı ilə danışıqlardan sonra gələn ilin əvvəlində Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Türkiyəyə səfər edəcəyini açıqlayıb. Bu gnlərdə  Çavuşoğlu ilə Meredov arasında daha bir telefon danışığı baş tutub və söhbət zamanı Azərbaycan, Türkiyə və Türkmənistan sammitinə hazırlıq yenidən müzakirə olunub. Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da telefonla yaxınlaşan sammiti müzakirə edib. Yüksək səviyyəli görüşə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirlərinin görüşləri də keçirilir, görüş zamanı imzalanması planlaşdırılan sənədlər üzərində iş aparılır. Artıq məlum olub ki, Bayramov dekabrın 5-də Moskvaya işgüzar səfərə gedəcək və orada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Türkmənistanın XİN rəhbəri Rəşid Meredov da iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Rusiya-Türkmən komissiyasının iclasında iştirak etmək, Lavrovla danışıqlar aparmaq üçün dekabrın 6-da Moskvaya gələcək. Xarici işlər nazirləri arasında açıqlanan danışıqların gündəliyinə regional məsələlərin baxılması daxil olduğundan, çox güman ki, Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin sammiti də üç ölkənin hər birinin Rusiya ilə əməkdaşlığı kontekstində müzakirə olunacaq. Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının idarə heyətinin büro üzvü Vahid Ələkbərov Rusiya neft-qaz şirkətləri Azərbaycan və Türkmənistanda dost ölkələr kimi inkişaf etmək imkanı əldə edə bilərlər. Rusiyanın “LUKoil” şirkəti Xəzər dənizində “Dostluğ”un (Azərbaycan-Türkmənistan birgə qaz layihəsi) operatoru olmaqda maraqlı olduğunu bildirib. Bu məlumatı Azərbaycanın energetika naziri Pərviz Şahbazov təsdiqləyib. Bütün tərəflər bu cür əməkdaşlıqdan faydalanacaqlar, çünki “LUKoil”un artıq Xəzər dənizinin şelfinin işlənməsi təcrübəsi və lazımi infrastruktur var. 2021-ci ildə “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi məsələsində Azərbaycan və Türkmənistan arasında yaranmış fikir ayrılıqları aradan qaldırıldıqdan sonra “LUKoil”un layihəyə qayıtması məntiqli görünür”. Bununla yanaşı, hesab edilir ki, hadisələrin indiki inkişaf axarı Rusiyanın türkmən qazının Xəzər vasitəsilə Azərbaycana, buradan da Türkiyəyə çatdırılmasına razılıq verməsini istisna etmir. Bu da Azərbaycana yeni mühüm dividendlər vəd edir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:46
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ