şənbə günü, 10 oktyabr 2026
     

Ərzaq inflyasiyası əhalinin gəlirlərinə mənfi təsirini davam etdirir

Image


Dünya iqtisadiyyatı hələ də inflyasiya problemindən ciddi əziyyət çəkməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bununla bağlı qeyd edir ki, dünya üzrə bütün mərkəzi banklar, iqtisadiyyat zərər görsə belə, inflyasiya ilə davamlı mübarizə aparmalıdırlar. Qeyd olunub ki, qlobal iqtisadiyyat əhəmiyyətli tənəzzülə uğrasa belə, dünyanın mərkəzi bankları geniş yayılmış inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmağa davam etməlidir.

İnflyasiya artıq inkişaf etmiş iqtisadiyyatlar üçün də ciddi problemə çevrilir. Məsələn, oktyabrda avrozonada inflyasiya enerji və ərzaq qiymətlərindəki artımlar fonunda 10,6 faiz təşkil etməklə rekord səviyyəyə çatıb. Avropa Statistika Bürosunun məlumatına görə, bu, son 25 ildə ən yüksək inflyasiya səviyyəsidir. Beləliklə də, avrozonada inflyasiya səviyyəsi ardıcıl iki aydır ki, ikirəqəmli göstəricidə qalıb. Ay ərzində Avrozonada ən yüksək qiymət artımı 41,5 faizlə enerjidə qeydə alınıb. İstehlak qiymətləri indeksi isə oktyabrda əvvəlki ayla müqayisədə 1,5 faiz artıb. ABŞ-da da inflyasiya həllini gözləyən ciddi problem hesab olunur. Azərbaycan üçün də bu məsələ ciddiliyini qoruyur. Xüsusən də ərzaq inflyasiyası əsas problem mənbəyidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da etiraf edir ki, inflyasiya Azərbaycan iqtisadiyyat üçün çox təhlükəli xəstəlikdir və cilovlanmalıdır: “Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarları bazara müsbət təsir edir. Qurum faizləri artırmaqla inflyasiyanın cilovlanması ilə bağlı siqnal verir”. Amma ərzaq inflyasiyası ölkədə əhalinin maddi durumuna mənfi təsirini davam etdirir. Bu fonda xatırladaq ki, Mərkəzi Bank bu ilin 3-cü rübünün sonuna pul-kredit siyasəti barədə icmalını yayımlayıb. İcmalda 9 ayın yekununda ölkənin makroiqtisadi durumu təhlil edilir. İlk diqqətçəkən məqam istehlak xərclərinin artması ilə bağlıdır. Bu il istehlak xərclərinin artım meyli davam edib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, istehlak bazarında satılmış əmtəə və xidmətlərin dəyəri istər nominal, istərsə real olaraq ötən ilin eyni dövründəki səviyyəni üstələyib. İlk 9 ayda istehlakçılara toplam mal və xidmətlərin dəyəri 43 milyard manatdır. Başqa deyimlə, bir istehlakçı ortalama 475 manat xərcləyib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 72 manat artım deməkdir.  Hesabat dövründə istehlakçıların pərakəndə ticarətlə bağlı xərcləri də çoxalıb. Artım özəlliklə qida xərclərində özünü göstərir. Hazırda ölkədə qida inflyasiyasının 22 faizə çatması insanların qida xərclərini çoxaltmaqla yanaşı, toplam xərclər arasında qida xərclərinin payını da artırıb. İstehlak səbətinə daxil olan məhsulların 89 faizində son bir il ərzində bahalaşma qeydə alınıb. Məhsulların cəmi 11 faizinin həmin müddətdə qiyməti ya dəyişməyib, ya da nisbətən ucuzlaşıb. Mərkəzi Bankın hesablamasına görə, bu ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 393 manat xərcləyib. Bu, ötən illə müqayisədə aylıq 56 manat artım deməkdir. Eyni zamanda, ərzaq inflyasiyasının toplam inflyasiya formalaşdırmaqdakı payı da 53 faizdən 60 faizə yüksəlib. Azərbaycanda aylıq adambaşına düşən qida xərcləri 221 manat, qeyri-qida məhsullarına çəkilən xərcsə 172 manat olub. Bu, o deməkdir ki, əhalinin xərclərinin 56.3 faizi qida məhsullarına sərf edilib. Ötən il bu rəqəm 54 faiz idi. Deməli, son dövrlər qida məhsullarının bahalaşması xərclərin daha böyük bölümünün qidaya sərf edilməsinə səbəb olub. Son bir il ərzində ölkədə qida xərcləri toplam xərclərdə artsa da, geyim xərclərinin payı, əksinə, azalıb. Ötən ilin ilk 9 ayında əhalinin xərclərinin 15 faizi geyim və ayaqqabının payına düşmüşdü. Bu il həmin rəqəm 13.5 faizə enib.

Mərkəzi Bankın icmalında istehlakçılar arasında keçirilən sorğuya dair də bəzi bilgilər açıqlanır. Aydın olur ki, əhalinin 80 faizi qarşıdakı 12 ayda da bahalaşmanın davam edəcəyini düşünür. Açıqlanan rəqəmlərdən bu il ölkədə valyuta bazarının həcm baxımından böyüyəcəyi də aydınlaşır. Nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış bank əməliyyatlarının həcmi ötən ilin eyni dövrüylə müqayisədə 47 faiz artıb. İlk 9 ayda belə əməliyyatların toplam həcmi 3 milyard 900 milyon dollar olub. Ölkədəki xarici valyuta alqı-satqısının 87.2 faizi ABŞ dollarının payına düşüb. Xarici valyuta alqı-satqısı ilə bağlı rəqəmlərdən aydın olur ki, ilin ilk 3 ayında bankların dollar satışı alışı üstələyib. Aprel ayından bəri isə bunun tam tərsi baş verib. Əhali xarici valyutanı daha çox satmağa başlayıb. Mərkəzi Bank bu ilin ilk 9 ayında toplam 74 valyuta hərracı keçirib. Belə hərraclarda banklar toplam 3 milyard 858 milyon dollar xarici valyuta əldə edib. Həmin dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi isə alışyönümlü olub və bazardan toplam 835 milyon dollar alış gerçəkləşdirilib. Kommersiya banklarının ilboyu ortalama günlük alış məzənnəsi (1 ABŞ dollarıyla müqayisədə) 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat olub. Bu il Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 11 faiz artıb. Dövriyyədəki nağd pul deyərkən, banklardakı və bank sistemindən kənardakı vəsaitlərin cəmi nəzərdə tutulur. Əhalinin ilboyu banklarda saxladığı əmanət həcmində də artım qeydə alınıb. Bu artım, əsasən, "tələb olunanadək" depozitlərin, başqa sözlə, əhalinin bank hesablarında saxladığı vəsaitin hesabına baş verib. Depozitlərin strukturunda dollarlaşma səviyyəsi nisbətən azalıb. İlboyu xarici valyutadakı depozitlər 15.6 faiz artıb. Amma manatla olan depozitlər daha surətlə artdığından xarici valyutadakı əmanətlərin toplam əmanətlərdə payı 45 faiz olub. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 9 ayın sonuna 53.2 faiz civarındadır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 39.2 faiz olub. Ev təsərrüfatı əmanətlərinin dollarlaşması 9 ayda 4.7 bənd azalaraq dövrün sonuna 35.9 faizə enib. Bu göstərici əvvəlki illərlə müqayisədə azalsa da, əmanətlərin dollarlaşması region ölkələriylə müqayisədə daha yüksək qalmaqdadır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ