şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanın enerji strategiyası Avropanı böhrandan xilas edir

Image


“Azərbaycan Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başlayıb. Bu, Azərbaycanın qaz sənayesində artan tələbatı və daha böyük həcmdə qaza ehtiyacı nəzərə aldıqda bu olduqca vacibdir”. Bu fikirləri prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında səsləndirib.

Azərbaycanın, həmçinin, beynəlxalq neft şirkətləri ilə də işi davam etdirdiyini diqqətə çatdıran dövlət başçısı bildirib: “Biz istismarda olan və növbəti ildən istismara veriləcək yeni yataqlardan, o cümlədən Abşeron qaz-kondensat yatağından qaz hasilatını artırmağı planlaşdırırıq”. Xatırladaq ki, ötən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalayıb. Daha sonra Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. Belə ki, bu ilin iyun ayında İranın neft naziri Cavad Ovcinin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə Anlaşma Memorandumu imzalanıb. Onu da qeyd edək ki, İran Türkmənistanla qaz mübadiləsini gündə 40 milyon kubmetrə və ya ildə 10-15 milyard kubmetrə çatdırmaq üçün lazım olan imkanlara və infrastruktura malikdir. Azərbaycan da İrandan bu həcmdə qazı qəbul edə bilər. Alınan qazın Azərbaycan vasitəsilə Avropya ötürülməsinə tələb də sürətlə artır. Məhz belə bir vaxtda bəlli olub ki, Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin energetika nazirləri Rusiya ilə alqı-satqı müqavilələrindən çıxmaq barədə razılığa gəliblər. Avropa Komissiyasının Brüsseldə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair bəyanatında deyilir ki, bu müqavilələr Rusiyadan təbii qazın azı 15 %-ni və ya 13,5 milyard kubmetri almağa imkan verir. Sənədə əsasən, yeni qaydalar Aİ-yə üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq. Aİ ölkələri gələn il qaz anbarlarının doldurulması üçün lazım olan 15 %-i başqa mənbələrdən alacaqlar. Almaniyanın keçmiş kansleri Gerhard Şröder isə belə mənbələrdən biri kimi Azərbaycanın xüsusi rol oynadığını bildirir: “Azərbaycandan təbii qaz tədarükünü artırmaq lazımdır”. O qeyd edib ki, Türkiyə Avropaya qaz tədarükündə mühüm rol oynayır: "2020-ci ildən bu günə kimi təbii qazın Azərbaycan üzərindən Avropaya daşınması istiqamətində böyük işlər görülüb. Ona görə də tələb olunan boru kəməri tutumunun artırılması Türkiyənin enerji qovşağı kimi rolunun gücləndirilməsində çox əhəmiyyətli olacaq".

Beləliklə, Azərbaycan həm öz resursları, həm də türkmən qazını Avropaya ötürmək hesabına Qərbin enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynamağa başlayır. Onu da qeyd edək ki, bu ilin noyabrın 15-də “Qazprom Eksport” MMC ilə SOCAR arasında yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükünə başlanılıb. Təbii qazın tədarükü 2023-cü ilin mart ayına qədər həyata keçiriləcək. Tədarüklərin həcmi 1 milyard kubmetr təşkil edəcək. Lakin idxal müddətinin və həcminin artırılması da istisna olunmur. Azərbaycan Rusiyadan aldığı qazın bir hissəsini də öz üzərindən Avropaya ötürə bilər. Çünki Avropa Azərbaycandan daha çox qaz alınmasında maraqlı tərəfdir. Bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili də xüsusi olaraq qeyd edir. Davitaşvili vurğulayıb ki, bu fonda Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın iştirakı ilə enerji layihəsinin həyata keçirilməsi də nəzərədə tutulur: “Bu  məsələ Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana  səfəri zamanı müzakirə olunub. Daha sonra Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Gürcüstana səfəri zamanı qitənin alternativ enerji təchizatı mənbələrinin əhəmiyyətindən danışıb. Beləliklə, Avropanın təbii qaz təchizatı ilə bağlı alternativ mənbələrinə xüsusi maraq göstərdiyi, hər kəsin enerji təchizatının şaxələndirilməsindən danışdığı bir vaxtda bu layihə xüsusi əhəmiyyət kəsb edəcək. Avropaya təbii qaz təchizatı layihəsinin həyata keçirilməsi istiqamətində ilk addım Gürcüstan və Azərbaycan ərazilərində müvafiq infrastrukturun qiymətləndirilməsidir. Enerji layihəsi Azərbaycan təbii qazının Gürcüstan ərazisindən Qara dəniz vasitəsilə mayeləşdirilmiş formada Rumıniyaya tranzitini nəzərdə tutur. Buradan isə enerji resursu Macarıstana və digər Şərqi Avropa ölkələrinə çatdırılacaq”. Onun sözlərinə görə, tədricən bu planın həyata keçirilməsinə, o cümlədən bu istiqamətdə investisiyaların cəlb edilməsinə başlanılacaq. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan türkmənistan və Rusiyadan idxal etdiyi qazın mühüm hissəsini Avropaya yönləndirməyə hazırdır. Bundan başqa, ölkəmiz öz resursları hesabına da Avropaya ötürülən qazın miqdarını artırmağa hazırdır. ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı prezident İlham Əliyev qeyd edib ki, istifadəyə veriləcək yeni yataqlar Azərbaycana əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq: "Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur. Qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ