şənbə günü, 10 oktyabr 2026
     

Vergi dəyişiklikləri büdcəyə daha çox pul gətirəcək...

Image


Aparılan hesablamalar göstərir ki, cari il noyabr ayının 1-nə Azərbaycanda aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6 faiz artaraq 705 min 61 olub. Həmçinin bu ilin yanvar-oktyabr ayları ərzində aktiv ılavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 11,7 faiz artaraq 38 min 739 vahid təşkil edib.

Aktiv təsərrüfat subyektlərinin  sayı isə ilin əvvəli ilə müqayisədə 3,1 faiz artaraq 188 min 961-ə çatıb. Bütün bunlar ölkə iqtisadiyyatında şəffaflıq dərəcəsinin yüksəlməsi, büdcəyə vergi daxilolmalarının həcmin artmasına gətirib çıxarır.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 13 milyard 998,9 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 90,1 % çoxdur. 10 aylıq vergi daxilolmalarının 7 milyard 38,2 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 30,8 % çoxdur. Gələn il ərzində vergi daxilolmalarının məbləğinin daha çox olması proqnozlaşdırılır. Qeyd edək ki, ilin sonuna kimi Vergi Məcəlləsinə dəyişikliklər oacaq və məsələ  parlament müzakirəsinə çıxarılacaq. Qəbul ediləcək qərarlar gələn ilin ilk günündən qüvvəyə minəcək. Xatırladaq ki, Vergi Məcəlləsi ölkədə biznes fəaliyyətinə ən ciddi təsir imkanları olan mexanizmlərdəndir. İctimaiyyətə tam açıqlanmasa da, müxtəlif rəsmi şəxslərin açıqlamalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı müəyyən qeydlər var. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında açıqlayıb ki, məcəlləyə ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinə 42 milyon 500 min manat əlavə vəsait daxil olacaq. Vergi Xidmətinin hesablamalarına görə, məcəllədə nəzərdə tutulan təşviqlərsə hökumətə 89 milyon manata başa gələcək. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri vergi qanunvericiliyini pozan transmilli şirkətlərə maliyyə sanksiyası məbləğinin artırılmasıdır. Gələn il bu sanksiya məbləğinin düz 20 dəfə artırılması nəzərdə tutulub. Transmilli şirkətlər qrupuna daxil və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın bəlli müddət, forma və qaydada təqdim edilməməsinə görə sanksiyalar tətbiq olunur. Hazırda bu sanksiyanın məbləği 500 manatdır. Təklif edilən dəyişikliklərdə həmin sanksiya məbləğinin 10 min manata qaldırılması nəzərdə tutulub.

Dəyişikliklər arasında əlavə dəyər vergisi ilə də bağlı yeniliklər var. “ƏDV geri al” platformasında da dəyişikliklər nəzərdə tutulub. Layihəyə görə, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17.5 faizə qaldırılması məqsədəuyğun sayılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev məsələ ilə bağlı qeyd edib: “2019-cu ildən “ƏDV geri al” layihəsi tətbiq olunur. Həmin layihənin tətbiqi nəticəsində qarşıya qoyulan hədəflər özünü doğruldur. Layihənin mahiyyəti ondan ibarətdir ki, pərakəndə ticarət, ictimai iaşə, tibbi xidmət sahələrində əhalinin aldığı mallara, iş və xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçılara geri qaytarılır. Növbəti ildən nağdsız ödənişlərin stimullaşdırılmasının davamı olaraq həmin faiz nisbətlərində dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan 15 faizlik hissəsi gələn ildən 17,5 faizə qaldırılır. Nağd əməliyyatlar üzrə istehlakçılara qaytarılan 10 faizlik ƏDV hissəsi isə 5 faizə endirilir”. Sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəşt müddətinin artırılması nəzərdə tutulur. Xatırlatmaq ki, bu il yanvarın 1-dən mühərrik həcmi 2 min 500 kubsantimetrədək olan və istehsal müddəti 3 ili aşmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Güzəşt müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə həmin güzəştin daha 1 il uzadılması nəzərdə tutulub. Vergilər Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid ailələri ilə bağlıdır. Dəyişikliyə əsasən, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirlərinə 800 manat məbləğində vergi güzəşti ediləcək. İdmançılarla da bağlı bənzər qərar gözlənilir. Layihəyə görə, beynəlxalq və ölkədaxili yarışlarda idmançıların pul mükafatlarının 50 min manatadək hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət şirkətlərinə də güzəştlər təklif edilir. Gələn il yanvarın 1-dən sonra dövlətə məxsus hüquqi şəxslər qərar qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, amma 3 ili aşmamaq şərti ilə əmlak və torpaq vergilərini ödəməkdən azad ediləcək. bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uçota alınan real vergi subyektlərinin hamısı vergi təşviqlərindən yararlanacaq. Qarabağdakı sahibkarlar gələn il yanvarın 1-dən 10 il müddətində hüquqi şəxs olduqda mənfəət vergisi, fiziki şəxs olduqda isə gəlir və əmlak vergisi ödəməyəcək. Bu güzəştlərə mal və xidmətlərin satışından gəlir deyil, satışdankənar gəlir də daxildir. Bundan başqa, istehsal müəssisələrinin qurulmasını təşviq etmək üçün mal-material və xammalın idxalı da 10 il müddətinə əlavə dəyər vergisindən azad edilir. Turizm potensialı nəzətə alınaraq turizm sektoruna mənfəət, əmlak, torpaq vergisi güzəştləri tətbiq ediləcək. Həmçinin Qarabağda turizm xidmətinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 30%-nin geri qaytarılması nəzərdə tutulur. Bu da o deməkdir ki, həmin xidmətlərə 12,6 % ƏDV dərəcəsi tətbiq ediləcək. Bundan başqa, regionlarda müəssisələrin qurulması ilə bağlı idxal olunan məhsulların əlavə dəyər vergisindən azad edilməsi planlaşdırılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ