şənbə günü, 10 oktyabr 2026
     

Bankların sərt kredit siyasəti lombardların əl-qolunu açıb...

Image


Azərbaycanda fəaliyyətləri daim müzakirə predmeti olan qurumlardan biri də lombardlardır. Real vəziyyətin təhlili göstərir ki, lombardların bir çoxu banklarda kredit şərtlərinin ağırlaşması fonunda daha yüksək faizlərin tətbiqi hesabına indi daha çox qazanc əldə edir. Amma bu vəziyyətdə lombardlara üz tuanların maliyyə itkiləri daha yüksək olur.  

Lombardlar hazırda daşınan, yaxud daşınmaz əmlakı girov kimi qəbul edib borc pul verirlər. Paytaxt Bakıda, əsasən, “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar dostluğu” metrostansiyaları yaxınlığında, eləcə də bir sıra digər yerlərdə lombardlara rast gəlinir. Bakının “Vosmoy” kimi tanınan 8-ci kilometr qəsəbəsində altı ildir lombard işlədən şəxs “Azadlıq” radiosuna deyir ki, onlara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə artıb: “Mən bu işə təzə başlayanda ölkənin iqtisadi durumu bugünə baxanda daha yaxşı idi. Ayda iki-üç nəfər gələrdi, ya yox. Onlar da övladlarının təhsil pulunu ödəmək, əməliyyat kimi təcili ödənişlərə görə müraciət edirdi. Qısa müddət ərzində də geri qaytarırdılar. İndi isə, demək olar ki, gündə bir nəfər gəlir. Əvvəllər, əsasən, qızıl üçün müraciət edirdilər. İndi isə bəzi yerlərdə daşınmaz əmlakı lombarda qoyanlar da var.  Həmkarlarım deyirlər ki, ayda bir dəfə daşınmaz əmlakı lombarda qoymaq istəyənlər olur”. Həmin şəxs lombarda üz tutanların artmasını banklarda kredit prosesinin uzun çəkməsi ilə izah edir. Lombard isə daha qısa müddətdə pulu ehtiyacı olan şəxsə verə bilir: “Bizə gələnlər, əsasən, rəsmi işi olmayanlar, yaxud bankların qara siyahısına düşənlərdir. Krediti gecikdiriblər, yaxud bank onları çərlədib. Burada beş dəqiqə ərzində qızılın 100 faizi həcmində kredit götürə bilən şəxs niyə gedib hansısa bankda növbə çəksin?”. Paytaxtın başqa bir ərazisində lombard işlədən Rauf Əliyev də onlara müraciətlərin artan statistika ilə irəlilədiyini deyir: “Bu ilin geridə qoyduğumuz dövründə 90 nəfər qızılını girov qoyaraq pul götürüb. 2021-ci ildə isə bütün il ərzində bu rəqəm 70 nəfər olmuşdu. COVID pandemiyasının zərərləri əvvəlcə özünü lombard işində də göstərsə də, sonradan vəziyyət dəyişdi. Beş il əvvəl 12 ay ərzində lombarda müraciət edənlərin sayı 40-ı keçmirdi. İndi isə iki dəfədən çox artıb. Lombard, bəlkə bəzi kredit verən banklarla müqayisədə sərf etməyə bilər, amma insan xırda maddi fərqi nəzərə almır, çünki şərtlər rahatdır”. O, əsasən, 25-55 yaş arası müştərilərinin 585 əyarlı qızılları girov qoyduğunu deyir. Əliyevin sözlərinə görə, işi lombarda düşənlər aylıq 2 faizdən başlayan faizlərlə kredit götürə bilirlər: “Əsasən 1000 manat və ondan çox borc pul üçün müraciətlər olur ki, bunun üçün də (ən aşağı) 375 əyarlı 50 qram qızıl qoymalı olurlar. Əyarları artdıqca daha az qramlı qızıl qoya bilərlər. İmkanı nisbətən yaxşı olanlar rus qızılı qoyur, çünki onun qramı da baha olur. Bir məsələ var ki, bir qızıl əşyasını girova qoyanda qarşılığı aşağı olur. Ona görə də eyni vaxtda bir neçə əşya girov qoyulur. Pulu qaytara bilməyəndə isə əşyaların heç biri geri verilmir. Ona görə də lombarda müraciət edəndə bunu xüsusi deyirik ki, pulun hamısını qaytarmalısınız ki, əşyaları təhvil verək”.

Araşdırmalar göstərir ki, insanların maddi vəziyyəti pisləşdikcə bu tip borc pul verən müəssisələrə üz tuturlar. Son illərdə xərclərin artması insanların lombardlara marağını artırıb. Lakin borc pulu qaytararkən faizin çox olması, əslində, vətəndaşları geri salır. Onlardan biri olan Bakı sakini Ruslan Abbasov da lombarddan borc pul aldığı üçün peşman olduğunu bildirir. O qeyd edir ki, borcunun 2 faizlə hesablanacağı deyilsə də, faiz sonradan artırılıb. Özünü zərərçəkən sayan Abbasov rəsmi müqavilə olmadığından heç nəyi sübut edə bilmədiyini söyləyir: “5 min manat dəyərində qızılımı qoymuşdum, danışığa görə, 6 min manat ödəməli idim. Amma pul verib qızılları təhvil almaq üçün gedəndə məbləğin 10 min olduğunu dedilər. Uzun mübahisədən, polisə şikayət ilə təhdid etdikdən sonra 7 min 500 ödəyib qızıllarımı ala bildim. Bu fırıldaq lombard ilə məşğul olan işbazlar üçün yeni deyil. Dostumun orijinal qızıllarını saxta ilə əvəz etmişdilər, amma polis də heç nəyi sübut edə bilmədi”. Daxili İşlər Nazirliyi də müxtəlif vaxtlarda lombardlardan narazı vətəndaşların şikayətləri əsasında araşdırmalar aparıb. Ancaq bununla bağlı konkret statistika yoxdur. Maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov bildirir ki, banklarda kredit şərtləri sərt olduğundan vətəndaşlar lombarda üz tutur, amma orada da yüksək faiz ödəməyə məcbur olurlar: “Bank olmayan kredit təşkilatlarında da rəsmi işi olmayan şəxslərə adətən pul verilmir. Buna görə də insanlar qızıl və ya digər əşyalarını girov qoyurlar. Amma banklarda illik faiz maksimum 20-25 olursa, lombardlarda 32-35 faizdir. Bu isə çox böyük rəqəmdir, buna görə də insanlar çox vaxt pulu ödəyə bilmir və əşyalarını borc aldıqları şəxslərə verməyə məcbur qalır. Ümumiyyətlə, insanlar pulu azaldıqda buna çıxış yolu kimi baxır, əslində isə yanlış yanaşmadır”. Ekspert Azərbaycanda lombardların hamısının qanunsuz işləməsinə diqqət çəkir. Onun sözlərinə görə, kredit qayıtmayanda lombard borclunu məhkəməyə verməli, vətəndaşın girov qoyduğu qızıl-zinət əşyaları hərracda satılmalıdır: “Lombard da pulunu götürməlidir. Azərbaycanda isə lombard 2pulun əvəzində həmin əşyanı alır, çünki özləri də başqasının pulu ilə digər insana borc verib. Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu görürük”. Sözügedən reyestrdə ən yüksək nizamnamə kapitalı olan lombard 35 min, ən azı isə 2 manatdır. Rəsmi qeydiyyatda olan 70-ə yaxın lombard müəssisəsinin böyük əksəriyyətində nizamnamə kapitalı maksimum 200 manatdır. Onu da xatırladaq ki, Milli Məclisə bu ilin ilk rübündə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsində lombardlara lisenziya verilməsi nəzərdə tutulur. Qanun layihəsini dəstəkləyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  bildirib ki, lombardların qeydiyyat sisteminin yaradılması nəzərdə tutulur: “Bu sahədə ciddi tənzimləmənin əleyhinəyik, çünki lombardlar maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Əsas məqsədimiz vətəndaşları qorumaqdır. Qanunun əsas tənzimləyici məsələlərindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanlar bürokratik əngəllərlə rastlaşmasın”. Ancaq sözügedən qanun layihəsi hazırda Milli Məclisdə müzakirə edilən məsələlər arasında yoxdur. Maliyyə eksperti Əkrəm Həsənov, qanun qəbul olunarsa, lombardların sayının kəskin şəkildə azalacağını düşünür. Onun sözlərinə görə, lombardların 90 faizi bazardan gedəcək. Həsənovun fikrincə, qanunla lombardlara nəzarət olunsa, bankların da kredit şərtlərində yumşaldılma ola bilər. Xatırladaq ki, lombardların fəaliyyəti 1997-ci ildən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənib, 2002-ci ilədək Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstəriblər. Həmin ildən lombardlara nazirliyin nəzarəti aradan qaldırılıb, lisenziyalaşdırma dayandırılıb. Hazırda hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilən lombardların işi Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəlikləri sadəcə vergi ödəməklə məhdudlaşır. Dünya təcrübəsinə gəlincə, Rusiyada lombardların fəaliyyətinə Mərkəzi Bank nəzarət edir. Türkiyədə bu fəaliyyət geniş yayılmasa da, qanunvericiliklə nəzərdə tutulmuş hallar əsasında aça bilərlər. Avropa ölkələrinin bir çoxunda lombardlara xüsusi şura nəzarət edir. Bir çox ölkələrdə dövlət, eləcə də özəl lombardlar mövcuddur. İndoneziyada isə lombardlara yalnız dövlət nəzarət edir, özəl sektorun nümayəndələri bu sahədə fəaliyyət göstərə bilməz.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ