Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan regionlarının tərəqqisində yeni yüksəliş mərhələsi başlayıb

Image


Regionların iqtisadi inkişaf strategiyası dövlətin tərəqqi səviyyəsindən, sosial-iqtisadi siyasətindən daim birbaşa asılı olan faktordur. Dövlətin regional inkişaf strategiyası resurs təminatı, iqtisadi struktur, iqtisadiyyatın müxtəlif sahələrinin əldə edilmiş tərəqqi səviyyəsi ilə birbaşa bağlıdır.

Son illərdə ölkəmizdə regional iqtisadi inkişafın nəticələrinə görə daha çox diqqət cəlb edən onların mərkəzdən iqtisadi və maliyyə asılılıq dərəcəsinin azalmasıdır.

  • Regionların maliyyə müstəqilliyi artır

Ölkəmzidə regionların sosial-iqtisadi vəziyyəti həm obyektiv, yəni makroiqtisadi şərait, rayonun sosial əmək bölgüsündə tutduğu mövqe, sahə strukturu, coğrafi mövqeyi, təbii ehtiyatları, həm də subyektiv amillərlə və ilk növbədə regional idarəetmə metodları ilə müəyyən edilir. Son illərdə aparılan iqtisadi islahatlar göstərdi ki, inkişafının idarə olunmasının mütərəqqi üsullarını tətbiq edən regionlar inkişafda daha böyük uğura imza ata bilirlər. Elə bunun nəticəsidir ki, gələn ilin dövlət büdcəsindən Azərbaycanda cəmi 8 rayona vəsait ayrılacaq. Yerdə qalan 58 rayona isə dövlət büdcəsindən maliyyələşməyəcək.  Həmin rayon və şəhərlər yerli gəlirlər hesabına öz xərclərini təmin edəcəklər.

Onu da bildirək ki,  gələn ilin dövlət büdcəsindən rayonlara ümumilikdə 12 milyon 306 min manat vəsaitin ayrılması nəzərdə tutulur.Ekspertlər hesab eir ki, özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımından vacibdir. Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı bildirib: “Dövlət büdcəsindən bu il 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaqlar. Gələn ilin dövlət büdcəsi il bağlı hazırlanmış layihəyə əsasən, Cəbrayıl (dövlət büdcəsindən 1 milyon 521 min manat ayrılacaq), Xocavənd (1 milyon 367 min manat), Xocalı (1 milyard 168 milyon manat), Kəlbəcər (2 milyon 347 min manat), Laçın (1 milyon 797 min manat), Lerik (1 milyon 161 min manat), Yardımlı (2 milyon 184 min manat) və Zəngilan (761 min manat) gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq. Ağdam (dövlət büdcəsindən bu il 4 milyon 980 min manat nəzərdə tutulub), Balakən (1 milyon 612 min manat), Goranboy (2 milyon 156 min manat), Qax (5 miyon 476 min manat), Oğuz (2 milyon 484 min manat) və Zərdab (2 milyon 917 min manat) bu il dövlət büdcəsindən vəsait alsalar da, 2023-də bu rayonlara pulun verilməsi nəzərdə tutulmayıb”. Deputat qeyd edir ki, gələn il büdcədən vəsait alacaq 8 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir:  “Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan,  həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir”.  Ahzırda Azərbaycanda regionların inkişafı geniş spektrli spesifik tədbirlər vasitəsilə icra edilir. Bu da  yerlərdə iqtisadiyyatının inkişafını stimullaşdırır, yeni iş yerləri yaradır, vergitutma bazasını artırır və iqtisadi fəaliyyət növləri üçün imkanları genişləndirir.

  • Azad ərazilərdə abadlıq-quruculuq işləri regionların inkişafına yeni böyük töhfələr verir

İşğaldan azad edilmiş ərazilər də bu gün inkişaf baxımından xüsusi diqqət cəlb edir. Əslində, həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri hesabına regionların inkişafı özünü yeni yüksəliş mərhələsinə qədəm qoyub.

O da etiraf edilməlidir ki, azad edilmiş ərazilərdə görülən işlər miqyasına görə də fəqrlənir. Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən prezident İlham Əliyev buarda çıxışı zamanı diqqətə çatdırıb ki, azad edilən ərazilərdə görülən işləri Azərbaycan yalnız öz imkanları hesabına edir: “Ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək”. Xatırladaq ki, işğal zamanı Ermənistan tərəfindən Azərbaycanın on min kvadratkilometrdən çox ərazisi tamamilə məhv edilib. Bu yerlər bəzi ölkələrin, məsələn, Livanın ərazisinə bərabərdir. İndi həmin yerləri Azərbaycan yenidən qurur. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yeni təkan verir. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından geniş istifadə edilir. Qısa müddət ərzində artıq Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində infrastruktur layihələrinin reallaşmasına start verilib, yol-nəqliyyat infrastrukturu yaradılır, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, hava limanları inşa edilir, mədəni, tarixi və dini abidələr bərpa olunur. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması beynəlxalq miqyasda da alqışlanır. Hesab edilir ki, bütün bu işlərlə Azərbaycan postkonflikt quruculuğu modeli ilə də mükəmməl bir örnək yaradacaq. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar  açıb. Təbii ki, azad edilmiş ərazilərin bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm hərəktverici qüvvələrindən biri olacaq və regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. Onu da xatırladaq ki, işğaldan azad olunan ərazilərin bərpası Prezident İlham Əlyevin 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" barədə imzalanmış sərəncamda öz əksini tapıb. Bu məsələ növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilib. Bərpa-quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat, bu il isə 2,7 milyard manat vəsait ayrılıb. Gələn il də bu məqsədlə 3 milyard manata yaxın pul ayrılacaq. Bu da sonda  iqtisadiyyatımızın inkişafına ılavə böyük töhfə verəcək.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 17:59
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:46
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ilə Ukrayna həlak olan hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirdi

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ