şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan Avropadan sonra Rusiyanın da enerji məsələsində əsas ümid yerlərindən birinə çevrilir

Image


Gələn il Azərbaycanda neft hasilatı 4,6 faiz azalacağı proqnozlaşdırılır. Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, əmtəəlik qaz hasilatı 6,2 faiz artacaq. Qaz hasilatının artımı hesabına neft-qaz sektoru üzrə ÜDM-də artım proqnozlaşdırılır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, növbəti ildə ölkə iqtisadiyyatında təxminən 2,5 % ətrafında artım proqnozlaşdırılır və bu da Azərbaycanın rəsmi proqnozları ilə üst-üstə düşür. Ölkə iqtisadiyyatının artımında təbii qaz əsas rollardan birini oynayacaq. Hazırda Azərbaycanda qaz hasilatında artım qeydə alınır. Hasil edilən əlavə qaz Avropa bazarlarına yönəldilir. Bu, Qərbdə indi olduqca vacib hal kimi qiymətləndirilir. ABŞ Enerji Departamenti katibinin köməkçisi Bred Krebtri keçirdiyi onlayn brifinqdə  bu xüsusda bildirib ki, Azərbaycanın Avropaya enerji tədarükündə oynaya biləcəyi istənilən rol Vaşinqtonun avropalı müttəfiqləri tərəfindən alqışlanacaq: “Bizim avropalı müttəfiqlərimiz Rusiya neft və qazından uzaqlaşmaq, enerji mənbələrini şaxələndirmək, etibar edəcəkləri ölkələrdən enerji tədarük etmək üçün bir çox ölkələrə baxırlar. Ona görə də düşünürəm ki, Azərbaycanın Avropaya enerji tədarükündə oynaya biləcəyi istənilən imkan bizim avropalı müttəfiqlərimiz tərəfindən alqışlanacaq. Əlbəttə, ABŞ ümumilikdə Avropa ölkələrinin enerji tədarükünü Rusiyadan kənara genişləndirilməsi və şaxələndirilməsi səylərini dəstəkləyir”. ABŞ-ın geniş oxuyucu kütləsinə malik populyar nəşri “Jewish News Syndicate” də yazır ki, Azərbaycanın Qərb üçün enerji partnyoru qismində də əhəmiyyəti artır. Yazıda Rusiya və İran sərhədində yerləşən bir ölkə kimi Azərbaycanın həmişə Qərb dünyası ilə pozitiv münasibətlərə can atdığını, özünün zəngin təbii qaz ehtiyatlarını və sahib olduğu taxıl resurslarını Avropanın enerji böhranı və inkişaf edən qlobal ərzaq böhranına kömək kimi təklif etdiyini vurğulayıb. Bunun ölkəmizin Qərbə göstərdiyi ilk yardım olmadığını diqqətə çatdıran nəşr misal olaraq bir müddət əvvəl Azərbaycanın Əfqanıstandakı NATO qüvvələrinə yardım göndərdiyini də xatırladıb. Qeyd olunub ki, terrorizm və ekstremizmin hökm sürdüyü bir regionda ABŞ-ın Azərbaycan kimi dostu olması həyati əhəmiyyət kəsb edir. Məqalədə bildirilib ki, Azərbaycan bu yaxınlarda Avropa İttifaqı (Aİ) ilə anlaşma memorandumu imzalayıb və gələcəkdə “Cənubi Qaz Dəhlizi” vasitəsilə 2027-ci ilə qədər avropalıları ən azı 20 milyard kubmetr qazla təmin edəcək. Ukraynadakı müharibədən sonra Aİ-nin etibarlı enerji tərəfdaşlarına ehtiyac duyacağını proqnozlaşdıran nəşr məhz Azərbaycanın belə bir tərəfdaş olacağına əminlik yarandığını bildirir və qeyd olunur ki, ölkəmizdəki iqtisadi azadlıq, qərbyönlü oriyentasiya və dini azlıqlar üçün müsbət atmosfer Amerika və Avropa dəyərlərinə çox uyğundur. “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri riskləri üzrə rəhbəri Anvita Basu isə qeyd edir ki,  ortamüddətli perspektivdə ölkəmiz Avropanın enerji təchizatının əsas mənbəyinə çevrildiyi üçün Azərbaycana investisiya qoyuluşunun artacağı gözlənilir: “2022-ci ilin iyulunda Azərbaycan Aİ ilə Avropaya qaz ixracını 2027-ci ilə qədər ikiqat artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Bizim neft və qaz üzrə komandamız sazişin COVID-19 pandemiyası ilə əlaqədar durğunluq yaranan “Şahdəniz 2” layihəsi də daxil olmaqla layihələrin davamlı şəkildə genişlənəcəyini gözləyir. Bura, həmçinin, “Ümid-Babək”, “AÇG Dərin Qaz” və “Şəfəq-Asiman” da daxildir. Bundan əlavə, kəşfiyyat və yekun investisiya qərarının hazırlanması mərhələsində olan layihələrin, o cümlədən “Total Energies”in “Abşeron” layihəsinin hazırda təxirə salınmış birinci fazasında işlərin başlayacağını gözləyirik”.

Bu arada o da bəlli olub ki, Azərbaycan təkcə Avropa yox, Rusiya üçün də enerji müstəvisində müstəsna önəm kəsb edir. Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətinin üzvü Vahid Ələkbərov bu fonda bildirir ki, Rusiyanın neft-qaz şirkətləri Azərbaycanda və Türkmənistanda inkişaf etmək imkanı əldə edə bilərlər: “Bu gün bütün dost ölkələr, o cümlədən Azərbaycan və Türkmənistan öyrənilir, çünki bu, bizim üçün pəncərə olacaq”.  Onun sözlərinə görə, söhbət dənizdəki kəşfiyyat bloklarından gedir. Gözlənilir ki, Rusiya şirkətləri Xəzərdə Azərbaycanla işbirliyini genişləndirəcəklər. Onlar burada, eləcə də Rusiyanın müxtəlif yerlərində hasil edilən təbii qazın dünya, xüsusən də Avropa bazarlarıan çıxarılmasında Azərbaycanın imkanlarından yararlanmağı  düşünür. İndiki halda Rusiyanın buna böyük ehtiyacı var. Məsələ burasındadır ki, Rusiya Avropanın qaz bazarında mövqelərini itirir.  Əgər bu ilin əvvəlinə qədər  Avropa İttifaqının Rusiya qazından asılılığı 40 faiz civarında idisə, hazırda bu rəqəm 9 faizə qədər enib. Bəzi Avropa ölkələri ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər.  Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirir ki, Avropa Rusiyadan alınmalı olan, lakin 2022-ci ildə Avropaya göndərilməyən təbii qazın qalan hissəsini əvəzləyə bilib. O, həmçinin əlavə edib ki, Avropa ölkələri yanacaq almaq üçün böyük məbləğdə pul sərf etmələrinə baxmayaraq, son aylar ərzində Rusiyadan göndərilməyən təbii qazı digər mənbələr hesabına əvəz edib. Simson onu da vurğulayıb ki, alternativ tədarükçülər Avropa ölkələrini tam şəkildə təmin edə bilib: “Enerji resurslarının ixrac qiymətləri əvvəlki kimi yüksəkdir və bu səbəbdən də istehlakçılar, müəssisələr böyük çətinlik qarşısındadır”. Qeyd edək ki, bu ayın əvvəlində Avropa parlamentinin iclasında çıxış edən Simson qeyd etmişdi ki, Avropa ölkələri bu ilin qışını Rusiya qazına ehtiyac olmadan keçirə biləcək. İndi Rusiya Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Rusiyanın “Qazprom” şirkəti Pekinlə danışıqlardan narazıdır. “Qazprom“ şirkətinin qaz nəqli 40 faizdən çox azalıb. Bu, təxminən 59 milyard kubmetr qaz həcmidir. Hazırda Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Belə şəraitdə Rusiya qazının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması Kreml üçün böyük önəm kəsb edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ