Cümə axşamı günü, 26 noyabr 2026
     

Avropa Azərbaycan və Türkiyənin qapısında əl açır...

Image


Beynəlxalq Enerji Agentliyi Azərbaycanın qaz hasilatı ilə bağlı uzunmüddətli proqnozunu açıqlayıb. Agentliyin ssenarisinə görə, 2030-cu ildə Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq.

Hasil edilən qazın əsas etibarı ilə Avropaya nəqli gözlənilir. Belə bir vaxtda Dünya Bankı 2024-cü ilədək Avropada təbii qazın qiymətinin əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə dörd dəfə artacağını proqnozlaşdırır. Qurumun açıqlamasında ABŞ-da təbii qazın qiymətinin son beş ilin orta göstəricisi ilə müqayisədə iki dəfə artacağının proqnozlaşdırıldığı qeyd olunub.

Beləliklə, qarşıdakı dövr ərzində təbii qazın qiymətində ciddi artım gözlənilir. Bu da Azərbaycanın “mavi yanacaq” satışından daha çox gəlir əldə etməsini şərtləndirir. Azərbaycan qazının bundan sonra da Avropada istənilən həcmdə istehlakı üçün hər cür şərait var. Məsələ burasındadır ki, Rusiyanın Avropaya təbii qaz tədarükünü məhdudlaşdırdığı bir zaman Avropa İttifaqı alternativ mənbələr axtarmağa çalışır. Sirr deyil ki, Avropa İttifaqı boşluğu doldurmaq üçün Azərbaycan kimi qaz təminatçılarını axtarır. Türkiyə də  bu qış Avropada işıqların və sobaların işləməsində mühüm rol oynamağa hazırlaşır. Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon Der Lyayenin iyul ayında Azərbaycanın paytaxtı Bakıya səfəri zamanı bəyan etdiyi kimi enerji baxımından zəngin Azərbaycan bu çatışmazlığı aradan qaldırmağa yardım edə biləcək ölkələrdən biridir: “Buna görə də Avropa İttifaqı Rusiyadan uzaqlaşmaq və daha etibarlı tərəfdaşlara üz tutmaq qərarına gəlib. Mən sevinirəm ki, onların sırasında Azərbaycan da var”. Bakı artıq Avropaya tədarükünü artırıb. Qaz Türkiyədən Yunanıstana, oradan da Avropanın boru kəmərləri şəbəkəsi ilə birləşən TAP kəməri ilə çatdırılır. Türkiyənin “Kısa Dalğa” xəbər portalının analitiki İlhan Üzgel qeyd edir ki, Azərbaycan qazı Türkiyədən Avropaya çatdırılır: “Bu fakt Azərbaycanla yanaşı, Türkiyəni Avropanın enerji gələcəyində mühüm oyunçuya çevirir. Bütün boru kəmərləri Türkiyədən keçir və onlar Avropa kəmərinə birləşir. Türkiyə bu mənada tranzit ölkədir. Türkiyənin enerji mərkəzinə çevrilə biləcəyinə dair çoxlu planlar hazırlanır”. Enerji qovşağı qazı müxtəlif alıcılara sataraq, anbar obyektləri və enerji mübadiləsinə çevrilmək imkanı olan paylama mərkəzidir.

Türkiyənin tranzit ölkə kimi əhəmiyyəti artmaqda davam edir. Bu arada Türkmənistanın böyük qaz ehtiyatları ilə  həm də Avropaya potensial əhəmiyyətli qaz təchizatısı ola bilər. Həmin qaz Azərbaycan və Türkiyənin TANAP, TAP kəmərləri ilə Qərbə nəql edilə bilər. SOCAR-ın prezidenti Rövşən Nəcəf 27-ci "Türkmənistanın nefti və qazı - 2022" beynəlxalq sərgi və konfransında iştirakı fonunda qeyd edir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır. O, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, “Cənub Qaz Dəhlizi”nin ölkəmizlə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. “Cənub Qaz Dəhlizi” vasitəsilə türkmən qazının Azərbaycandan üzərindən Avropaya çıxarılması isə indi Aşqabad, Bakı, Ankaranın xüsusi maraq dairəsində yer alır. Enerji eksperti və Türkiyənin Qətərdəki keçmiş səfiri Mithat Rendenin dediyinə görədə Ankara boru kəmərlərini artırmaq üçün layihələr nəzərdən keçirir: “Layihələrdən biri TANAP-ın  “Cənub Qaz Dəhlizi”nin imkanlarının artırılması ola bilər ki, bu, iki ildən az müddətdə reallaşa bilər. İkinci layihə türkmən qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırlmasıdır. İraq qazının gətirilməsi digər layihə ola bilər və orada təxminən 200 kilometr boru kəməri çəkilməlidir. Ona görə də bu, o qədər də böyük bir məsələ deyil, lakin o zaman İraqdakı federal hökumətin dəstəyinə ehtiyac olacaq”.

Tədarük dəyişikliyinə uyğunlaşmaq üçün artıq Avropa qaz kəməri infrastrukturunu yenidən qurur. Yunanıstan və Bolqarıstan arasında boru kəmərinin açılışı bunun təsdiqidir. Yunanıstan-Bolqarıstan boru kəməri Türkiyə ərazisindən nəql olunan Azərbaycan qazı ilə təmin edilir. Ekspertlər hesab edir ki, Avropa Rusiya qazından asılılıqdan qurtulduqca, ən azı ortamüddətli perspektivdə enerji baxımından tranzit ölkə kimi Türkiyədən daha çox asılı olacaq. Bu arada o da bəlli olub ki, İsrail qazı da Azərbaycanın əsas səhmdarı olduğu “Cənub Qaz Dəhlizi” ilə Avropaya çatdırıla bilər. Yəhudi dövlətinin baş naziri Yair Lapid bu xüsusda qeyd edir ki, İsrail Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin bağlanması sayəsində indi Aralıq dənizində qaz hasilatını inkişaf etdirə, Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, tarixi razılaşma İsrailin təhlükəsizliyini və iqtisadiyyatını gücləndirəcək və regiona sabitlik gətirəcək: “İsrail “Kariş” yatağından qaz hasil etməyə başlayıb və biz dünyanın böyük ehtiyac içində olduğu bir vaxtda Avropanın əsas təbii qaz tədarükçüsü olacağıq”. Xatırladaq ki, İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb. Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın “Qana” qaz yatağının İsrailin “Kariş” yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib. Lakin istənilən halda İsrailin Aralıq dənizində hasil etdiyi qazı “Cənub Qaz Dəhlizi” ilə Avropaya çatdırması sərfəli variant hesab olunur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 17:59
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:46
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ilə Ukrayna həlak olan hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirdi

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ