şənbə günü, 10 oktyabr 2026
     

Neft qiymətləri ABŞ-la OPEC-i toqquşdurdu...

Image


Dünya bazarlarında neft iymətlərində yenidən artım müşahidə edilir. Bu fonda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 0,26  dollar, yaxud 0,27 % artaraq 95,06  dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Lakin qiymətlər bu göstəricidən il ərzində yüksək olub. İlin sonuna kimi qiymətlərin daha da artması proqnozlaşdırılır.

Hazırda neft hasilatçıları yüksək qiymət hesabına böyük gəlir əldə etsələr də istehlakçılar ciddi narazıdır. Xüsusən də Qərb ölkələrinin, o cümlədən ABŞ-ın narazılığı bu məsələdə özünü qabarıq büruzə verir. Burada hesab edilir ki, OPEC+ ölkələri neftin qiymətinin aşağü düşməsinə imkan vermir. Xatırladaq ki, OPEC+ ölkələri oktyabrın əvvəlində hasilat hədəflərini gündə 2 milyon barrel azaldacağını açıqlamışdı. Bildirilmişdi ki, hasilatın gündə 43.8 milyon barreldən 41.8 milyona endirilmə qərarı noyabrın 1-dən qüvvəyə minəcək. Bu zaman baza göstərici avqust ayındakı orta gündəlik hasilat götürüləcək. Bu qərardan ən çox narazı qalan ölkələrdən biri ABŞ-dir. ABŞ-nin OPEC-in qərarından narazı qalması bu qərarın enerji bazarlarında qiymət artımı doğuracağı ehtimalı ilə bağlıdır. Çünki OPEC-in hasilatı azaltması, adətən, dünya bazarlarında neftin qiymətini bahalaşdırır, çünki belə qərarlar bazarda təklifi azaldır. Bu da ABŞ hökumətinin daxili bazarda benzini ucuzlaşdırmağa dair planlarına zərbə vurur. Analitikçilərin fikrincə, ABŞ-nin bu qərarla razılaşmamasının bir səbəbi də Rusiyaya əlavə gəlir imkanının yaranmasıdır. Axı, ixracının başlıca bölümü enerji resursları olan Rusiya sözügedən bahalaşmadan faydalanır. Belə imkan Ukraynaya qarşı savaşda ona hava və su kimi lazımdır. ABŞ istər diplomatik, istərsə praktik addımlarla OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarının təsirini aradan qaldırmağa çalışır. Ölkənin bir neçə yüksək vəzifəli şəxsi dünyada kəskinləşən bahalaşma fonunda enerji qiymətlərinin də artmasının durumu daha da çətinləşdirəcəyini dilə gətirir. İndiki halda  OPEC Rusiya ilə bir mövqe tutmaqda suçlanıb və Səudiyyə Ərəbistanına hərbi dəstək dayandırılıb. Başqa bənzər addımlar da atılır. İyulda ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərində də bu məsələ gündəmə gəlmişdi. Hazırda ABŞ prezidentinə ünvanlanan tənqidlərdən biri də onun ənənəvi müttəfiq sayılan Səudiyyə Ərəbistanı ilə danışıqlardan əliboş dönməsidir.

ABŞ-nin dünyada neft bazarlarına başlıca təsir imkanı strateji neft ehtiyatlarından yararlanmaqdır. İndi dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-nin strateji neft ehtiyatlarının həcmi 400 milyon barrelə yaxındır. Ağ Ev mart ayından bəri strateji neft ehtiyatlarının 180 milyon barrelini bazara çıxarıb. Beləcə, ölkənin strateji ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyəyə enib. Ancaq görünən odur ki, ABŞ indən belə də strateji neft ehtiyatlarından yararlanmağı problem saymır, çünki OPEC+ koalisiyasının son qərarından sonra Ağ Ev administrasiyası strateji neft ehtiyatlarından daha 15 milyon barrel istifadəyə dair qərar verib. Ağ Ev neftin qiyməti 72 dollardan aşağı endiyi halda strateji ehtiyatlarını artırmağı düşünür. İndilikdə ABŞ OPEC+ ölkələrinin qərarına strateji neft ehtiyatlarından istifadə edərək reaksiya verib. Ancaq digər ölkələr fərqli təkliflər irəli sürür. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı açıqlamasında ABŞ-nin Səudiyyə Ərəbistanı haqqında açıqlamalarını təhdid kimi dəyərləndirib. O, strateji ehtiyatlardan istifadə yerinə, böyük neft rezervlərinə malik Venesuela və İran kimi ölkələrə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını təklif edib. Türkiyə rəsmilərinin fikrincə, bu iki ölkənin dünya bazarlarına neft çıxarmasına imkan yaradılması dünyada neftin qiymətini ucuzlaşdıra bilər. Ancaq bəzi təhlilçilər düşünürlər ki, Venesuela və İranın sanksiyalardan yaxa qurtarmasının bazara təsiri məhdud səviyyədə olacaq. Bu tezisi dəstəkləyən əsas arqument odur ki, həmin ölkələr artıq uzun müddətdir dünya bazarlarından təcrid olunduğundan onların geri dönməsi zaman tələb edir. İstər uyğun qərarların ləğvi, istər yeni sazişlərin bağlanması, istərsə hasilatın artırılması üçün qazma işləri yetərincə vaxt tələb edən proseslərdir. Neft hasilatçısı olan Azərbaycan da hasilatın azaldılması ilə bağlı qərar qəbul edən OPEC+ koalisiyasının üzvüdür. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bugünlərdə hasilatın azaldılması haqqında dartışmalara münasibət bildirib: “Son günlər OPEC+ ölkələrinin noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barrel azaldılmasına dair qəbul etdiyi qərarının neft bazarında defisitə yol açacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, OPEC+ hər zaman olduğu kimi, bu dəfə də neft bazarında sabitliyə dəstək məqsədilə belə bir qərar qəbul edib”. Nazirin fikrincə, hazırda neft bazarında tələb-təklif tarazlığı çoxsaylı faktorların təsirləri ilə üzləşir. Proqnozlar da neftə tələbatın azalacağını göstərir. Belə bir durumda hasilata müdaxilə qərarı qaçılmazdır. OPEC + ölkələri də məhz təcrübəsinə söykənərək bazarda balansın qorunub saxlanması naminə belə bir addım atıb. Pərviz Şahbazov bu xüsusda qeyd edib: “Bu, hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən, konsensus əsasında qəbul edilmiş qərardır. OPEC+ ölkələrinin bütün qərarları bazarda sabitliyə hesablanıb. İndiyə kimi mürəkkəb vəziyyətlərdə əldə edilmiş nəticələr və nailiyyətlər bunun inkaredilməz sübutudur”. Nazirin açıqlamasında diqqət çəkən daha bir məqam hasilatın təbii azalmasıdır. Belə ki, Pərviz Şahbazovun fikrincə, bu gün bazarın balanslaşması və sabitliyi üçün başlıca təhdid idarə olunan ixtisarlar deyil, idarə edilməsi mümkün olmayan təbii azalmalardır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ