şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanın kiçik bankları böyük banklara qurban gedir…

Image


“Azərbaycanın bank sektoru kreditlərə güclü tələbi stimullaşdıran əlverişli əmtəə qiymətləri və aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə dəstəklənən uzunmüddətli korreksiyadan sonra bərpa əlamətləri nümayiş etdirir”. Bu fikirlər “Standard & Poor's Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasında yer alıb.

Qurum bildirir ki, bank sektoru son illərdə makroiqtisadi çağırışlara qarşı daha yaxşı dözümlülük nümayiş etdirib: “Sistemdəki kreditlərin dəyəri və problemli kreditlər əvvəlki gözləntilərimizdən xeyli aşağı olaraq qalır. Bank aktivlərinin keyfiyyət göstəriciləri, tarixən aşağı olan problemli kreditlərinə və kredit xərclərinə davamlı yaxşılaşma nümayiş etdirir və bank sektorunun çətin keçən 2020-ci ili, iqtisadi tənəzzülü və aşağı neft qiymətlərini geridə qoyduğuna inanırıq”. Lakin qurum hesab edir ki, problemli kreditlər bu ilin ortalarında rəsmi açıqlanan 3,5 %-ə qarşı, illik 4-5 %-ə qədər orta dərəcədə pisləşə bilər: “Bunu sistem üçün idarə edilə bilən hesab edirik”. Reytinq agenliyi Azərbaycan banklarının kreditləşməsinin illik təqribən 15 % artımla 2022-2023-cü illərdə bərpa olunacağını qeyd edir: “Baza ssenarimizdə kredit xərclərinin 2022-ci ildə və sonrakı dövrdə yüksək olaraq qalacağını proqnozlaşdırırıq ki, bu da əsasən yüksək inflyasiya fonunda ev təsərrüfatlarının və kiçik və orta müəssisələrin sərəncamında olan real gəlirlərinin azalması səbəbindən sonrakı sarsıntıları əks etdirir. Eyni zamanda, 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0,5-1 %-i daxilində qalacağına inanırıq. Ev təsərrüfatları və korporativ borclar 2021-ci ilin sonunda ÜDM-in 9 %-ni təşkil edib ki, bu da oxşar ölkələrlə müqayisədə aşağıdır”. “Standard & Poor's Global Ratings”in analitikləri, bir neçə illik durğunluqdan sonra, 2022-2023-cü illərdə kreditləşmə aktivliyini bərpasını gözləyirlər: “Bankların ümumi kredit portfeli 2021-ci ildə 17,8 %, bu ilin yanvar-iyul aylarında isə 11 % artıb. Artım 2022-ci ildə illik 15-17 % səviyyəsində sabitləşəcək və 2023-cü ildə də analoji tempdə davam edəcəyini gözləyirik”. Araşdırmaya əsasən, regionda geosiyasi risqlər və iqtisadi çətinliklərlə bağlı artan narahatlıqlar, Azərbaycanda kredit riskinin yaxşılaşdırılmasının davamlılığına və bankların risk iştahına təsir göstərə bilər, eyni zamanda banklar öz kredit portfellərini fəal şəkildə genişləndirdikcə tənzimləmə təkmilləşdirilməsi sınaqdan keçiriləcək: “Ən həssas seqmentlərə və sahələrə məruz qalmalarından və potensial şokların öhdəsindən gəlmək qabiliyyətindən asılı olaraq bəzi bankların digərlərindən daha çox zərbə alacağını gözləyirik”. Bu fonda əksər ekspertlər diqqəti  Pakistan Milli Bankının (PMB) Bakı filialinin lisenziyasının ləğv edilməsinə yönəldirlər. Azərbaycan Mərkəzi Bankının əlumatında bildirilir ki, PMB-nin müraciəti əsasında İdarə Heyəti bu qurumun Bakı filialına 2005-ci ildə verilən lisenziyanı ləğv edib. Açıqlamaya görə, Mərkəzi Bank lisenziyanın könüllü ləğvinə dair qərar qəbul edərkən filialın ləğvetmə planı və təqdim olunmuş maliyyə hesabatları nəzərə alınıb.

Ekspertlər xatırladır ki, Azərbaycanda 2015-ci ildə neftin kəskin ucuzlaşmasından sonra və koronavirus pandemiyası vaxtı üst-üstə 20-yə yaxın yerli kommersiya bankının da lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektorunun xalis mənfəəti 29.5 faiz artaraq 589.4 milyon manata çatıb: “Bu dövrdə bankların əməliyyat mənfəəti 849.9 milyon manat təşkil edib”. Bildirilib ki, sentyabrın 1-nə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 483, şöbələrinin isə 94 olub: “Avqustda bank sektorunda çalışanların sayı 1 faiz (218 nəfər) artaraq 21 min 947 nəfər təşkil edib. Cari ilin 8 ayında bank sektorunun işçi sayı 8 faiz və ya 1618 nəfər artıb”. Baş verənlərlə bağlı bankçılıq üzrə ekspert Əkrəm Həsənov  “Azadlıq” radiosuna bildirib ki, Pakistan Milli Bankının Bakı filialının fəaliyyəti gözə görünmürdü: “Mərkəzi Bankın banklara dair 50 milyonluq kapital tələbi var. Yəni, hər bankın kapitalı ən azı 50 milyon olmalıdır. Bu bank həmin tələbi pozurdu, amma dövlətlərarası belə bir razılaşma var idi ki, Mərkəzi Bank ona qarşı hansısa tədbir görməyəcək. Bu da Azərbaycanla Pakistan arasında olan dostluq münasibətlərindən irəli gələn bir amil idi”. Ekspertin sözlərinə görə, bank filialı, həqiqətən də, könüllü bağlanıb: “Çünki heç bir fəallığı yox idi. Onun bağlanması heç bir halda nə Pakistandakı, nə də bizdəki vəziyyətlə bağlıdır”. O qeyd edib ki, Azərbaycanda 2020-ci ilin aprel-may aylarında dörd bank bağlanıb və bundan sonra ölkədə 26 bank qalıb: “İndi biri də bağlandı, qaldı 25 bank. Əslində, Azərbaycanda banklar özləri bağlanmır. Onlar ya birləşirlər, ya da Mərkəzi Bank onları hansısa səbəbdən bağlayır”. Ə.Həsənovun ehtimalına görə, Azərbaycanda kiçik banklar yaxın bir ildə ya öz aralarında birləşəcəklər, ya iri banklar onları alacaq, ya da bağlanacaqlar: “Çünki görünən odur ki, onlar iri banklarla rəqabət apara bilmirlər”. O qeyd edib ki, bankların əsas maliyyə mənbəyi vətəndaşların əmanətləri və sahibkarların onlarda yerləşdirdiyi pullardır: “Vətəndaş əmanətləri haradasa kiçik və orta banklarda da yerləşdirilir. Çünki vətəndaşlarda əminlik var ki, bankın başına nə iş gəlsə də, Əmanətlərin Sığortalanması Fondu əmanətləri sığortalayır. Amma yenə də böyük bankların reklam kampaniyaları insanları daha çox iri bankları seçməyə vadar edir”. Ekspert vurğulayıb ki, Azərbaycanda sahibkarlığın aktivliyi zəifləyib, digər tərəfdən, dövlət qurumlarına yaxın olan şirkətlər böyük bankları seçir: “Özəl şirkətlər də böyük banklara daha meyllidirlər, çünki bu bankların bağlanma ehtimalı yoxdur, ya da çox azdır. Banklar bağlananda əmanətçilərin pulları qaytarılır, amma bu pullar sahibkarların hesabına qaytarılır. Əmanətlərin Sığortalanması Fondu vətəndaşların əmanətlərini qaytarır, sonra isə bankın aktivlərindən o pulu götürür. Deməli, son nəticədə itirən biznesdir. Ona görə də sahibkarlar iri banklara üz tutur”. Ə.Həsənovun deməsinə görə, üstəlik də, kiçik və orta banklar Mərkəzi Bankdan kredit götürə bilmir: “Mərkəzi Bank böyük uçot dərəcəsi ilə kreditlər verir”. Bunlar fonunda kiçik bankların dövriyyədən çıxması qaçılmaz hesab olunur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ