şənbə günü, 10 oktyabr 2026
     

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üçün dörd əsas təhlükəni açıqladı...

Image


Dünya iqtisadiyaytı ciddi problemlər yaşamaqda davam edir. Bunun əsas səbəbləri davam edən pandemiya, iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi nəticəsində meydana çıxan çətinliklərdir.

"The Wall Street Journal" nəşri yazır ki, Ukraynadakı müharibə gələn ilin sonuna qədər dünya iqtisadiyyatına 2,8 trilyon dollara başa gələcək. Nəşr onu da yazır ki, Ukraynadakı müharibə enerji daşıyıcılarının qiymətlərində sıçrayışa səbəb olub, bu isə ev təsərrüfatlarının gəlirlərinin azalmasına gətirib çıxarıb və biznes ictimaiyyətinin etimadını sarsıdıb: "Müharibə tədarük zəncirlərini pozub, ərzaq və ilkin tələbat mallarının çatışmazlığına səbəb olub. Qərb ehtiyat edir ki, Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan olunması haqqında fərmanı və Ukraynanın işğal olunmuş ərazilərində “referendumların” keçirilməsi müharibənin aylarla, hətta illərlə uzanmasına gətirib çıxara bilər". Bu fonda Dünya Bankının açıqladığı yeni hesabatda diqqət ona yönəldilir ki, qlobal iqtisadiyyatda Rusiya-Ukrayna müharibəsinə qədər  də vəzittər pisləşirdi. Çünki artıq 10 il idi ki, əhali artımının azalması, yaşlanması və yetərsiz yatırımlar nəticəsində potensial artım tempi azalırdı. 2019-cu ilədək qlobal potensial istehsal sahəsində artım 2.2 faizə düşmüşdü. Bu, 2000-ci illərin birinci onilliyində 3.3 faiz olan illik orta göstəricidən yetərincə aşağı nəticədir. Yeri gəlmişkən qeyd edək ki, Dünya Bankı “Azərbaycan – ölkə üzrə iqtisadi memorandum” adlanan hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas çağırışları təhlil edərək ölkənin dayanıqlı iqtisadi inkişafına dair təkliflərini bildirib. Qlobal iqtisadi meyllərlə bağlı problemlərə də toxunulub. Sözügedən ekspertlərin fikrincə, uzunmüddətli dövrdə Azərbaycanın inkişafına təsir göstərən əsas amillər qlobal iqtisadi mühitlə bağlı olacaq. Təbii ki, sual doğur: bu qlobal trendlərin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər? Hesabatda toxunulan dörd qlobal iqtisadi tendensiyadan ilki dünya miqyasında potensial artımın geriləməsidir. Bu tendensiyanın Azərbaycana əsas təsirlərindən biri neft-qaz sənayesi ilə bağlı ola bilər. Axı, dünyanın əsas inkişaf etmiş regionlarında və əsas ticarət tərəfdaşlarında iqtisadi artım tempinin azalması, təbii ki, neft və qaz resurslarına tələbatı aşağı salacaq. Azərbaycanın ticarət gəlirlərinin 90 faizdən çoxu məhz bu sektor hesabına formalaşdığından ölkənin enerji gəlirlərinin azalması istisnasız bütün iqtisadi proseslərə ciddi mənfi təsir göstərə bilər. Bu tendensiyanın sürməsi ölkənin enerji sektorunda kəşfiyyat işlərinə marağı da azalda bilər. Uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi inkişafına təsir imkanı olan digər bir qlobal iqtisadi tendensiya qlobal dəyər zəncirlərindəki məhdudiyyətlərdir. Dünya Bankının araşdırmaları göstərir ki, qlobal dəyər zəncirinin formalaşmasında iştirak edən şirkətlər məhsuldarlıq sahəsində ciddi qazanc götürürlər. Axı, qlobal dəyər zəncirinə qoşulmaqla əldə edilən 1 faizlik artım adambaşına gəliri 1 faizdən çox artıra bilər. Bu, standart ticarətdən əldə edilə biləcək faydadan beş dəfə daha yaxşı nəticədir. Bu da vurğulanır ki, Azərbaycan şirkətlərinin, özəlliklə qeyri-enerji sektorunda fəaliyyət göstərən şirkətlərin qlobal dəyər zəncirində iştirakı ölkənin dayanıqlı iqtisadi inkişafına ciddi kömək edə bilər. Bu baxımdan, vacib amillərdən biri xarici investisiyanın ölkəyə gəlişi ilə bağlı cəlbedici mühit yaratmaqdır. Bu mühitin yaranmasından ötrü proqnozlaşdırıla bilən, səmərəli hüquqi və tənzimləyici şərait, ixtisaslı işçilər, vergilərin aşağı olması və fiziki infrastrukturun keyfiyyəti başlıca amillərdir. Ölkələrin iqtisadi inkişafına təsir imkanı olan digər qlobal iqtisadi tendensiya əməyin təbiətcə dəyişməsi ilə bağlıdır. Son dövrlər iş yerlərində rəqəmsal texnologiyaların tətbiqi sabit şəkildə artmaqdadır. Bu baxımdan, artıq qlobal bazarlarda rəqabət aparmaq üçün aşağı xərcli işçi qüvvəsinə sahib olmaq yetərli deyil. Daha dayanıqlı iqtisadi inkişafa sahib olmaq üçün ixtisaslı işçi qüvvəsinin inkişafına ciddi tələb var. Bu baxımdan, qeyd etmək lazımdır ki, Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı diqqət çəkdiyi əsas məqamlardan biri məhz insan kapitalının inkişafına daha çox diqqət yetirməkdir. Hesabatda bu da qeyd edilir ki, yüksək ixtisaslı işçi qüvvəsinin formalaşması əlavə dəyər yaradan iqtisadi fəaliyyətə həvəsləndirir və daha dayanıqlı iqtisadi inkişafa yardım göstərir. İqlim dəyişikliklərinin həm ekosistem, həm də iqtisadiyyata təsirləri artmaqdadır. Bunun ortaya çıxardığı təsirlər yoxsulluğun artırır və iqtisadi artım tempini aşağı salır. Bu baxımdan, Dünya Bankının fikrincə, Azərbaycan iqlim dəyişikliklərinin təsirindən qurtulmaq üçün müxtəlif addımlar atmalıdır. Bu addımlardan biri karbon emissiyasından daha sürətli şəkildə imtina olunmasıdır. Azərbaycana qlobal istiləşməsi ilə bağlı problemlərin də təsir göstərdiyi vurğulanır. Bu təsirlər özünü havanın hərarətinin artmasında və Qafqazda buzlaqların əriməsində özünü göstərir. Bütün bunlar Azərbaycanın iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı fəaliyyət göstərməsini qaçılmaz edir. Enerji keçidinə gəlincə, qeyd etmək lazımdır ki, neft və qaz ehtiyatlarının hasilatı iqtisadi cəhətdən daha az səmərəli olduqca, həmçinin əlavə kəşfiyyat üçün stimul azaldıqca, Azərbaycan risklərlə üzləşir. Bu risqlərin təsirini azaltmaq üçün ölkəyə enerji səmərəliliyini artırmaq və bərpa olunan enerji mənbələrinə yönəlmə təklif edilir. Ancaq o da vurğulanır ki, bərpa olunan enerji mənbələrinə (külək və günəş kimi) üstünlük verməklə enerji keçidi təmin edilə bilər. Orta müddətdə keçid dövrü üçün təbii qaz sektorunun etibarlı enerji mənbəyi qismində çıxış etməsi, həmçinin ixracdan gəlir gətirməyə davam etməsi mümkündür.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ