şənbə günü, 10 oktyabr 2026
     

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycan üçün iqtisadi proqnozları daban-dabana zidd oldu

Image


Bu günlərdə Dünya Bankı “Azərbaycan – ölkə üzrə iqtisadi memorandum” adlı hesabatını yayımlayıb. Sənəddə bankın ekspertləri Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas çağırışları incələyərək ölkənin dayanıqlı iqtisadi inkişafına dair təkliflər irəli sürüblər.

Hesabatda diqqət çəkilən əsas problemlərdən biri demoqrafiya və iqtisadi artımla bağlıdır və vurğulanır ki, Azərbaycanda əhalinin artım tempi azalır və əhali yaşlanır. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə görə, son 10 ildə (2011-2021) ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faizi idisə, bu gün həmin göstərici 8 faizdir. Bununla yanaşı, ölkə karbohidrogen ehtiyatlarının azalması ilə üzləşir. Belə bir şəraitdə Dünya Bankının uzunmüddətli artım simulyasiyası onu göstərir ki, sadalanan problemləri çözməkdən ötrü hər hansı ciddi siyasət tədbirləri görülməzsə, 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı cəmi 0.5 faiz ola bilər.  Dünya Bankı adambaşı ÜDM artımının 1 faizdən aşağı səviyyədən başlanmasını və 2030-cu illərin ortasında sıfıra düşməsini proqnozlaşdırır. Nəticədə adambaşı ÜDM 2020-ci ildə 5 min 900 ABŞ dollarından 2050-ci ildə 6 min 500 ABŞ dollarına yüksələcək. Bu isə 30 il ərzində məcmu artımın yalnız 11 faiz olması anlamına gəlir. 30 illik zaman müddətində 11 faizlik artım çox aşağı göstərici sayılır. Dünya Bankının hesabatında göstərilən problemin çözüm yolları da analiz edilib. Bankın ekspertlərinin fikrincə, qeyri-neft-qaz sektorunda məhsuldarlığın artırılmasına və insan kapitalının inkişafına çalışılsa, artım bərpa edilə bilər. Azərbaycan iqtisadiyyatını qarşıdakı illərdə gözləyən təhlükələrdən iqtisadi idarəetmənin təkmilləşdirilməsi, institusional kapitala yatırımların artırılması da xilas edə bilər. Bankın gerçəkləşdirdiyi islahat simulyasiyaları göstərir ki, Azərbaycanda 2024-2050-ci illər ərzində iddialı islahatlar aparılsa, orta illik artım 1.7 faiz bəndi daha yüksək olar. Bu səviyyədə artım reallaşsa, adambaşına ÜDM həcminə ciddi təsir gözlənilər. Əgər yeni islahatlar aparılsa və sadalanan problemlər həllini taparsa, 2050-ci ildə Azərbaycanda adambaşına ÜDM 10 min 250 dollara yüksələ bilər. Bu, orta statistik Azərbaycan vətəndaşının həmin müddətdə baza göstərici ilə müqayisədə 40 faiz zənginləşməsi deməkdir. Buna nail olmaq üçün uzunmüddətli artımın aparıcı qüvvəsi kimi qeyri-enerji sektorunda məhsuldarlıq yüksəldilməli və insan kapitalı inkişaf etməlidir. Nəzərə almaq lazımdır ki, dövlət sərmayələrinin genişlənməsi və investisiya səmərəliliyinin artırılması 2030-cu ilədək bəlli səviyyədə əlavə artım gətirə bilər. Ancaq azalan marjinal fayda göstərir ki, dövlət yatırımları uzunmüddətli artımı şərtləndirən aparıcı qüvvə kimi qala bilməyəcək. Dayanıqlı iqtisadi inkişafa nail olmaq baxımından uzunmüddətli artımın sabit tempinin təmin edilməsi də ayrıca önəm daşıyır. Axı artım tempi dayanıqlı olmazsa, iqtisadiyyat da sürətli artım tempi göstərə bilməz. O da qeyd edilir ki, neft gəlirlərindən asılılıq Azərbaycanı neft qiymətlərinin qeyri-sabitliyindən, gəlirlərin tükənmə ehtimalından və real valyuta məzənnəsinin dəyişkənliyindən qaynaqlanan risqlərə məruz qoyur. Hesabatda o da qeyd edilir ki, neft-qaz sektorundan asılılıq makroiqtisadi risqlərlə yanaşı, enerji keçidi ilə də bağlı çətinliklər törədə bilər. Axı qlobal enerji istehlakında ənənəvi enerjidaşıyıcılardan imtina olunması və bərpa olunan enerji mənbələrinə keçid karbohidrogen ehtiyatları hasilatının iqtisadi səmərəliliyini, əlavə hasilat üçün stimulu da azalda bilər. Bu isə ölkənin enerji resurslarından qazandığı gəlirləri risk altında qoyur. Belə bir vaxtda Beynəlxalq Valyuta Fondu (BVF) ölkələrin iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayını yayımlayıb. Hesabata görə, fond bu il Azərbaycanda ümumi daxili məhsulun real artımının 3.7 faiz olacağını proqnozlaşdırır. Ötən il bu artım 5.6 faiz olub.  BVF-nin hesabatında qeyd edilir ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının builki proqnozdan daha az - 2.5 faiz böyüməsi gözlənilir. 2027-ci ildə də ÜDM artımının 2.5 faiz olması güman edilir. Bu da Dünya Bankının göstəricilərindən fərqlidir və daha yüksəkdir. Beynəlxalq Valyuta Fondunun açıqladığı proqnozlar arasında neft qiymətləri ilə bağlı göstəricilərə də yer verilib. BVF iyuldakı hesabatıyla müqayisədə gələn ilə gözlənilən neft qiymətlərinə dair proqnozunu aşağı endirib. Əgər iyulda fond gələn il neftin orta qiymətinin 91 dollar olacağını proqnozlaşdırırdısa, oktyabr hesabatında bu göstərici 85 dollara endirilib. 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən Azərbaycan neftinin bir barrelinin orta qiyməti 50 dollardan hesablanıb. BVF 2025-ci ilədək neft qiymətlərinin bir qədər də azalaraq 76 dollar olacağını ehtimal edir. Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, son illər dünya iqtisadiyyatında baş verən qlobal və geosiyasi hadisələr tez-tez gözlənilməz hadisələr doğurur. Bu səbəbdən növbəti illərdə həm iqtisadi artım, həm inflyasiya, həm də neft qiymətləri ilə bağlı göstəricilərin formalaşmasına iqtisadi amillərlə yanaşı, siyasi proseslərin də ciddi təsir imkanları var. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ